Məhkəmə qərarları › İş №3(060)-2452/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2452/2021

11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2452/2021 11.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi Bağırov sadiq Məmmədkərim oğlunun iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Tuq-Zavod qəsəbəsi ərazisi olan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə Şəxs QSC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 447.0.4 və 538.1-ci maddələri ilə 08 iyul 2021-ci il tarixdə MN № ******* saylı və 13 iyul 2021-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhəri, Tuq-Zavod qəsəbəsi ünvanında yerləşən obyektdə 08.07.2021-ci il tarixdə istehsalat sahəsindəki əritmə sobalarının uyğunluq sertifikatının olmadığı; Sumqayıt şəhəri, Tuq-Zavod qəsəbəsi ünvanında yerləşən obyektdə 13.07.2021-ci il tarixdə istehsalat sahəsindəki əritmə sobasının uyğunluq sertifikatının olmadığı, ölçmə vasitələrinin yoxlanması haqqında şəhadətnamələrinin və tipinin təsdiq edilməsi haqqında sertifikatın olmamışdır. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 11 avqust 2021-ci il tarixə təyin edilmişdir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, hüquqi ünvanı hüquqi ünvanı Sumqayıt şəhəri, Tuq-Zavod qəsəbəsi ərazisi olan Şəxs QSC-nin İXM-nin 447.0.4 və 538.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 08 iyul 2021-ci il tarixdə MN № ******* saylı və 13 iyul 2021-ci il tarixdə MN № ******* saylı inzibati xətalar haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2451/2021 və 3(060)-2452/2021 №li işlər bir icraatda 3(060)- 2451/2021 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Tuq-Zavod qəsəbəsi ərazisi olan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 08 iyul 2021-ci il tarixdə MN № ******* saylı və 13 iyul 2021-ci il tarixdə MN № ******* saylı saylı inzibati xətalar haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2451/2021 və 3(060)-2452/2021 №li işlər bir icraatda 3(060)-2451/2021 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar