Məhkəmə qərarları › İş №3(060)-2458/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2458/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2458/2024 04.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Ptotokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol X8 Nəqliyyat Hadisələri üzrə baş inspektoru X1, Zərərçəkmiş şəxslər X2 və X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2004-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 248 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş 03 oktyabr 2024-cü il tarixli, İXP6595166 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol X8 Nəqliyyat Hadisələri üzrə baş inspektoru X3 izahatında bildirmişdir ki, Şəxs sərxoş vəziyyətdə xx.xx.2024-cü il tarixdə saat 21:20-də Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi ilə “Bağlar” istiqamətində “Hyundai i40” minik markalı, TO300TU minik markalı avtomobillə hərəkət edən zaman ötmə əməliyyatı həyata keçirmək üçün əks istiqamətli hərəkət zolağına keçmiş, həmin zolaqda qarşıdan hərəkət edən X2 idarə etiyi “Toyota Prius” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı və X4 idarə etdiyi “Vaz 2106” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərər çəkmiş şəxslərə maddi zərər vurmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərəfindən protokol tərtib edilmişdir. Göstərilən halları, həmçibib Şəxs anasının və nənəsinin xəstə olmasını nəzərə alaraq inzibati cərimə növündə tənbeh tətbbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:20də sərxoş halda Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi ilə “Bağlar” istiqamətində etibarnamə əsasında idarə etdiyi “Hyundai i40” minik markalı, TO300TU dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman ötmə əməliyyatı həyata keçirmək üçün əks istiqamətli hərəkət zolağına keçmiş, qarşıdan gələn “Toyota Prius” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2106” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. İdarə etdiyi avtomobil Gürcüstan dövlət qeydiyyat nişanlı olduğu üçün sığortası olmamışdır. Hadisə nəticəsində “Vaz 2106” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı ödəmişdir. Digər avtomobilin zərərini isə hələ ödəyə bilməmişdir. Lakin, avtomobilini satıb onu da ödəyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, o, “Toyota Prius” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 21:20-də Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi ilə hərəkətdə olan zaman qarşıdan hərəkət edən “Hyundai i40” markalı avtomobil onların hərəkət zolağına çıxaraq ötmə etməyə cəhd etmiş və bu zaman onun avtomobili ilə, həmçinin ondan arxada olan “Vaz 2106” markalı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində avtomobillərə maddi zərər dəymişdir. Onun avtomobilinə 2000 manat zərər dəymiş, lakin zərər aradan qaldırılmamışdır. Hadisəni törədən avtomobilin sığortası olmadığı üçün sığorta ödənişi də ala bilmir. Hazırda şikayətçidir və dəymiş zərəri tələb edir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, o, ”Vaz 2106” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 21:20-də Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi ilə hərəkətdə olan qarşıdan hərəkət edən “Hyundai i40” markalı avtomobil onların hərəkət zolağına çıxaraq ötmə etməyə cəhd etmiş və bu zaman ilk olaraq ondan qarşıda hərəkət edən “Toyota Prius” markalı avtomobil ilə, daha sonra isə onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində avtomobillərə maddi zərər dəymişdir. Onun avtomobilinə təxmini 400 manat zərər dəymiş və həmin zərər ödənilmişdir. Hazırda Şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs təqsirini etiraf edir, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəmiş, qalan zərəri isə ödəməyə söz verir. Göstərilən halları, həmçinin Şəxs ailə vəziyyətini nəzərə alaraq onun barəsində inzibati cərimə növündə tənbeh tətbbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxslərin izahatları və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, İş materiallarında olan 03 oktyabr 2024-cü il tarixli, İXP6595166 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:20-də sərxoş vəziyyətdə Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi ilə “Bağlar” istiqamətində “Hyundai i40” minik markalı, TO300TU minik markalı avtomobillə hərəkət edən zaman idarə etdiyi ötmə əməliyyatı həyata keçirmək üçün əks istiqamətli hərəkət zolağına keçmiş, həmin zolaqda qarşıdan hərəkət edən “Toyota Prius” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2106” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə zərər çəkmiş şəxslərə maddi zərər vurmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli 5331 saylı aktdan görünür ki, Şəxs həmin tarixdə saat 22:30 radələrində sərxoş olmuşdur (0,545 promilli). Məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə birgə həmin Məcəllənin 327.2 və 469.1-ci maddələri də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.1-ci maddələri ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də hazırda yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.2 və 469.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, qeyd edilən əsas və əlavə inzibati tənbeh tədbirlərinin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül inzibati tənbeh növü olan inzibati cəriməni tətbiq etməyi ona görə məqsədə müvafiq hesab etmir ki, Şəxs sərxoş halda yol hərəkət qaydalarını pozaraq hadisə törətdiyi zaman, hadisəyə qədər olan hərəkətləri hər hansı ehtiyatsızlıqla bağlı olmamış, yol hərəkət qaydalarını kobud şəkildə pozaraq qarşı hərəkət zolağına çıxmış, nəqliyyat vasitələri və yol hərəkətinin digər iştirakçıları üçün real təhlükə yaratmış və bu hərəkətləri ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsinə səbəb olmuşdur. Eyni zamanda idarə etdiyi avtomobilin sığortası olmamış və zərərçəkmiş şəxslərdən birinin zərəri indiyədək aradan qaldırılmamışdır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi xidmətə görə təqdim etdiyi hesabata əsasən müvafiq məbləğ hesablaraq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçrülüməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası NK-nin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla, onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 04 oktyabar 2024-cü il tarixdən, saat 12:10-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 20 (iyirmi) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar