Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2475/2022 22.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 22 sentyabr 2022-ci il tarixli, MN ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, Mirvari City, 33 saylı binanın dəhlizində ictimai yerdə Zərərçəkmiş şəxs söyüb təhqir etməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs ilə 2004-cü il tarixdə rəsmi şəkildə ailə həyatı qurmuşlar və birgə nikahlarında 01 uşaqları vardır. Sonradan aralarında münaqişələr olmuş və nəticədə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin buna baxmayaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs mütəmadi olaraq yerindən və vaxtından asılı olmayaraq qızını və onu narahat edir. 18-19 sentyabr 2022-ci il tarixlərdə onun yaşadığı ünvana gələrək mənzilin qapısına müdaxilə etmiş, onu söymüş və hədələmişdir. O, qapını açmamış və Bu məsələ DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs ilə 2004-cü il tarixdə rəsmi şəkildə ailə həyatı qurmuşlar və və birgə nikahlarında 01 uşaqları vardır. Sonradan aralarında münaqişələr olmuş və nəticədə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin buna baxmayaraq keçmiş həyat yoldaşı Şəxs ilə ünvan 1 ünvanında birlikdə yaşayırlar. xx.xx.2022-ci il tarixdə səhər saat 10-11 radələrində Tünzalə evdən çıxıb getmiş, o evdə qalmışdır. Evdə olan zaman Tünzalə gəlmiş, qapını sındırmağa çalışmış və onun üzərinə tüpürmüşdür. Bunu əks etdirən video görüntülər də vardır. Tünzalə bir neçə dəfə qapının kilidini dəyişmiş və o da Sumqayıt ŞPİ-nə şikayət etmişdir. Onun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində onun inzibati xətanı törətməsini sübuta yetirəcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs ictimai asayişi pozaraq xırda xuliqanlıq etməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2475/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2475/2022
22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver