Məhkəmə qərarları › İş №3(060)-2448/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2448/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2448/2021 04.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyii lə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin (bundan sonra mətndə Sumqayıt şəhər Pİ DYPŞ) İTÜİ polis mayoru E.Vəliyev tərəfindən 19 may 2021-ci il tarixində Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 347-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı ******* №li protokol tərtib edilmişdir ona görə ki, “Ford Fusion minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 4/10, mənzil 14 ünvanında yerəşən Şəxs MMC hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verilməsini təmin etməmişdir. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Sumqayıt şəhər Pİ DYPŞ tərəfindən protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 29.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması 04 avqust 2021-ci il tarixə təyin edilmişdir. Protokolu tərtib etmiş Sumqayıt şəhər Pİ DYPŞ və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edildiklərinə baxmayaraq nümayəndələrinin məhkəmə iclsında iştirakını təmin etmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Sumqayıt şəhər Pİ DYPŞ tərəfindən Şəxs MMC-nin barəsində İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Şəxs MMC tərəfindən cəmiyyətə məxsus “Ford Fusion minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 (sürücülük vəsiqəsi AC 506872) tərəfindən idarə edildiyi barədə Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə məlumat verilmiş, bununla da İXM-nin 347-ci maddəsilə müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4, 344-347, 352.0.1-352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355-358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9-517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati xəta haqqında materiallara əlavə olunmuş “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”nin surətlərindən görünür ki, inzibati xəta haqqında bildirişi hüquqi ünvanı Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 4/10, mənzil 14 olan Şəxs MMC tərəfindən 16.03.2021-ci il tarixində qəbul edilib. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən 03 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 02 avqust 2021-ci il tarxli, 114 № məktununda qeyd olunmuşdur ki, Şəxs MMC-yə məxsus olan **-AE-*** dövləq eydiyyat nişanlı avtomobili MMC-nin əməkdaşı X2 (sürücülük vəsiqəsi AC 506872) tərəfindən idarə edilməsi barədə Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə 17.03.2021-ci il tarixdə məlumat verilməsi aşkar olunmuşdur. Məhkəmə araşdırması zamanı hüquqi şəxs olan Şəxs MMC-nin hərəkətlərində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı müəyyən olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş portal çxarışından müəyyən olunur ki, **-AE-*** dövlət qeydiyyat nişanlı “Ford Fusion minik” markalı avtomobil Şəxs MMC-yə məxsusdur. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdətutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və yasəlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarqəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İXM-nin 347-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində 19 may 2021-ci il tarixli AP seriyalı ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar