Məhkəmə qərarları › İş №3(060)-2456/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2456/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2456/2023 24.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova İradə Allahverdi qızının katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Sumqayıt regional dövlət yanğın nəzarəti şöbəsinin (bundan sonra mətndə Sumqayıt Regional DYNŞ-nin) inspektoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 518.1-ci maddəsi ilə hüquqi ünvanı Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi ev Sumqayıt şəhər TTYS-nın yanı olan Şəxs (bundan sonra mətndə Şəxs MTK) (VÖEN 1********) barəsində 04 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi, ev 27A-da yerləşən Şəxs MTK-ya məxsus yaşayış binalarında keçiriliən plandan kənar YTM zamanı (YTQ 01-2001 bənd 6.1-6.10; 10.1-10.4; 9.1-9.12; 4.1-7 bəndlərinin qaydalarını pozmuşdur. İnzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 24 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi ev Sumqayıt şəhər TTYS-nın yanı olan Şəxs (bundan sonra mətndə Şəxs MTK) (VÖEN 1********) barəsində 04 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi, ev 27A-da yerləşən Şəxs MTK-ya məxsus yaşayış binalarında keçiriliən plandan kənar YTM zamanı (YTQ 01-2001 bənd 6.1-6.10; 10.1-10.4; 9.1-9.12; 4.1-7 bəndlərinin qaydalarını pozulması halları aşkar olunmuşdur. Qeyd olunanlara əsasən hüquqi şəxs Şəxs MTK barəsində İXMnin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə hazırki iş üzrə Sumqayıt Regional DYNŞ-nin etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MTK tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir. Ona görə də Şəxs MTK İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2192 nömrəli qərar və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231994166 nömrəli çıxarışa əsasən Dövlət yanğın nəzarəti üzrə Şəxs MTK planlı yoxlama suallarının siyahısında da qeyd olunmuşdur ki, (YTQ № 01-2001 bənd 5.1—5.6); (YTQ № 01-2001 bənd 6.1—6.10); (YTQ № 01-2001 bənd 9.1—9.12) və (YTQ № 01-2001 bənd 10.1— 10.4) bəndlərinə uyğun deyildir. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2023cü il tarixli 2192 №-li qərardan görünür ki, Şəxs MTK-də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək YTM aparılması qeyd olunmuşdur. İş materiallarında olan yanğın-texniki müayinənin xx.xx.2023-cü il tarixli 2192№-li aktından görünür ki, Şəxs MTK-də yoxlama zamanı sahibkarın və ya onun səlahiyyətli nümayəndəsi heç bir izahat bildirməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.16-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 235, 243.0.4, 268, 276, 277, 311, 518, 519, 536 və 543-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MTK barəsində Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti idarəsinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti şöbəsi tərəfindən qəbul edilmiş 04 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Bununla da Şəxs MTK İXM-nin 518.1-ci maddəsinin tələblərini pozmuşdur. İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MTK barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi ev Sumqayıt şəhər TTYS-nın yanı olan Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN 1********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 350,00 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar