Məhkəmə qərarları › İş №3(060)-2468/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2468/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2468/2021 30.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə 28 iyul 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 28.07.2021-ci il tarixdə Şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq guya polis növbəsiz adam keçirdiyini bildirdi və polisin şərəfini və ləyaqətini alçatmışdır. Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 30 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3cü polis bölməsinin sahə rəisi X3 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 28.07.2021-ci il tarixdə COVİD-19 bağlı vaksin iynəsi vurdurmaq üçün Sumqayıt şəhəri, 3 saylı poliklinikaya yaxınlaşmışdırlar. Orada vaksin iynəsi vurdurmaq üçün haraya yaxınlaşmalarını soruşmuşlar, oradan da bildirmişlər ki, nömrə götürməlidirlər. Onlar nömrə götürərək növbəyə durmuşlar. 3 saat növbədə durduqalrı üçün yorulmuşlar. Polis əməkdaşları onlara bildirdilər ki, onlayn (online) növbə götürmək lazımdır. O, və anası onlayn növbə götürərək yenidən növbəyə dayanmıb gözləmişdirlər. təxminən 1 saat küçmişdir ki, bir nüçə şəxslər vaksin üçün növbəsiz şəkildə keçirlər. Onlar da bununla razılaşmayaraq etiraz edərək, səhər tezdəndən gözlədiklərini ildirib onları da keçirmələrini polis əməkdaşlarına bildirdilər. Onun bu sözü polis əməkdaşlarını əsəbləşdirdi və mübahisə yarandı. Sonradan ona başqa polis əməkdaşları yaxımlaşdılar və onu 3-cü polis bölməsinə gətidilər. Qeyd olunanların nəzərə alınmasını iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində izahat vermiş X4 izahatında bildirdi ki, 28.07.2021-ci il tarixdə “koroğlu” küçəsi 1 saylı poliklinikada xidmət aparan zaman saat təxminən 13:00 radələrində vətəndaşları növbəli şəkildə buraxdığı zaman və sosial məsafəni gözlənməsinə xahiş etməsinə baxmayaraq 1 nəfər qadınpolisin qanuni tələbinə məhəl qoymayaraq ona qarşı aqresiyya göstərmiş və üstünə şər, böhtan dediyinə görə növbəsiz adam keçirdiyini bildirmişdir. Həmin qadına dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq öz hərəkətlərinə davam edərək onun şərəf və ləyaqətini alçadıcı ifadə edərək orada olan vətəndaşları aqresiv şəkildə üstünə yönəltmişdir. Daha sonra 9186 çağrışlı avtopatrulu çağırıb həmin vətəndaşı avtopatrula əyləşdiyi zaman yenə aqressiya və ona qarşı alçaldıcı sözlər deyərək tabesizlik göstərmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsini, şahidin izahatını dinləyərək və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi 3-cü polis bölməsi tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş 28 iyul 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol ləğv edilməli və Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 28 iyul 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işüzrə icraata həmin Məcəllənin 53.1.2 və 114.2.1-ci maddələrinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar