Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2435/2021 28.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə icra İdarəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X3 iştirakı ilə xx.xx.1983-cü ildə, Gürcüstan Respublikası Rustavi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 28.07.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında ******* №li protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 2(060)-104/2017 saylı, 09.01.2017-ci il tarixli icra sənədi barədə məlumatlandırılmasına baxmayaraq aliment üzrə heç bir ödəniş aparmamışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyev tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3 maddəsinə görə inzibati tənbeh növündə cərimə nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyev məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-104/2017 saylı, 09.01.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 21.07.2016-cı il tarixdən başlayaraq, iki uşağın hərəsinə görə 117 manat olmaqla, cəmi 234 manat məbləğində aliment tutularaq X4 verilməlidir. İcra işi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin onun ümumilikdə 2399 manat borcu qalmışdır. Son üç ayda isə heç bir ödəniş aparmamışdır. Qeyd edilənlərə əsasən icra məmuru Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onun maddi durumu çox ağırdır. Məhkəmə qətnaməsinə əsasən ondan əvvəlki aylar üçün də aliment tutulmuş və borcu bu səbəbdən yığılmışdır. Lakin, o hər ay alimenti ödəmiş, son iki ayda isə əmək haqqı köçmədiyi üçün aliment ödəyə bilməmişdir. O, işindən əlavə icarəyə avtomobil götürüb axşamlar taksi fəaliyyəti ilə məşğul olur. Qeyd edilənlərə əsasən Şəxs inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında verdiyi izahatında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs əvvəldən yığılıb qalan borcundan əlavə aylıq ödənişlərində də kəsirlər olub. Son üç ayda isə ümumiyyətlə aliment ödəməyib. Onun istifadəsində avtomobil var və bundan da qazanc əldə edir. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-104/2017 saylı, 09 yanvar 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs X1 və X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat alimentin X3 xeyrinə tutulması qət edilmişdir. İcra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsinə baxmayaraq borclu icra sənədi üzrə yığılıb qalmış borcu ödəməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri 28.07.2021-ci il tarixli, ******* №li inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 28 iyul 2021-ci il tarixindən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2435/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2435/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver