Məhkəmə qərarları › İş №3(060)-2434/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2434/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2434/2021 28.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 211.1-ci maddəsi ilə 28 iyul 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 25.07.2021-ci il tarixində, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Qubadlı” şadlıq evində işdə olarkən karantin qaydasını pozaraq toy şənliyinə iki nəfər şəxsin icazəsi olmadan icəri buraxmışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X5 tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, “Qubadlı” şadlıq evində yaxın qohumu X6 icarəyə götürüb işlədir. 25.07.2021-ci il tarixdə həmin şadlıq evində toy şənliyi keçirilməsi nəzərdə tutulmuşdur. O, əvvəllər bu kimi obyektlərdə işlədiyindən düşünmüşdür ki, gəlib qohumu Xalidə köməklik göstərsin. Həmin günü yəni, 25.07.2021-ci il tarixdə, saat 17:00 radələrdə restorana gəlib 2 polis əməkdaşı qapının girişində dayandığını görüb onlarla salamlaşıb içəri daxil olmuşdur. Təxminən 18:00-dan qonaqların gəlişi başlamışdır. Polis əməkdaşlarının yoxlama aparatı (məlumat portalı) işləmədiyindən 20 nəfər şəxsi yoxlamadan içəri buraxmışdırlar. Sonradan yoxlama aparatı bərpa olunduğundan zala buraxılmış şəxslər portaldan yoxlanıldı və yoxlanış bu qaydada davam etdirilmişdir. Foedə yaşlı bir qadın hay-küy saldığını görüb ona yaxınlaşıb nə səbəbdən səs-küy saldığını soruşduqda o, qızının icazəsi olmadığına görə (Covid-pasportu) polis əməkdaşları tərəfindən icəri buraxılmadığını bildirdi. O, aralıda dayanan təxminən 25-30 yaşlı iki nəfər qadını içəri şadlıq sarayına dəvət etdi. Həmin vaxtda polis əməkdaşları girişdən bir qədər aralıda dayanmışdırlar. Onun etdiyi bu hərəkət polis əməkdaşları bilib və ona irad tutaraq niyə qanun pozuntusu törətməsini və onları icazəsiz icəri buraxmaqını bildirdilər. O, təxminən 30 dəqiqədən sonra həmin iki nəfər qadını resporandan çölə çıxartmışdır. Törətdiyi əmələ görə peşman olub polis əməkdaşlarından üzür istəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunanların nəzərə alınaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində izahat vermiş şəxs X3 izahatında bildirdi ki, 25.07.2021-ci il tarixində, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Qubadlı” şadlıq evində koronavirus epidemiyasının mövcud olduğu dövrdə toy şənliklərinin təşkil olunması ilə əlaqədar qəbul edilmiş qərarın tələblərinə riayət olunmasına nəzarət məqsədi ilə şadlıq sarayında içəri daxil olan vətəndaşların “Covid-19” pasportunu yoxlayan zaman tanımadığımız vətəndaş toy şənliyinə gələnləri öz başına içəri buraxdığını müəyyən etdik. Tərəflərindən həmin şəxsin restoranın inzibatçısı olduğu müəyyən olundu və onu polis bölməsinə gətirdik. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin, sahə müvəkkilinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs peşimançılığını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200,00 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar