Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2428/2022 19.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işrirakları ilə, xx.xx.1980-cı ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2659/2021 saylı, xx.xx.2021-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-468/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və 5444 manat borc yaranmışdır. Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2659/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs 4700 (dörd min yeddi yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 468/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən borclu Şəxs 4000 (dörd min) ABŞ dolları məbləğində pul tutularaq X1 verilməsi qət edilmişdir. Borclu tələbkar Zərərçəkmiş şəxs qətnamə üzrə müəyyən olunmuş borcdan 650 (altı yüz əlli) manat məbləğində pul ödəmiş 4050 (dörd min əlli) manat məbləğində borcu qalmış, tələbkar X1 isə müəyyən olunmuş borcdan 3000 (üç min) ABŞ dolları ödəmiş, 820 (səkkiz yüz iyirmi) ABŞ dolları borcu qalmışdır. Əvvəl onun icra məmuru Toğrul olmuş sonradan isə işlər onun icraatına verilmişdir. O borclu Şəxs dəfələrlə xəbərdarlıq edərək borcların ödənilməsini bildirsə də, o borcları ödəməmiş və çağırışlara məhəl qoymayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlməmişdir. Bundan sonra onun barəsində axtarış elan edilmiş, qərar icra olunaraq borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təmin edilmiş və protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2659/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan 4700 (dörd min yeddi yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-468/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən borclu Şəxs 4000 (dörd min) ABŞ dolları məbləğində pul tutularaq X1 verilməsi qət edilmişdir. O yayda bağ evində qaldığına görə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən göndərilən çağırışlar ona çatmamışdır. Əvvəllər onun icra işi icra məmuru Toğrulda olmuş və onun bütün çağırışlarına getdiyini bildirmişdir. İcra məmuru dəyişdikdən sonra onunla telefon əlaqəsi saxlamışdır. Zərərçəkmiş şəxs borcdan 650 (altı yüz əlli) manat ödədiyini, hal-hazırda Zərərçəkmiş şəxs olan borcundan 500 (beş yüz) manat pul ödəməyə razı olduğunu, lakin o borcun bütünlüklə ödənilməsini bildirmişdir. Himayəsində 01 (bir) azyaşlı uşağının olmasını və borcu gələcəkdə ödəyəcəyini bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, o, 26 il hərbiçi olmuş və halhazırda ehtiyatda olan zabitdir. Borclu ilə əvvəllər onların arasında dostluq münasibətləri olmuşdur. Həsən 2018-ci il tarixdə ondan borc pul istəmiş, o da təmənnasız olaraq Həsənə 4700 (dörd min yeddi yüz) manat borc vermişdir. Lakin Həsən 2018-ci ilin dekabr ayında borcu qaytaracağını bildirsə də, məhkəmə qətnaməsi çıxarıldıqdan bu günədək cəmi 650 (altı yüz əlli) manat ödəmiş, 4050 (dörd min əlli) manat məbləğində borc qalmışdır. İcra məmuru dəfələrlə ona borcun ödənilməsi barədə xəbərdarıq etsə də, borcu ödəməmişdir. Hətta icra məmurunun yanında hər ay 300-500 manat ödəyəcəyini bildirsə də, lakin heç bir ödəniş etməmişdir. Borcun hamısının ödənilməsini tələb edir. Onun barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatını, vəkilin çıxışını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2659/2021 saylı, xx.xx.2021-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-468/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və 5444 manat borc yaranmışdır. Lakin borclu bu günə qədər ödəniş etməmiş və borcun ödənilməsindən üzrsüz səbəbdən boyun qaçırmışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati cərimə cəzası tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2428/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2428/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver