Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2434/2023 06.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi polis kapitanı X7, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə X6 ilə “Whatsapp” sosial şəbəkəsində yazaraq övladının xəstə olduğunu, pula ehtiyacı olduğunu bildirmiş nəticədə 150 manat pulunu ələ keçirmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi X8 tərtib edilən protokola uyğun izahat verərək, tərəflərin barışdığını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək bildirdi ki, təxminən bir aydır ki, «Teleqram» sosia şəbəkədə mövcud olan «Sələf yardım» qrupunu öz mobil telefonunun «Whatsap» səhifəsinə yükləmiş və mütəmadi olaraq həmin qrupda olan şəxsləri baxıb müşahidə edir. Belə ki, həmin qrupda həm yardıma ehtiyacı olanlar, həm də kasıb insanlara yardım göstərən şəxslə arasında yazışmalar aparılır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında həmin qrupa daxi olub orada Türkan adlı qadının mobil telefon genkontakt proqramında baxmış və həmin qadının övladı xəstə olan şəxslərə yardım göstərdiyini öyrənmiş, həmin xanımın yaxın rəfiqələrindən birinin Günay adlı qadın olduğunu bilmişdir. Bundan sonra onun mobil telefonunun «Whatsap» səhifəsinə yazaraq özünü onun rəfiqəsi Günay kimi təqdim etmiş və onu aldadıb övladının xəstə olmasını bildirərək yardım üçün ondan 150 manat pul istəmişdir. Türkan ona yardım göstərməyini razılaşdıqdan sonra ona özünə aid Kapital Banka aid kart hesab şifrəsini ona göndərmişdir. Təxminən 10 dəqiqədən sonra kart hesabına 150 manat pul yüklənmiş, o, mobil tətbiq vasitəsi ilə həmin pulu kart hesabından çıxardıb nağdlaşdırmışdır. Bundan sonra Türkanla əlaq saxlamamışdır. O, əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir. X1 ona qarşı şikayəti yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs X4 dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, xx.xx.2023-cü il tarixdə tanımadığı şəxs özünü rəfiqəsi Günayın adı ilə ona təqdim etmiş və həmin şəxs övladının xəstə olmasını səbəb gətirərək ondan 4169 7388 8523 1280 saylı Kapital Bank kartına pul göndərməyisini istəmiş, o isə onun göndərdiyi kart hesabına 150 manat pul göndərmişdir. O, 150 manat pulu özünə məxsus olan 4127 2211 2016 4647 saylı Azərbaycan Beynəlxalq Bankının pensiya kartından göndərmişdir. 150 manat pulu göndərməmişdən əvvəl həmin şəxs ona guya xəstəxanada olduğunu sübut edən şəkili ***-***-**-** nömrəsindən Whatsap vasitəsi ilə göndərmişdir . Bir qədər sonra rəfiqəsi Günay Whatsap statusunda övladı Melisanın şəkilini paylaşan zaman ondan xəstəxanadan çıxdığını soruşanda o xəstəxanada olmadıqlarını və evdə olduqlarını bildirmişdir. Bu zaman o, aldadıldığını və ona qarşı dələduzluq edildiyini başa düşmüşdür. Hazırda Şəxs tərəfindən ona qarşı dəymiş ziyan ödənilmiş, bu səbəbdən sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru Zaur Cəfərovun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, zərər ödənildiyi üçün o, Şəxs bağışlayır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmişdir, zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2434/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2434/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver