Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2441/2025 03.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X2, Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30560212 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30560212 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, EQ 30560212 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbəh vermə haqqında qərarı ilə X1 Xətalar Məcəlləsi 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində 2 bal cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən “Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə” 80 (səksən) manat və 2 bal cərimə edilir. Mövcud inzibati xəta haqqında qərar o, avtomobil ilə hərəkətdə olmağına baxmayaraq qəbul edilmişdir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq EQ30560212 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv etməyi və şikayətinini təmin olunmağını xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin arxasında öz avtomobili ilə hərəkətdə olan zaman ona İXM-in 346.4-cü maddəsi ilə qanunsuz olaraq 80 manat 2 bal cərimə olunmuşdur. Həmin maddəyə görə digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin o həmin vaxt öz avtomobili ilə hərəkətdə olmuşdur. Bununla bağlı şikayət etmiş və ona Sumqayıt ŞPİ-nin DYPŞ-ə çağırmışlar və protokolu təqdim edərək məhkəməyə şikayət verməsini bildirmişlər. Məhkəmədən barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və cərimənin silinməyini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırkı şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 30560212 nömrəli inzibati tənbeh vermə barədə elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-in 346.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 80 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan fotoşəkillərdən göründüyü kimi **-GX-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA MİNİK” markalı avtomobilin ikinci cərgədə fotoşəkilləri çəkilmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 30560212 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün BDYPİ-yə göndərilməlidir. Belə ki, elektron qərarı qəbul etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında lazımı qaydada məlumat verməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və ya hər hansı sübut təqdim etməməmişdir. Şikayətçi sübut olaraq yalnız fotoşəkillər təqdim etmiş, lakin həmin fotoşəkillərlə nəqliyyat vasitəsinin dayanmasını və ya hərəkətdə olmasını müəyyən etmək mümkün olmamışdır. Nəqliyyat vasitəsinin inzibati xəta hadisəsi qeydə alınarkən hərəkətdə olubolmamasını yalnız videogörüntüyə baxıldıqdan sonra müəyyən edilməsi mümkündür. Qeyd edilən səbəbdən də həmin qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün BDYPİ-yə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. xx.xx.2025-ci il tarixli EQ 30560212 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün BDYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2441/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2441/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver