Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2438/2021 05.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 04 iyun 2021-ci il tarixli, 23.10.2020-ci il tarixli, 19.03.2021-ci il tarixli, 13.02.2021-ci il tarixli, 06.01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : X3 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 04 iyun 2021-ci il tarixli, 23.10.2020-ci il tarixli, 19.03.2021-ci il tarixli, 13.02.2021-ci il tarixli, 06.01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarından şikayət verərək, həmin qərarın və ona hesablanmış cərimənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X3 şikayətini onunla əsaslandırdı ki, **-DS-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21061” markalı nəqliyyat vasitəsi yol poli əməkdaşı Hacıqabul-Bakı avtomagistralında nəqliyyat vasitəsinə həbs qoyulduğundan saxlamış, amma onun həbs qoyulmasından xəbəri olmamışdır. Daha sonra aydınlaşdırmışdır ki, onun 1 yox, 4 cəriməsi mövcuddur və onlardan 3-ü (06.01.2021-ci il tarixli EQ 5319652, 13.02.2021-ci il tarixli EQ 5631864, 19.03.2021-ci il tarixli, EQ ******* nömrəli) sığorta ilə bağlıdır. Sığortanın müddətinin bitməsi ilə bağlı ona heç bir bildiriş göndərilməmiş və nəticədə 3 dəfə cərimələnmişdir. 23.11.2020-ci il tarixli, EQ ******* nömrəli protokolla razı olmamış, sürəti aşmış, göstərilən cəriməni də ödəmişdir. Lakin cərimənin üzərinə əlavə olunan dəbbə pulu ilə cərimə ilə bağlı ona heş bir xəbərdarlıq məktubu göndərilmədiyindən razılaşmamışdır. Saatlıya gedərkən 3 yol X2 saxlanmış, onların heç birində ona cərimə ilə bağlı məlumat verilmədən cərimənin üzərinə dəbbə pulu əlavə olunmuşdur. 04.06.2021-ci il tarixli EQ ******* nömrəli protokolla isə ona görə razılaşmır ki, nəqliyyat vasitəsini öz adına keçirdən zaman texniki baxışın rüsumunu ödəməyinə baxmayaraq yenidən texniki baxış keçirilməmiş, nəticədə texniki baxışın müddəti bitməsi səbəbi ilə bu protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin X5 Şöbəsi müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 04 iyun 2021-ci il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib, 50 manat məbləğində; 23.10.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinib, 50 manat məbləğində; 19.03.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinib, 50 manat məbləğində; 13.02.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinib, 50 manat məbləğində; 06.01.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinib, 50 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət rədd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 DİN-nin BDYPİ-nin 04 iyun 2021-ci il tarixli, 23.10.2020-ci il tarixli, 19.03.2021-ci il tarixli, 13.02.2021-ci il tarixli, 06.01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarları ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərarların ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 04 iyun 2021-ci il tarixli, 23.10.2020-ci il tarixli, 19.03.2021-ci il tarixli, 13.02.2021-ci il tarixli, 06.01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2438/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2438/2021
05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver