Məhkəmə qərarları › İş №3(060)-2436/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2436/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2436/2021 28.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Sumqayıt şəhər Polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci ildə doğulmuş, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 28.07.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında ******* №li protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 21.07.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində velosiped oğurlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi, Kamran Sahibov tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3cü polis bölməsinin sahə rəisi X6 məhkəmədə verdiyi izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21.07.2021-ci il tarixdə, təxminən saat 13:10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9Q binanın blokunun 1-ci mərtəbəsində saxlanılan velosipedi oğurlamışdır. Şəxs Sumqayıt şəhəri 3-cü Polis Bölməsinə dəvət edilərək ifadəsi alınmışdır. Nəticədə Şəxs barəsində 28.07.2021-ci il tarixində, ******* saylı protokol tərtib olunmuşdur. Qeyd edilənlərə əsasən X11 Zeynalzadə barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü təqsirli bilərək, izahatında bildirdi ki, o, həqiqətən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9Q binanın blokunun 1-ci mərtəbəsində saxlanılan velosipedi oğurlamış, daha sonra isə onu 10 manata satmışdır. Vaxt verilsə, satdığı şəxsdən velosipedi geri ala bilərə. Qeyd edilənlərə əsasən Şəxs öz əməlindən peşman olduğunu bildirərək barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında verdiyi izahatında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, velodipedi geri istəyir. Velosiped onun nəvəsinə məxsusdur. Ona görə də o, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan raportda göstərilmişdir ki, ünvan 2 ünvanında yaşayan, 1947-ci il təvəllüdlü X4 25.07.22021-ci il tarixdə Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki,21.07.2021-ci il tarixdə, təxminən saat 13:10 radələrində yaşadığı ünvanın həyətindən onunla eyni ünvanda yaşayan, 28.03.2011-ci il təvəllüdlü oğlan nəvəsi X3 məxsus, 24-lük, boz rəngli markasını xatırlamadığı velosiped naməlum şəxs tərəfindən oğurlanmış və nəticədə ona təxminən100 manat maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri, inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş X7 barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 30 (otuz) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 27 iyul 2021-ci il tarixindən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar