Məhkəmə qərarları › İş №3(060)-2435/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2435/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2435/2023 27.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Məhkəmə iclas katibi Əhmədli Amid Yusif oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli EQ16733033 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli EQ16733033 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək verdiyi şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmiş və şikayətin yenidən subyektiv hüququ olan şəxs tərəfindən veriləcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayəti araşdırıb, şikayət vermiş X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli EQ16733033 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar