Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2468/2023 10.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəh., 4-cü mkr, ev 19, mən 27 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İsayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1814/2012 saylı, xx.xx.2012-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7601/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinə üzrə borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Tural İsayev izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1814/2012 saylı xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2005-ci ildə anadan olmuş X4 və xx.xx.2009-cu ildə anadan olmuş X1 üçün iddiaçı X2 xeyrinə xx.xx.2012-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatana qədər hər bir uşağın saxlanması üçün 87 (səksən yeddi) manat aliment tutlmaqla, cəmi 174 (bir yüz yetmiş dörd) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-7601/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2005-ci ildə anadan olmuş Nihad Balakişiyevin və xx.xx.2009-cu ildə anadan olmuş İsmayıl Balakişiyevin yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şəxs iddiaçı Təhminə Balakişiyevanın xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Borclu icra sənədləri üzrə tələbləri yerinə yetirməməsi səbəbi ilə 04 noyabr 2022-ci il tarixdə borclunun tərəfindən ödənilməmiş, toplanmış 21237 manat aliment borcu olduğu üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, sonuncu Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2869/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunmuşdur. Bundan sonra borclu barəsində cinayət işinin başlanması üçün materiallar toplanaraq Ədliyyə Nazirliyinin istintaq İdarəsinə göndərilməsi üçün hazırlansa da, icra sənədi üzrə tələbkar borclu ilə razılığa gəldiklərini bildirmiş, bu səbəbdən materialları istintaq idarəsinə göndərməmişlər. Borclu barəsində inzibati tənbeh tətbiq edildikdən sonra yəni 2022-ci ilin noyabr ayında başlayaraq, 2023-cü ilin may ayınadək onun tərəfindən tələbkara mütəmadi ödənişlər edilmiş, lakin 2023-cü ilin may ayından 2023-cü ilin sentyabr ayınadək 3 ay müdddətində borclu tələbkara yenidən ödəniş etməmiş, yalnız 2023-cü ilin sentyabr ayında 1000 manat aliment ödəmişdir. Hazırda borclunun icra sənədi üzrə yığılmış 18237 manat aliment borcu vardır. Borclu bugünki tarixə toplanmış aliment borcundan daha 800 manat ödəniş etdiyi üçün hazırda 17437 manat aliment borcu vardır. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1814/2012 saylı xx.xx.2012-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-7601/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədlərindən məlumatı vardır. Bildirir ki, o dərzi işləyir, bəzi aylarda qazancı yüksək olmur. Bu səbəbdən müəyyən müddətdə aliment borcunu ödəyə bilməmişdir. Barəsində 10 (on) gün müddətinə inzibati tənbeh tədbiri tətbiq edildikdən sonra yəni 2022-ci ilin noyabr ayından başlayaraq 2023-cü ilin may ayına qədər mütəmadi olaraq aylıq aliment öhdəliyini və toplanmış aliment borcundan ödənişlər etmişdir. Bundan başqa 2023-cü ilin sentyabr ayında tələbkarla razılaşdırılmış iki aylıq aliment borcunu yəni 1000 manat, bu gün isə aliment borcundan daha 800 manat ödəniş etmişdir. Növbəti aydan başlayaraq mütəmadi olaraq 400 manat ödəniş edəcəkdir. Qeyd edir ki, inzibati qaydada həbs olunduğu xx.xx.2023-cü il tarixdən bu günədək 5700 manat, bu gün isə daha 800 manat aliment borcundan ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona şəxsən təqdim edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs icra sənədi üzrə 21237 manat aliment borcu olduğu üçün barəsində 04 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2869/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, borclu barəsində 10 (on) gün müddətinə inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi tarixdən sonra 22 noyabr 2022-ci il tarixdən başlayaraq 05 may 2023-cü il tarixədək hər ay mütəmadi olaraq ödənişlər edərək cəmi 4600 manat, 13 sentyabr 2023-cü il tarixdə isə 1000 manat ödəniş olmaqla, ümumilikdə 5600 manat, məhkəmə iclası zamanı isə 800 manat ödəniş etmişdir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə görə Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbkara toplanmış 21237 manat aliment borcunu ödəmədiyi üçün barəsində 04 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hazırkı protokol üzrə borclunun sonuncu ödənişi də nəzərə almaqla ödənilməmiş 17437 manat aliment borcu vardır. Borclu Şəxs barəsində 04 noyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilən zaman mövcud olmuş borcu ilə (21237 manat) hazırda barəsində tərtib edilmiş protokol üzrə olan borcu (17437 manat) arasında 3800 manat fərq vardır. Göründüyü kimi 2022-ci ilin noyabır ayından sonra ötən müddət ərzində borclu həm aylıq aliment borcunu vaxtlı-vaxtında ödəmiş, həm də keçmiş borcundan ödəniş etmişdir. İş materiallarından görünür ki, borclu Müşfiq Balakişiyevin artıq 04 noyabrın 2022-ci il tarixdə artıq 18237 manat məbləğdə aliment borcunu ödəmədiyinə görə inzibati məsuliyyətə cəlb edilmiş, 10 gün inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun da qeyd etdiyi kimi tələbkar Təhminə Rüstməova ilə borcun hissə-hissə, yəni aylıq aliment məbləği də daxil olmaqla ümumilikdə 400 manat olmaqla ödənilməsi barədə şifahi razılığa gəlmişlər. Müşfiq Balakişiyev həmin tarixdən başlamaqla bu günki tarixədək 6400 manat aliment ödəmiş, lakin icra məmuru təkrarən eyni məbləğdə aliment borcunun ödənilmədiyinə görə şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2468/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2468/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver