Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-245/2021 12.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 müfəttişi X1, İnzibati xəta haqqında protololu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 nümayəndəsi Nəcəfquliyeva Könül Rövşən qızının iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X5 tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC tərəfindən Sumqayıt şəhəri, Xəzər dənizi sahili zonasında, bulvar ərazisində yerləşən Şəxs MMC-nin ərazisindən qanunsuz olaraq Şəxs MMC-yə məxsus “EK-230” markalı ekskavatorla faydalı qazıntı növü olan 16 m3 həcmində qumun avtomaşınlara yüklənməsi və daşınıb aparılması faktı müəyyən edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycn Respublikasının İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 və inzibati xəta haqqında protololu tərtib etmiş şəxsin nümayəndəsi Nəcəfquliyeva Könül Rövşən qızı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən şahid X4 bildirdi ki, Şəxs MMC-nin direktor müavini vəzifəsində çalışır. Həqiqətən Şəxs MMC-yə məxsus ərazidən qum çıxarılır, amma bu satış məqsədilə deyil, yol çəkilməsi üçün istifadə etdikləri asfaltı aldıqları asfaltzavoda göndərmək üçün edilir. Qumun müqabilində asfaltzavod onlara asfalt verir. Həmçinin qumdan özləri tikinti işlərində də istifadə etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 68885 saylı, xx xxxxxx 2021-ci il tarixli aktından görünür ki, 4 saylı Regional Ekologiya və X2 xx xxxxxx 2021-ci il tarixli, 05 saylı sərəncamına əsasən “Ətraf mühitin mühafizəsi haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət olunması məqsədi ilə xidməti ərazidə aparılan reyd zamanı Sumqayıt şəhərində, Xəzər dənizinin sahili zonasında, bulvar ərazisində, Sahil küçəsində Şəxs MMC-yə məxsus “EK-230” markalı ekskavatorla Şəxs MMC tərəfindən inşa olunan binanın qarşısındakı sahədən qanunsuz olaraq faydalı qazıntı növü qumun **-SM-*** dövlət nömrə nişanlı, “TATRA” markalı və **-BD-*** dövlət nömrə nişanlı, “KAMAZ” markalı avtomaşınlara yüklənilməsi və daşınıb aparılması faktı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı baxış keçirilərkən məlum olmuşdur ki, sözügedən ərazidən qanunsuz olaraq 16,0 m3 həcmində faydalı qazıntı növü olan qum daşınıb aparılmışdır. Araşdırma müddətində həmin ərazidən qanunsuz olaraq faydalı qazıntı növü olan qumu götürərək daşıyıb aparan avtomaşınların sürücülərinə yaxınlaşaraq onlardan avtomaşının kimə məxsus olmasını soruşulmuş və şəxsiyyətini təsdiq edən sənədin təqdim olunması tələb edilmişdir. Lakin onlar heç bir sənəd təqdim etməyərək ərazidən uzaqlaşmışlar. Bununla da Şəxs MMC tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 35, 50 və 52.3-cü maddələrinin, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 10, 13 və 46.4-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. “Yerin təki haqqında” Azərbaycan Respublikasınən Qanununun 1-ci maddəsinə əsasən yerin təki — yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsidir. Həmin Qanununun 21-ci maddəsinə əsasən yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid tələbdir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, Xəzər dənizi sahili zonasında, bulvar ərazisində yerləşən Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15000 (on beş min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-245/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-245/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver