Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2457/2024 15.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Səfərli Kamran Nuru oğlunun iştirakı ilə, Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X2 Nuru oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Nuru oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səfərli Kamran Nuru oğlu ərizəsini onunla əsaslandırmışdır ki, inzibati tənbeh vermə haqqında qərarın surətini xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən əldə etmişdir. Ona məxsus sosial şəbəkələrdən birindəki açıq istifadəçi profilində avtomobilin fotoşəklini paylaşmağı ilə bağlı 21 avqust 2024-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinə çağırılmışdır. Avtomobildə konstruksiya dəyişikliyi etdiyi bildirilmiş və İXM-nin 342.2.3-cü maddəsinə əsasən 150 manat məbləğində cərimə olunmuşdur. Konstruksiya dəyişikliyinin edilməsi sübuta yetirilməmiş, avtomobilə baxış keçirməmişdir. Yalnız paylaşdığı fotoşəkil əsas götürülməklə barəsində protokol tərtib olunmuşdur. Bildirir ki, sözügedən fotoşəkil avtomobildə sərnişin (arxa oturacaqlarda 3, öndə 1 nəfər) və yük olduğu, həmçinin avtomaşının hərəkətsiz vəziyyətdə olduğu zaman çəkilmişdir. Zəruri olduğu halda sözügedən fotoşəkil çəkildikdən bir neçə dəqiqə sonra çəkilmiş, maşında sərnişin və yük olmasını sübut edəcək fotoşəkilləri məhkəməyə təqdim edə bilər. Bunu şöbəyə dəvət olunduğu zaman desə də, göstərişin nazirlikdən daxil olduğu, cərimə yazılmamasının tədbir görülməməsi olaraq qiymətləndirildiyi bildirilmiş, məhkəməyə müraciət etmək hüququm izah edilmişdir. Tərtib olunmuş protokol və qəbul edilən qərarla heç bir halda razı deyil. Əgər həqiqətən də avtomobildə konstruksiya dəyişikliyi edilibsə bu vizual şəkildə baxmaqla müəyyənləşdirilməməlidir. Avtomobil müayinə edilməli, müayinənin nəticələri barədə protokol təqdim edilməli və dəyişiklik aradan qaldırılana qədər maşın duracağa yox, təmir müəssisəsinə və ya sürücünün yaşadığı ünvana aparılmalıdır. Əgər asqı yayları sıxdırılıbsa 150 manat, keyfiyyətini itiribsə 50 manat məbləğində cərimə yazılmalıdır. Lakin DYPŞ-nin əməkdaşı tərəfindən avtomobil müayinəyə aparılmadan inzibati xəta haqqında protokol və qərar qəbul edilmişdir. Avtomobilə heç bir baxış keçirilmədən sadəcə formal olaraq protokol tərtib edilmişdir və bu da heç bir dəlilə əsaslanmır. Qeyd olunanlara əsasən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Səfərli Kamran Nuru oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, barəsində sürət həddinin aşılması və avtomobildə konstruksiya dəyişikliyi ilə bağlı protokol tərtib edilmiş, sürət həddinin aşılmasına görə barəsində tətbiq edilmiş cəriməni ödəmişdir, lakin avtomobildə heç bir konstruksiya dəyişikliyi yoxdur. Məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından görünür ki, Səfərli Kamran Nuru oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. İş materiallarında olan Sumqayıt ŞPİ-nin DYPŞ-nin AÜBİ polis mayoru Şahin Qəhrəmanov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin ƏRQ-nın operatoru polis baş serjantı Solmaz Qurbanova raportla Sumqayıt ŞPİ-nin rəhbərliyinə mürəciət edərək, xx.xx.2024-cü il tarixdə, “kamran999” adlı istifadəçinin, Opel Astra markalı **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin konstruksiyasında dəyişiklik etməsi və sürət həddini aşaraq idarə etməsi barədə video çəkiliş etməsini və “TikTok” sosial şəbəkəsində paylaşmasını bildirmişdir. Həmin paylaşımla bağlı araşdırma aparılan zamanı, “kamran999” istifadəçi adlı səhifənin sahibi Sumqayıt şəhər, St.ünvan 1 ünvanında yaşayan X2 Nuru oğlu olduğu müəyyən edilərək, Sumqayıt Sumqayıt Şəhər Polis İdarəsi DYP şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. X3 videogörüntü ilə tanış olmuş və həmin qayda pozuntusunun onun tərəfindən törədilməsini və həmin video görüntünü “TikTok” sosial şəbəkəsindən silməsini bildirmişdir. Opel Astra markalı **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Sumqayıt ŞPİ DYPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir və hazırda avtomobildə konstruksiya dəyişikliyi aşkar olunmasa da, sosial şəbəkədə paylaşılan videogörüntüdə avtomobilin konstruksiyasında dəyişiklik olunması faktı öz əksini tapdığı üçün sürücü barəsində inzibati protokol tərtib olunmuşdur. Nəticə olaraq, sürücü Səfərli Kamran Nuru oğlu, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün barəsində İXP ******* nömrəli inzibati protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında TP ******* nömrəli 150 (yüz əlli) manat məbləğində cərimə qərarı tətbiq edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Səfərli Kamran Nuru oğlu Vətən müharibəsində iştirakına görə 80 manat məbləğində təqaüd alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaş tərəfindən nəqliyyat vasitəsinə hər hansı müdaxilə edilməsi sübuta yetirilmir. Belə ki, sosial şəbəkədə paylaşılan videogörüntüdə avtomobilin konstruksiyasında dəyişiklik olunması faktı öz əksini tapdığı üçün sürücü barəsində inzibati protokol tərtib olunmuş, lakin Opel Astra markalı **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Sumqayıt ŞPİ DYPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman avtomobildə konstruksiya dəyişikliyi aşkar olunmamış və bu barədə arayış tərtib edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. Həmin Qanunun 30-cu maddəsinin İİ hissəsinin 3-cü bəndində əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Səfərli Kamran Nuru oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Səfərli Kamran Nuru oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2457/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2457/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver