Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2469/2023 25.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi vəsatət vermiş şəxs X2 iştirakı ilə, X2 barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X1 28 iyul 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1 28 iyul 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X4 şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini, inzibati icraata xitam verilməsini və cərimənin silinməsini xahiş etmişdir. Şikayətlə birlikdə, X4 qeyd olunan qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətlə məhkəməyə müaciət etmişdir. Qərardan şikayət və vəsatət xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. X4 müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, o barəsində belə bir qərarın qəbul edilməsini həmin qərar icra edilməsi üçün icra şöbəsinə göndərildikdən sonra bilmiş və qərarın surətini Sumqayıt Şəhər İcra Şöbəsindən almaqla ondan şikayət vermişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(060)-2193/2023 saylı qərardadı ilə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, o xx.xx.2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə almağı barədə məhkəməyə sübut təqdim etməmişdir. Bununla bağlı bildirmək istəyir ki, qarşı tərəf ilk növbədə qərarın surətini ona vaxtında təqdim etdiyini sübut etməlidir, yəni qərarı xx.xx.2023-cü ildə o aldığını bildirirsə, qarşı tərəf də qərarın surətini oan vaxtında verdiyini sübuta yetirməlidir. Lakin, qarşı tərəf bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir və bu halda məhkəmə qərardan şikayətin verilməsi müddətini bərpa etməklə şikayəti icraata götürüb baxmalıdır. Buna görə də şikayət vermə müddətinin bərpa edilərək şikayətin icraata götürülməsini xahiş etmişdir. Şikayət vermə müddətinin bərpası barədə vəsatətə baxılması ilə əlaqədar məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında vəsatət vermiş şəxs X4 buraxılmış şikayət vermə müddətinin bərpası barədə vəsatəti müdafiə edərək prosessual müddətin bərpa edilməsini xahiş edərək göstərmişdir ki, qərarın surəti onun təsisçisi olduğu şirkətə göndərilmiş, lakin şirkətdə işləyən əməkdaşlardan biri onun ünvanına göndərilmiş həmin qərarı lazımsız, yəni şirkətə aidiyyatı olmayan bir sənəd kimi kənara qoymuşdur. Buna görə də onun barəsində çıxarılmış qərardan xəbəri olmamışdır. O yalnız, onun barəsində qərar qəbul edilməsindən İcra İdarəsindən ona məlumat verildikdən sonra xəbəri olmuşdur. Yalnız bundan sonra şirkətə aid sənədlərə baxış keçirilərkən qərar sənədlərin arasında aşkar edilmişdir. Əgər onun bu barədə xəbəri olsaydı o müddəti ötürmədən həmin qərardan məhkəməyə şikayət verərdi. Buna görə də, ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti və müddətin buraxılmasının dəlillərini, eləcə də, iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, mübahisələndirilən qərar xx.xx.2023-cü ildə qəbul olunmuşdur və qərarın surəti X3 məxsus ünvana göndərilmişdir. Bu halı şəxs özü də məhkəmə iclasında etiraf etmişdir. Yalnız bildirmişdir ki, həmin ünvanda sənədi şəxsən özü qəbul etməmiş, qərarın surəti onun təsisçisi olduğu şirkətə göndərilmişdir, orada digər əməkdaşlar qəbul etmiş və ona bu barədə məlumat verməmişlər. Sonradan icra idarsində qərar barədə məlumatlı olduqda şirkətə aid sənədlərə də baxış keçirilmiş və qərarın sənədlərin arasında olması aşkar edilmişdir. Bundan əlavə iş materiallarına nəzər saldıqda müəyyən edilir ki, X5 Xidmətinin Abşeron X7 28 iyul 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın əsli X4 tərəfindən şikayətə əlavə edilmişdir. Göstərilən səbəblərdən də bir daha təsdiq edilir ki, mübahisələndirilən qərar rəsmi qaydada X3 məxsus ünvana göndərilmiş və həmin ünvanda qəbul edilmişdir. Qeyd edilən qaydada çatdırılma isə Azərbaycan Respublikasının İXM-nin 57-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sənədin rəsmi qaydada verilməsi hesab edilməldir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilərş Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, X2 məhkəmə iclasında öz etirafı ilə müəyyən edilmişdir ki, onun barəsində olan inzibati tənbeh tətbiq etmə haqqında qərar ona məxsus ünvanda qəbul edilmişdir. X4 isə həmin sənədi qəbul edildiyini etiraf etsə də sənədi qəbul edən şəxsin ona bu barədə məlumat verməməsini və buna görə vaxtında şikayət etmədiyini götərmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələdirilən qərar X3 məxsus ünvanda rəsmi qaydada qəbul edildiyi və buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəblər müəyyən edilmədiyindən bu barədə vəsatət rədd edilərək müddət bərpa edilməməli, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X1 28 iyul 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X1 28 iyul 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X2 vəsatəti rədd edilsin və buraxılmış prosessual müddət bərpa edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X1 28 iyul 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2469/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2469/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver