Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2450/2025 25.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən rayonu, A.Qaradağlı, ev M35-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 25 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, saat 17:13 radələrində “Tam Store” mağazasının qarşısında YPX əməkdaşı saxlayarkən ona hüquqi vəziyyətini izah edərkən səs-küy salması video çəkiliş etməsi xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi X3 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində YPX-nin əməkdaşı Şəxs qayda pozuntusuna görə saxla əmri vermişdir. Sənədlərin yoxlanışı zamanı Şəxs sürücülük vəsiqəsində 18 bal olması və törədilən qayda pozuntusuna görə əlavə 3 bal yazılacağı halda avotmobilin duracağa təmin olunması YPX-nin əməkdaşı tərəfindən bildirilmişdir. Həmin vaxt tərəflər arasında mübahisə yaranmış Şəxs səs-küy salaraq nalayiq ifadələr işlətdiyi üçün PPX-nin əməkdaşları tərəfindən 4-cü polis bölməsinə gətirilərək izahatı alınmış və barəsində protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Toyota” markalı, ** YV *** nömrəli avtomobilə ilə hərəkətdə olarkən qayda pozuntusu etmişdir. Belə ki, Sumqayıt şəhəri, Nərimanov küçəsində Sülh küçəsinə dönmə əməliyyatı etmiş və onu YPX-nin əməkdaşı saxla işarəsi vermişdir. O, avtomobili yolun sağ tərəfinə çəkib saxlamışdır. Polis əməkdaşı sənədləri yoxlamış cərimə balının 18 olduğuna görə avtomobili cərimə meydançasına aparacağını söyləmişdir. O, polis əməkdaşına veteran qazi olduğunu bildirib köməklik etməsini xahiş etmişdir. O, isə mümkün olmadığını bildirmişdir. O, daha sonra evə gedib uşaqları düşürdüb polis əməkdaşının yanına qayıtmış, polis əməkdaşı ona maşını təhvil verməyi üçün təzyiq etmiş bu zaman o əsəbləşib səsini qaldırmışdır. Polis əməkdaşı ona “Artislik” etmə ifadəsini söyləmiş, o bir döyüşçü kimi özünü təhqir bilmişdir. Bu anda PPX-nin əməkdaşları yaxınlaşmış, o, maşını təhvil verib akta imza etdikdən sonra PPX və yol polisinin əməkdaşı mülki əhalinin qarşısında ona zor tətbiq edərək onun şəxsi əmlaklarını almışlar. Polis serjantı Gurşad adlı şəxs onu qolu ilə boğaraq polis maşınında saxlayaraq onu 4-cü polis bölməsinə aparmışlar.Heç bir ictimai qadanı pozmamış, xuliqanlıq hərəkətləri etməmiş, polis əməkdaşından qazi olmasını nəzərə alaraq ona köməklik etməsini xahiş etmişdir. Göstərilən halları nəzərə alaraq, o, əsəbi olsada nalayiq ifadələr işlətməməsini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilmir. Bu məhkəməyə təqdim olunmuş video görüntüdən də görünür ki, o, heç bir şəkildə ictimai qaydanı pozmamış, polisə tabesizlik göstərməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin polis serjantı X5 bildirmişdir ki, xx.xx.2025-ci il tarixldə saat 17:13 radələrində xidmətdə olarkən Sumqayıt şəhəri Nərimanov-Sülh küçəsinin kəsişməsində “Toyota” markalı ** YV *** dövlət qeydiyyat nişanlı avtomaşın qayda pozaraq işıqforun qırmızı işığında yoluna davam etmişdir. Həmin avtomaşın tərəfindən saxla işarəsi verilmişdir. Sürücüyə özünü təqdim edib sənədləri istəmiş, yoxlama zamanı məlum olmuşdur ki, sürücü Şəxs cərimə balları 18 olmuş və etdiyi qayda pozuntusu isə 3 ballıq olduğu üçün sürücülük hüququndan məhrum olunduğu və avtomaşının isə duracağa yerləşdiriləcəyi barədə məlumat verilsədə, sürücü buna irad bildirərək ictimai yerdə səs-küy salmış, özünü və maşnı yadıracağını bildirmiş,bu zaman ətrafa vətəndaşar yığılmışdır. Eyni zamanda mobil telefon vasitəsi ilə çəkiliş aparmağa başlamışdır. Dəfələrlə sürücünü nizam intizama dəvət etsələrdə öz hərəkətlərinə davam etdiyi üçün PPX-nin əməkdaşlarını köməyə çağırmış, aiddiyyatı üzrə PB-nə aparılmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, saat 17:13 radələrində “Tam Store” mağazasının qarşısında YPX əməkdaşı saxlayarkən ona hüquqi vəziyyətini izah edərkən səs-küy salması video çəkiliş etməsi xırda xuliqanlıq etməsi göstərilmişdir. Lakin nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə və eyni zamanda məhkəməyə təqdim olunmuş video görüntüdə Şəxs ictimai qaydanı pozması, hansısa fiziki həxslərin üzərində zor tətbiq etməsi, zar tətbiq etməklə hədələməsi, özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşaiyyət olunan hansısa hərəkətlər etməsi faktını təsdiq edən heç bir hal öz əksini tapmamış, Əksinə videogörüntüdə barəsində inzibati protokol tərtib etmiş maşının duracağa aparılmasına narazılığını bildirsə də, o, heç bir şəkildə ictimai qaydanı pozmamış, polisə tabesizlik göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 24 sentyabr 2024-cü il tarixdə Şəxs tərəfindən Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, “Tam Store” mağazasının qarşısında ictimai qaydanın pozulması və xuliqanlıq halları öz əksini tapmamışdır. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma üzrə sərf edilmiş 5 saata görə cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53.2, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetrilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-2450/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2450/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver