Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2429/2025 23.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X7, Məhkəmə iclas katib: X8, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru: X3, İcra sənədi üzrə tələbkar Bank of Baku ASC-nin etibarnamə üzrə nümayəndəsi: X9, İcra sənədi üzrə tələbkar Yelo Bank ASC-nin etibarnamə üzrə nümayəndəsi: X10, İcra sənədi üzrə tələbkar Bank Respublika ASC-nin etibarnamə üzrə nümayəndəsi: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X11 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9500/2017 saylı, 2(060)-15469/2016 saylı, 2(060)-11611/2015 saylı icra sənədi, Şirvan şəhər Məhkəməsinin 2(032)-2850/2015 saylı icra sənədi üzrə Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilmir. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15469/2016 saylı, xx.xx.2016-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsin.n 2(060)-11611/2015 saylı xx.xx.2015-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9500/2017 saylı xx.xx.2017-ci il tarixli, və Şirvan Şəhər Məhkəməsinin 2(032)-2850/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədləri üzrə borclu barəsində müvafiq protokol tərtib edilmişdir. Belə ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-2850/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X2 və X4 12029.93 ABŞ dollar və 30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11611/2015 saylı xx.xx.2015ci il tarixli icra sənədinə əsasən X2 və X4 14326.59 ABŞ dollar və 30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxsSC xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15469/2016 saylı xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən X2 21941.91 ABŞ dollar və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx"ASC xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9500/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X2 8131.46 manat və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx"ASC xeyrinə ödənilməlidir. Borclu bildiriş və icraata başlama qərarı ilə taınış edilmiş, izahatları alınmışdır. Həmçinin Bank of Baku ASC-ə ilə bağlı icra sənədi üzrə borclunun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmuşdur. Şəxs icra sənədləri üzrə ümumillikdə 37864 ABŞ dolları və 8048 manat borcu mövcuddur. Borclu heç bir ödəniş etmədiyindən barəsində axtarış elan olunmuş, dünənki tarixdə Bank of Baku ASC-ə aid icra sənədi üzrə 500 manat ödəniş etmişdir. Digər icra sənədləri üzrə isə vaxtaşırı qismən ödənişlər etmişdir. Borclunun rəsmi iş yeri yoxdur. Protokolu müdafiə etdiyini qeyd edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, gücü çatdığı qədər ödənişlər etmişdir. Ana və atası yataq xəstəsidir və onun himayəsindədirlər. Əvvəllər işi yaxşı alındığından pul qazanaraq ödənişlər etmişdir. İndi isə fərdi əməklə məşğul olur. Ödəniş etməkdən yayınmır. Dünən Bank of Baku ASC-ə olan borcundan 500 ödəniş etmişdir. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Bank of Baku ASC-nin etibarnamə üzrə nümayəndəsi X13 bildirdi ki, ilkin olaraq borclunun ASC-ə 8148.46 manat borcu olmuşdur. Bundan sonra Kamal 100 manat ödəniş etmişdir. Borclu ilə dəfələrlə əlaqə saxlanılmış, güzəştlər təklif edilmiş, lakin hər dəfə ödəyəcəyəm deyib vədinə əməl etməmişdir. Protokol tərtib edildikdən sonra 500 manat ödəniş etmişdir. Hazırda 7548.40 AZN borc məbləği qalmışdır. Borc məbləğinin tam olaraq ödənilməsini tələb edir və protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Yelo Bank ASC-nin etibarnamə üzrə nümayəndəsi X14 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15469/2016 saylı, xx.xx.2016-ci il tarixli qərarı ilə 21941.91 ABŞ dollar miqdarında pul borcludan tutularaq ASC-nin xeyrinə ödənilməlidir. Borc üzrə ödənişlər digər borclu şəxs tərəfindən edilmiş, Xəyal Sadıqov tərəfindən ödənişlər edilməmişdir. Protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Bank Respublika ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-2850/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X2 və X4 12029.93 ABŞ dollar, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11611/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X2 və X4 14326.59 ABŞ dollar məbləğində pul tutularaq ASC-nin xeyrinə ödənilməlidir. 12029.93 dollar borcdan qismən ödənişlər edilmiş, hazırda borc məbləği 9085.50 dollar və 30 manat təşkil edir. 14326.59 ABŞ dollar borcdan qismən ödənişlər edilmiş, hazırda borc məbləği 13578 dollar təşkil edir. Ödənişlər borclu və zamin tərəfindən həyata keçirilmişdir. Dəfələrlə borcluya ödənişlər etməsi tələb edilmişdir. Ümumiyyətlə son 5-6 ay ərzində borclu tərəfindən hər hansı ödəniş edilməmişdir. Protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin bildirdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə icra məmurunu, barəsində protokol tərtib edilmiş şəxsi və icra sənədi üzrə tələbkarların nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Şirvan Şəhər Məhkəməsinin 2(032)-2850/2015 saylı xx.xx.20152-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X2 və X4 12029.93 ABŞ dolalr və 30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxsSC-nin xeyrinə ödənilməlidir. -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11611/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X2 və X4 14326.59 ABŞ dollar və 30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxsSC xeyrinə ödənilməlidir. -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15469/2016 saylı xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən X2 21941.91 ABŞ dollar və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx"ASC xeyrinə ödənilməlidir. -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9500/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X2 8131.46 manat və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx"ASC xeyrinə ödənilməlidir. - "xxxx"ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X6 2(060)- 9500/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ASC-ə borcu 8049.9 AZN təşkil edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs tərəfindən icra sənədini lazimi qaydada icra edilməməsi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin: - 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddəsinə əsasən Qorçiyev Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-2429/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2429/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver