Məhkəmə qərarları › İş №3(060)-2446/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2446/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2446/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, ev 1 m olan Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə ilə 16 iyul 2021-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhəri, Sülh küçəsi, ev 1 m ünvanında yerləşən obyektdə 16.07.2021-ci il tarixdə qurğuların sertifikatının olmadığı, digər ölçmə vasitələrinin (elektron tərəzilər) tiptnin təsdiq edilməsi haqqında sertifikatının olmadığı, satılan metal məmulatların (borunun) uyğunluq sertifikatının olmadığı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X7 bildirdi ki, X15” MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinnin 447.0.4-cü və 538.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olumuşdur. Həmin Protokol üzrə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin həm 447.0.4-cü maddəsi, həm də 538.1-ci maddəsi üzrə məsuliyyət cəlb edilməsi tamamilə əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə nəzərdə tutulmuşdur. Beləliklə göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi İstehlakçıların hüquqlarının pozulması, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalı, satılması əməli qanun pozuntusu kimi nəzərdə tutulur. İstehlakçıların hüquqlarının pozulmamışdır. Borular neft-qaz borularıdır və Şəxs MMC boruları yalnız Rusiya sifarişi ilə Rusiyaya satır, Azərbaycanda boru satmır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun hüquqi rejimi bu hala tətbiq edilmir. Həmin maddənin tələbinə əsasən məcburi sertifikatlaşdırılamlı olan mal satılmalıdır. Bu hal da yoxdur. Neft-qaz boruları şəxsi istehlak üçün deyil, onlara “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun hüquqi rejimi bu halda da tətbiq edilmir və onların sertifikatlaşdırılamlı mal olması ilə əlaqədar Nazirlər Kabinetinin hər hansı qərarı yoxdur. Şəxs MMC-nin istehsal etdiyi borular yalnız sifariş əsasında, QOST 31446-2017 və EN 10210-1: 2006 standartı ilə Rusiyanın neft, qaz sənayesi üçündür. Şəxs MMC yerli bazar üçün boru istehsal etmir ancaq sifariş əsasında işləyir. Borular Azərbaycanda və ümumiyyətlə istehlakçılara satılmır. Bu borular şəxsi istehlak üçün deyil, yalnız ixrac olunur, Rusiya şirkətinin sifarişi əsasında Rusiya neft qaz sənayesi üçün istehsal olunaraq ixrac olunur. Bu halda Azərbaycan Respublikasının fiziki şəxs olan istehlakçısının hüquqi pozula bilməz. Yəni bu maddənin tətbiqi üçün əsas yoxdur. Əlavə olaraq, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun İstehlakçının tərifi açıq göstərilmişdir. İstehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal alan şəxsdir. Şəxs MMC-nin istehsal etdiyi neft-qaz sənayesi boruları Rusiyanın və Avstriyanın sertifikatlarından da göründüyü kimi, neft-qaz sənayesi üçün nəzərdə tutulub. Bu borular şəxsi tələbatın ödənilməsi üçün deyil. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun qırış hissəsində birbaşa göstərilir ki, Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılarla münasibətlərin tənzimlənməsini müəyyənləşdirir. Göründüyü kimi, Qanun Rusiya hüquqi şəxsləri ilə Şəxs MMC-nin arasında olan münasibətləri tənzimləmir və bu münasibətlərə tətbiq edilə bilməz. Digər tərəfdən neft-qaz sənayesi boruları istehlakçılara satılmır və Nazirlər Kabinetinin hər hansı qərarı ilə məcburi sertifikatlaşdırılamlı olan mal kimi müəyyənləşdirilməmişdir. Beləliklə, Şəxs MMC-nin Rusiyanın neft, qaz sənayesi üçün boru istehsal edib, onları Rusiyaya ixrac etməsi hərəkəti Azərbaycan Respublikasında İstehlakçılarının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz və Şəxs MMC-yə Azərbaycan istehlakçısının hüquqlarının pozulması hərəkəti adı ilə cərimə tətbiq edilə bilməz, çünki onun belə hərəkəti yoxdur. Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə nəzərdə tutulmuşdur. Yoxlama aktında 993-cü sualla bağlı guya aşkar olunmuşdur ki, 3 ədəd ölçmə vasitəsi olan elektron tərəzilərin tipinin təsdiq edilməsi haqqında sertifikatı yoxdur və bununla da guya “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun 11.3-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin maddəsinin dizpazisiyasiyasında öçlmə vasitəsinin tipinin təsdiq edilməsinə dair sertifakıt olmamasına görə deyil, tipinin təsdiq edilməmiş və (və ya) yoxlamadan keçməmiş ölçmə vasitəsilərindən istifadəyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Halbuki hər 3 ölçmə vasitəsi yoxlamadan keçmiş və müvafiq şəhadətnamələr alınmışdır (şəhadətnamələrin surətləri əlavə olunur). Bu fakt yoxlama aktında da qeyd edilmişdir. Həmin şəhdətnamələr məhz ölçmə vasitərinin tipini müəyyən edən “Azərbaycan Metrologiya İnstitutu” tərəfindən verilmiş və şəhadətnamələrdən hər bir elektron tərəzinin tipi təsdiq edilmişdir. Belə ki, şəhadətnamə R№004196 ÖVY №028913 üzrə ölçmə vasitəsinin tipi: NT200A”CAS” olaraq, şəhadətnamə R№004197 ÖVY №028914 üzrə ölçmə vasitəsinin tipi: Cİ-8000V olaraq və şəhadətnamə R№004198 ÖVY №028915 üzrə ölçmə vasitəsinin tipi: NEWTON NT-501A olaraq təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər yoxlama ölçmə vasitələrinin tipinin təsdiqi üzrə sınaqların nəticələrinə əsasən texniki normativ hüquqi aktlara uyğun olaraq aparılır və ilkin yoxlamadan tipi təsdiq olunmuş, istehsaldan və təmirdən çıxan, idxal olunan ölçmə vasitələri keçirilir kimi qeyd edilmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi ölçmə vasitəsi yoxlamadan əvvəl, ilk əvvəl onun tipinin təsdiq olunması üzrə sınaqlar keçirirlir, tipi təsdiq olunduqdan sonra isə ölçmə vasitəsinin tələblərə cavab verməsinə dair yoxlanması həyata keçirilir. Bundan başqa “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən həmin qanunun məqsədi və tətbiqi dairəsi insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerinə yetirilən ölçmələrin obyektiv, etibarlı və müqayisə edilən nəticələrinin alınmasında cəmiyyətin və dövlətin tələbatını təmin etmək və ölçmələrin qeyri-dəqiq nəticələrinin mənfi təsirinin qarşısını almaq məqsədi daşıyır. Qanunun məqsədilərini nəzərdən keçirdikdə, burada da Şəxs MMC tərəfindən qanun pozuntusunu yol verməməsi və yuxarıda göstərilən şəhadətnamələr ilə hər 3 ölçmə vasitəsinin yoxlama nəticəsində yararlı olması təsdiq edilmişdir. Ona görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahişetdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş oraqnın etibarnamə üzrə nümayəndəsi X8 protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına dair 000032 №li, 12.07.2021-ci il tarixli qərarından görünür ki, baş məsləhətçi X4, aparıcıməsləhətçi X6 və böyük metroloq X5 tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsi, ev 1 m ünvanında yerləşən Şəxs MMC-də 03 (üç) gün müddətində (15.07.2021-ci il tarixdən – 17.07.2021-ci il tarixədək) yoxlama aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 16 iyul 2021-ci il tarixli, 000036 №-li yoxlama aktlarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 000032 saylı, 12.07.2021-ci il tarixli plandankənar yoxlamanın aparılmasına dair KY ********* olan çıxarışlara əsasən baş məsləhətçi X4, aparıcıməsləhətçi X6 və böyük metroloq X5 tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsi, ev 1 m ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektdə başdirektorun müşaviri X1 iştirakı ilə yoxlama aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 000032 saylı, 12.07.2021-ci il tarixli plandankənar yoxlama ilə bağlı sualların siyahısında əlvan metal, qara metal, habelə tərkibindı qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı həyata keçirilən obyektlərdə istehsal və istifadə olunan texniki qurğuların, maşın və mexanizmlərin uyğunluq sertifikatı olmamış, metal tullantılarının radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrinin və digər ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatı olmamış və satılan metal məmulatların uyğunluq sertifikatı olmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.51-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 447.0.3 – 447.0.6 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 447.0.7, 447.0.8, 537.2 və 538-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görəfiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi istehlakçıların hüquqlarının pozulması, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalı, satılması əməli qanun pozuntusu kimi nəzərdə tutulur. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən istehlakçıların hüquqlarının pozulmamış, borular neft-qaz borularıdır və Şəxs MMC boruları yalnız Rusiya sifarişi ilə Rusiyaya satılır, Azərbaycanda boru satmır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun hüquqi rejimi bu hala tətbiq edilmir. Həmin maddənin tələbinə əsasən məcburi sertifikatlaşdırılamlı olan mal satılmalıdır. Bu hal da yoxdur. Neft-qaz boruları şəxsi istehlak üçün deyil, onlara “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun hüquqi rejimi bu halda da tətbiq edilmir. Şəxs MMC-nin istehsal etdiyi borular yalnız sifariş əsasında, QOST 31446- 2017 və EN 10210-1: 2006 standartı ilə Rusiyanın neft, qaz sənayesi üçündür. Şəxs MMC yerli bazar üçün boru istehsal etmir ancaq sifariş əsasında işləyir. Borular Azərbaycanda və ümumiyyətlə istehlakçılara satılmır. Bu borular şəxsi istehlak üçün deyil. Yalnız ixrac olunur, Rusiya şirkətinin sifarişi əsasında Rusiya neft qaz sənayesi üçün istehsal olunaraq ixrac olunur. Bu halda Azərbaycan Respublikasının fiziki şəxs olan istehlakçısının hüquqi pozula bilməz. Yəni bu maddənin tətbiqi üçün əsas yoxdur. Əlavə olaraq, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun İstehlakçının tərifi açıq göstərilmişdir. İstehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal alan şəxsdir. Şəxs MMC-nin istehsal etdiyi neft-qaz sənayesi boruları Rusiyanın və Avstriyanın sertifikatlarından da göründüyü kimi, neft-qaz sənayesi üçün nəzərdə tutulub. Bu borular şəxsi tələbatın ödənilməsi üçün deyil. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun qırış hissəsində birbaşa göstərilir ki, Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılarla münasibətlərin tənzimlənməsini müəyyənləşdirir. Göründüyü kimi, Qanun Rusiya hüquqi şəxsləri ilə Şəxs MMC-nin arasında olan münasibətləri tənzimləmir və bu münasibətlərə tətbiq edilə bilməz. Beləliklə, Şəxs MMC-nin Rusiyanın neft, qaz sənayesi üçün boru istehsal edib, onları Rusiyaya ixrac etməsi hərəkəti Azərbaycan Respublikasında İstehlakçılarının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinin tərkibi olmadığı üçün həmin hissədə Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməli, Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, ev 1 m olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar