Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2428/2025 06.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib edən şəxs Mahir İmanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Qubadlı rayonu, Qayalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, mərasim evində icraçı işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Daş bazarı yaxınlığında fərdi evdə yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 müfəttişi, Mahir İmanov bildirmişdir ki, “Qayalı” mərasim evində formalaşan tullantı sularının kənara (çölə) təyinatsız axıdılması faktı aşkar edilmişdir. Bununla da, ətraf-mühit Şəxs məxsus “Qayalı” mərasim evi tərəfindən çirkləndirilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, iş üzrə özünü təqsirli bilmir. “Qayalı” mərasim evi barəsində akt tərtib edilmişdir ki, kanalizasiya xətləri yoxdur və sular ətraf-mühitə axıdılır. O, suların axıdılması üçün obyektinin arxasındakı torpaq sahəsini ekskavatorla qazdırmış və obyektinin suları həmin torpaq sahəsinə axıdılmışdır. Həmçinin, bildirmişdir ki, protokol tərtib edən orqanın ondan kanalizasiya xətlərinin çəkilməsini tələb etməyə haqqı yoxdur. Çünki o, kanalizasiya xətlərini özü çəkməyə borclu deyil. Eyni zamanda qeyd edir ki, nə cərimə tətbiq ediləcəksə, ödəməyə hazırdır. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də, verdiyi izahat onun təqsirliliyini sübut edir. Həmçinin iş materiallarında olan fotoşəkillər, akt və inzibati xəta haqqında protokolla inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Həmin ərazidə kanalizasiya xəttinin çəkilməməsi Şəxs tullantı sularını kənara təyinatsız axıtmasına əsas vermir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri, Koroğlu prospekti ünvanında fəaliyyət göstərən Şəxs məxsus “Qayalı” mərasim evində formalaşan tullantı sularının kənara (çölə) təyinatsız axıdılması faktı aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli 000484 nömrəli akt, fotoşəkillər və izahat ilə bu fakt təsdiq edilir. İş materiallarında olan "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 000484 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, Koroğlu prosoekti ünvanında fəaliyyət göstərən “Qayalı” mərasim evinin fəaliyyəti zamanı formalaşan tullantı sularının xüsusi çəkilmiş boru vasitəsilə heç bir təmizləmə prosesindən keçmədən ətraf-mühitə (çölə) təyinatsız axıdılması faktı aşkar edilmişdir. Şəxs həmin tarixdə aktla tanış olmuşdur. İş materiallarında olan Şəxs izahatından görünür ki, “Qayalı” mərasim evinin fəaliyyəti zamanı ətraf mühitə axıdılan tullantı sularının şahidi oldu və araşdırma onun iştirakı ilə aparıldı. Bu ərazidə kanalizasiya xətlərinin olmaması səbəbindən qeyd olunan hal yaranmışdır. Qısa zaman ərzində qeyd olunan halın aradan qaldırılması üçün işlərə başlayacaqlarını bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən məhkəmə Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini və məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2428/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2428/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver