Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2458/2022 17.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsinin inzibati xəta haqqında iş üzrə 01 sentyabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsinin (bundan sonra mətndə X6 İdarəsinin) inzibati xəta haqqında iş üzrə 01 sentyabr 2022-ci il tarixli, İXP4863986 saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 01 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi həmçinin vəsatətlə müraciət edərək şikayət verilməsi müddətinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2458/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qərardadı ilə Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsinin 01 sentyabr 2022-ci il tarixli, İXP4863986 saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 01 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair X4 tərəfindən verilmiş vəsatət təmin olunmuş və şikayət vermə müddəti bərpa edilməklə şikayət icraata qəbul edilmişdir. X4 şikayətində göstərmişdir ki, Bakı-Quba yolu təmir-bərpa işləri ilə əlaqədar Bakı istiqaməti hərəkət hissəsi bağlanmış, Quba istiqamətində isə 2 zolaq əks istiqamət hərəkəti təşkil olunmuşdur. Həmin əks istiqamət nəqliyyat axınları ayrılan yolun ortasından 1.5 qırıq xəttin yerində bütün yol boyu (yaşma qəsəbəsindən gəndov qəsəbəsinə kimi) 70 km məsafədə 1.1 bütöv xətt çəkilmiş və DYP əməkdaşları həmin xəttin üstündən ötmə manevr edən sürücüləri cərimə edir. "Yol hərəkəti haqqında" Qanun, "Yol nişanları və siqnallar haqqında" Vyana Konvensiyası və "Yol hərəkətinin təşkilinin texniki vasitələri tətbiqi qaydaları" adlanan QOST-ın tələblərinə əsasən adı qeyd olunan yolda 1.1 xəttinin çəkilməsi qanuna ziddir. Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndindən və 2 saylı əlavəsinin 15-ci bəndindən aydın olur ki, əks istiqam ətdə hərəkət üçün nəzərdə tutulmuş hərəkət zolağından istifadə olunmasının qadağan edilməsi zərurət yarandıqda bütöv xətt çəkilməlidir. Digəh hallarda 1.5 xətt çəkilməlidir. Qanunun 69-cu maddəsinin 6-cı bəndində əsasən 1.1 xətti yolların əks istiqaməti nəqliyyat axınları ayıran ötmə üçün təhlükəli yerlərdə (təhlükəli döngələr, yoxuşlar və 51.5 maddənin göstərilən digər hallarda) çəkilir. Qalan hallarda 1.5 qırıq xətti çəkilir. Bələ ötmə manevri təhlükəli olmayan hallarda 70 km yol boyunca 1.1 bütöv xətt nəticəsində həmin yolda maksimum sürəti 30 40 km/s sürətlə hərəkət edən kənd təsərrüfat texnikan (kombayn, traktor və sayra) və ağır yük maşınların ardınca eyni istiqamətdə gədən minik avtom obillərin də 70-km məsafəni həmin sürətlə hərəkət etmək məcburiyətində qalmışlar. Bunun nəticəsində o yolda hərəkət edən insanlar ünvanlara 2-3 saata yox 6-7 saata çatırlar. Həmin insanların arasında körpə uşaqlar, yaşlılar və xəstələrdə olur, bu da onların səhhətinə ciddi narahatlıqlarına səbəb olar. xx.xx.2022-ci il tarixdə Bakı-Quba yolunun 56 km-də ona məxsus “Hundai SantaFe minik” markalı, **-DS-*** qeydiyyat nömrəli avtomobil ilə hərəkət zamanı qabaqda asta sürətlə gələn ağır yük maşınlarınaa görə uzun tıxac yarandığı üçün ötməli olmuşdur. Bu zaman YPX onu saxlamış və YPX-nin inspektoru polis baş serjant X1 yolda kəsilmiş bütöv xəttin düzgün çəkilmədiyini izah etməsinə baxmayaraq barəsində “Əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulmasını” qeyd edərək İPX ******* saylı protokol tərtib etmişdir. Protokolda onun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş barəsində 60,00 (altmış) manat məbləğində cərimə qey olunmuşdur. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2022ci il tarixdə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 17 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, X7 donanmasının gəmilərdə elektrik-mexanik vəzifəsində 1 ay dənizdə 1 ay istirahət iş rejimində işləyir. Bu səbəblə də xx.xx.2022-ci il tarixində saat 10:00-a təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. İşə onun iştirakı olmadan baxımasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirakı etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisəli qərardan görünür ki, X4 barəsində 01 sentyabr 2022-ci il tarixli, İXP4863986 saylı inzibati xəta haqqında protokola əsasən 01 sentyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib və 60,00 manat məbləğində cərimə edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4, 344-347, 352.0.1-352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355-358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9-517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 69-cu maddəinin İİ- İ bəndinə əsasən eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirə salınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, X6 İdarəsinin İ Tağım YPX-nin inspektoru, polis baş serjantı X1 tərəfindən xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Buna görədə X2 şikayəti təmin olunmamalıdır. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin İ Tağım YPX-nin inspektoru, polis baş serjantı X1 tərəfindən xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2458/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2458/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver