Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-244/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt səhəri, Səməd Vurğun küçəsi, ev 86 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İnzibati Xətalar Məcəlləsi) 482.3-cü maddəsinə əsasən 12 yanvar 2021-ci il tarixli 00700-0240/20 №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 13 mart 2020-ci il tarixdə İsveçrə Respublikasından 38ZY499/38ZY486 nömrə nişanlı nəqliyyat vasitəsində “Hazır kauçuk vulkanizasiyası sürətləndiriciləri və digər stabilləşdirici tərkiblər" yükü ölkə ərazisinə daxil olmuş və **********583 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir.Lakin qeyd olunan yükə aid **********5583 saylı bəyannamənin və ona aid əlavə edilmiş sənədlərin yoxlanması zamanı müəyyən edilmişdir ki,qeyd olunan yükə aid mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan **********5491 saylı qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 38ZY499/38ZY486 deyil 38YV827/38ZY486 qeyd edilmişdir Faktla bağlı Sumqayıt BGİ Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat Bölməsində araşdırma başlanılmışdır. “xxxx” MMC (VÖEN **********) 13 mart 2020-ci il tarixdə İsveçrə Respublikasından 38ZY499/38ZY486 nömrə nişanlı nəqliyyat vasitəsində “Hazır kauçuk vulkanizasiyası sürətləndiriciləri və digər stabilləşdirici tərkiblər” yükü ölkə ərazisinə daxil olmuş və **********5583 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin qeyd olunan yükə aid **********5583 saylı bəyannamənin və ona aid əlavə edilmiş sənədlərin yoxlanması zamanı müəyyən edilmişdir ki,qeyd olunan yükə aid mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan **********5491 saylı qısa idxal bəyannaməsinin 18 ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 38ZY499/38ZY486 deyil 38YV827/38ZY486 qeyd edilmişdir. Belə ki, iş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxx” MMC (VÖEN **********) 13 mart 2020-ci İl tarixdə İsveçrə Respublikasından 38ZY499/38ZY486 nömrə nişanlı nəqliyyat vasitəsində “Hazır kauçuk vulkanizasiyası sürətləndiriciləri və digər stabilləşdirici tərkiblər yükü ölkə ərazisinə daxil olmuş və ******* 095583 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin qevd olunan yükə aid **********5583 saylı bəyannamənin və ona aid əlavə edilmiş sənədlərin yoxlanması zamanı müəyyən edilmişdir ki, qeyd olunan yükə aid mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan **********5491 saylı qısa idxal bəyannaməsinin 21 -ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 38ZY499/38ZY486 deyil 38YV827/38ZY486 qeyd edilmişdir. Qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsini düzgün bəyan etməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən tərtib edilmiş edilmiş 12 yanvar 2021-ci il tarixli 00700-0240/20 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 18 yanvar 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması 09 fevral 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi və barəsində inzibati xəta haqqında iş üzrə icaaat aparılan hüquqi şəxs-Şəxs MMC nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddələri ilə tərtib olunmuş 12 yanvar 2021-ci il tarixli 00700-0240/20 №li inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hüquqi ünvanı Sumqayıt səhəri, Səməd Vurğun küçəsi, ev 86 olan Şəxs MMC- nin (VÖEN **********) ünvanına 13 mart 2020-ci İl tarixdə İsveçrə Respublikasından 38ZY499/38ZY486 nömrə nişanlı nəqliyyat vasitəsində “Hazır kauçuk vulkanizasiyası sürətləndiriciləri və digər stabilləşdirici tərkiblər yükü ölkə ərazisinə daxil olmuş və ******* 095583 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin qevd olunan yükə aid **********5583 saylı bəyannamənin və ona aid əlavə edilmiş sənədlərin yoxlanması zamanı müəyyən edilmişdir ki, qeyd olunan yükə aid mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan **********5491 saylı qısa idxal bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 38ZY499/38ZY486 deyil 38YV827/38ZY486 qeyd edilmişdir. Qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsini düzgün bəyan etmədiyi aşkar edilərək bu barədə protokol tərtib olunmuşdur. Bu barədə Gömrük Əməliyyatları İdarəsindən 11.12.2020-ci il tarixdə raport daxil olmuşdur. Şəxs MMC-nin (VÖEN **********) ünvanına 13 mart 2020-ci İl tarixdə İsveçrə Respublikasından 38ZY499/38ZY486 nömrə nişanlı nəqliyyat vasitəsində “Hazır kauçuk vulkanizasiyası sürətləndiriciləri və digər stabilləşdirici tərkiblər yükü ölkə ərazisinə daxil olmuş və ******* 095583 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin qevd olunan yükə aid **********5583 saylı bəyannamənin və ona aid əlavə edilmiş sənədlərin yoxlanması zamanı müəyyən edilmişdir ki, qeyd olunan yükə aid mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan **********5491 saylı qısa idxal bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 38ZY499/38ZY486 deyil 38YV827/38ZY486 qeyd edilmişdir. İş materiallarında olan 12 yanvar 2021-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan da görünür ki, Şəxs MMC-nin nümayəndəsi tərəflərindən törədilən əməlin hüquqpozma olduğunu etiraf ederək, qanunvericilikdə nəzərdə tutulan inzibati məsuliyyəti daşımağa və tətbiq olunacaq inzibati cəriməni ödəməyə hazır olduqlarını bildirmişdir. Qeyd olunan faktla bağlı Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsində araşdırma başlanmış və nəticədə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə hüquqi ünvanı Sumqayıt səhəri, Səməd Vurğun küçəsi, ev 86 olan Şəxs (VÖEN **********) MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi aşkar olunmuşdur. Beləliklə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübut olunur. İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə -fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt səhəri, Səməd Vurğun küçəsi, ev 86 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.000 (bir min) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-244/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-244/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver