Məhkəmə qərarları › İş №3(060)-2441/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2441/2021

27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2441/2021 27.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, Hüquqi şəxs ‘‘SUMQAYİT-ÇÖRƏK’’ ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Sumqayıt şəhər Pİnin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi X8 Şöbəsi tərəfindən ‘‘SUMQAYİT-ÇÖRƏK’’ ASC barəsində 15 iyun 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ‘‘SUMQAYİT- ÇÖRƏK’’ ASC hüquqi şəxsin mülkiyyətində və ya dövlət qrumunun istifadəsində olan “ZSA” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 və ‘‘SUMQAYİT-ÇÖRƏK’’ AS-nin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ‘‘SUMQAYİT-ÇÖRƏK’’ ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin icraatında olan Sumqayıt şəhər Polis İdarəsi X8i şöbəsinin “Sumqayıt-Çörək” ATSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlə bağlı bildiririk ki, “Sumqayıt-Çörək” ATSC barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi tamamilə əsassız və ədalətsizdir. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, Sumqayıt şəhər Polis İdarəsi X8i şöbəsi tərəfindən elektron məktubla “Sumqayıt-Çörək” ATSC-yə müraciət etmişdir. Sumqayıt şəhər YPX-nə ünvanlanmış 18.06.2021-ci il tarixli 46 və eyni tarixli 47 saylı məktublarında göstərilmişdir ki, "xxxx" ASC-nin mülkiyyətində olan 50AC505 dövlət qeydiyyatlı ZSA 270730 markalı yük avtomobili 24.05.2021-ci il tarixində AB752913 serialı sürücülük vəsiqəsinin sahibi X4, 50AC508 dövlət qeydiyyatlı ZSA 270730 markalı yük avtomobilin isə AF709560 serialı sürücülük vəsiqəsinin sahibi X3 istifadəsində olduğu bildirilmişdir. Qeyd olunan məktublar şəxsən sürücülər tərəfindən YPX-ya verilərək onlar tərəfindən verilmiş inzibati xəta haqqında protokollar (EQ6845964/EQ6846008) əsasında 22.06.2021-ci il tarixində hər iki sürücü tərəfindən şəxsən ödənilmişdir (qəbzlərin surəti əlavə olunur). Eyni zamanda nəzərə alınsa ki, Sumqayıt şəhər Polis İdarəsi X8i şöbəsinin məktubu imzalanmadan,vəzifəli şəxsin adı və soyadı göstərilmədən, möhür vurulmadan tərtib edilmişdir, həmin məktuba cavab verilməməsi belə inzibati xəta hesab edilə bilməz. Həmçinin, inzibati xəta haqqında tərtib edilmiş AB752913 və AF709560 saylı inzibati xəta haqqında protokollar barədə məlumat əldə olunandan dərhal sonra inzibati xətanı törətmiş şəxslər tərəfindən ödənilmişdir. "xxxx" ATSC-yə verilmiş sorğuda da aşkar qanun pozuntularına yol verilmiş, sorğu imzalanmadan, vəzifəli şəxsin adı və soyadı göstərilmədən, möhür vurulmadan tərtib edilmişdir. Halbuki, qanunvericiliyə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən verilən sorğuda sənədin hansı orqan, həmin orqanın hansı səlahiyyətli çəxsi tərəfindən verilməsi dəqiq qeyd edilməli, sorğu müvafiq imza (sorğu elektron formada olduqda elektron imza ilə) və möhürlə təqdiqlənməlidir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, sözügedən protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib olunmamışdır. ‘‘SUMQAYİT-ÇÖRƏK’’ ASC barəsində olan inzibati xəta haqqında iş üzrə icrata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi X8 Şöbəsi tərəfindən ‘‘SUMQAYİT-ÇÖRƏK’’ ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4, 344-347.1, 352.0.1-352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355-358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9-517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İş materiallarında olan 18.06.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, ‘‘SUMQAYİT-ÇÖRƏK’’ ASC ona göndərilmiş sorğuya cavab vermiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin məlumatlarını qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşşəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü madəsində nəzərdə tutlmuş hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdətutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarında ‘‘SUMQAYİT-ÇÖRƏK’’ ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi X8 Şöbəsi tərəfindən ‘‘SUMQAYİT-ÇÖRƏK’’ ASC barəsində 15 iyun 2021-ci il tarixli, AP ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2 və 114.2.1-ci maddələrinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar