Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2451/2021 11.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokollara və materialllara Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Tuq-Zavod qəsəbəsi ərazisi olan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə Şəxs QSC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 447.0.4 və 538.1-ci maddələri ilə 08 iyul 2021-ci il tarixdə MN № ******* saylı və 13 iyul 2021-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhəri, Tuq-Zavod qəsəbəsi ünvanında yerləşən obyektdə 08.07.2021-ci il tarixdə istehsalat sahəsindəki əritmə sobalarının uyğunluq sertifikatının olmadığı; Sumqayıt şəhəri, Tuq-Zavod qəsəbəsi ünvanında yerləşən obyektdə 13.07.2021-ci il tarixdə istehsalat sahəsindəki əritmə sobasının uyğunluq sertifikatının olmadığı, ölçmə vasitələrinin yoxlanması haqqında şəhadətnamələrin və tipinin təsdiq edilməsi haqqında sertifikat olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs QSC barəsində tərtib olunmuş MN № ******* saylı və MN № ******* saylı inzibati xəta haqqında protokollar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 29.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 11 avqust 2021-ci il tarixə təyin edilmişdir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı ilə Azmet” QSC-nin İXM-nin 447.0.4 və 538.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)- 2451/2021 və 3(060)-2452/2021 №li işlər bir icraatda 3(060)-2451/2021 nömrə ilə birləşdirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş oraqnın etibarnamə üzrə nümayəndəsi X4 protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına dair 000024 №li, 07.07.2021-ci il tarixli və 000027 №li, 12.07.2021-ci il tarixli qərarlarından görünür ki, baş məsləhətçi Eyvaz-zadə Tahir Cahad oğlu, məsləhətçi X9 və şöbə müdiri X3 tərəfindən Sumqayıt şəhəri, Tuq-Zavod qəsəbəsi ünvanında yerləşən Şəxs QSC-də 03 (üç) gün müddətində (07.07.2021-ci il tarixdən – 09.07.2021-ci il tarixədək və 12.07.2021-ci il tarixdən – 14.07.2021-ci il tarixədək) yoxlama aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 08 iyul 2021-ci il tarixli, 000030 №-li və 13 iyul 2021-ci il tarixli 000010 №-li yoxlama aktlarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 000024 saylı, 07.07.2021-ci il tarixli plandankənar yoxlamanın aparılmasına dair və 000030 saylı, 12.07.2021-ci il tarixli plandankənar yoxlamanın aparılmasına dair KY ********* və KY ********* olan çıxarışlara əsasən baş məsləhətçi Eyvaz-zadə Tahir Cahad oğlu, məsləhətçi X9 və şöbə müdiri X3 tərəfindən Sumqayıt şəhəri, Tuq-Zavod qəsəbəsi ünvanında yerləşən Şəxs QSC-yə məxsus obyektdə icraçı drektor X6 iştirakı ilə yoxlama aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 000024 saylı, 07.07.2021-ci il tarixli plandankənar yoxlama ilə bağlı və 000030 saylı, 12.07.2021-ci il tarixli plandankənar yoxlama ilə bağlı sualların siyahısında əlvan metal, qara metal, tərkibindı qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı ilə əlaqədar avadanlıq və qurğilar uyğunluq sertifikatı olmamış, meta tullantılarının radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrinin və digər ölçmə vasitələrinin yoxlanması haqqında şəhadətnaməsi olmamış və meta tullantılarının radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Sertifikatlaşdırılma Sistemi Şəxs QSC-yə 06.07.2021-ci il tarixdə verilmiş Uyğunluq Sertfikatından görünür ki, qara metal qırıntı və tullantıları üçün 06.07.2022-ci il tarixədək dövlət reyesterində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Sertifikatlaşdırılma Sistemi Şəxs QSC-yə 06.07.2021-ci il tarixdə verilmiş Uyğunluq Sertfikatından görünür ki, alümin qırıntı vətullantıları üçün 06.07.2022-ci il tarixədək dövlət reyesterində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Sertifikatlaşdırılma Sistemi Şəxs QSC-yə 06.07.2021-ci il tarixdə verilmiş Uyğunluq Sertfikatından görünür ki, qara metal qırıntı və tullantıları üçün 06.07.2022-ci il tarixədək dövlət reyesterində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz Görülməsi və X7 Agentliyi təhlükə potensiallı obyektlərin dövlət reyesterindən qeydiyyatdan keçirilməsi barədə 15 mart 2021-ci il tarixli A-121283 №-li çıxarışından görünür ki, metalyayma və metaləritmə sahəsi Sumqayıt şəhəri, Tuq- Zavodunun ərazisində yerləşən İnduksiya sobası İST-2,0 – 3 ədəd, İnduksiya sobası İST- 2,5 – 2 ədəd, Yayma xətti Stan-280 – 2 ədəd, Alüminium əritmə sobası (əksetdirici soba) – 2 ədəd, Alüminium əritmə sobası (dönər soba) – 2 ədəd və Körpülü kran(yük/q 10 ton) – 1 ədəd 15 mart 2021-ci il tarixdə qeydiyyata alınmış və göstərilən obyektlər 15 mart 2026-cı il tarixədək təkrar qeydiyyata alınması qeyd olunmuşdur. İş materialında olan Şəxs QSC-ni təsisçisi X5 tərəfindən təsdiq edilmiş 30.10.2020ci il tarixli qərarı ilə Şəxs QSC-nin qanuni təmsilçilik funksiyasına malik icraçı direktor vəzifəsini X6 icra edilməsi qeyd olunmuşdur. “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları”nın və “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17 fevral 2021-ci il, 39 №-li Qərarı ilə təsdiq edilmiş Metal tullantılarının radiasiya təhlükəsizliyi baxımından müayinəsinin 6.8-ci bəndinə uyğun olaraq metal tullantılarının yekun radiasiya müayinəsi müvafiq ölçmələrin aparılmasına “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada akkreditasiya edilmiş metal tullantılarını qəbul edən sahibkarlıq subyektinin laboratoriyası və ya belə akkreditasiyası olan digər radiasiya nəzarəti laboratoriyası tərəfindən aparılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.51-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 447.0.3 – 447.0.6 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 447.0.7, 447.0.8, 537.2 və 538-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi baxır. İXM-nin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 538.1-ci maddəsinə əsasən Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 08 iyul 2021-ci il tarixdə MN № ******* saylı və 13 iyul 2021-ci il tarixdə MN № ******* saylı İnzibati xəta haqqında protokollar qanunvericiliyə uyğun olaraq tərtib edilmişdir. Belə ki, Sumqayıt şəhəri, Tuq-Zavod qəsəbəsi ünvanında yerləşən obyektdə 08.07.2021-ci il tarixdə və 13.07.2021-ci il tarixdə istehsalat sahəsindəki əritmə sobasının uyğunluq sertifikatının olmadığından, ölçmə vasitələrinin yoxlanması haqqında şəhadətnamələrinin və tipinin təsdiq edilməsi haqqında sertifikatın olmadığından həmin QSC İXM-nin 447.0.4 və 538.1-ci maddələri ilənə əsasən inzibati xəta törətməsi faktı aşkarlanmışdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs QSC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Tuq-Zavod qəsəbəsi ərazisi olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla 4.500,00 (dörd min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2451/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2451/2021
11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver