Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2478/2020 12.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "Şəxs" MMCnin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, 00700-0199/20 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən "Şəxs" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 00700-0199/20 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. "Şəxs" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri,Nəsimi rayonu,X3, ev 42 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) xx.xx.2019-cu il tarixli CATLSM 036 saylı və xx.xx.2019-cu il tarixli CATLSM 037 saylı müqavilələrə əsasən ümumi invoys dəyəri 162449,95 ABŞ dolları təşkil edən yükləri **********8719, **********9034, **********0769, **********1463, **********2319 sorğu nömrəli gömrük bəyannamələri ilə Sumqayıt Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirərək konsiqnasiya yolu ilə ixrac etmiş, ixrac olunmuş malların müqabilində pul vəsaitləri qaytarılmış, lakin **********8719sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac olunan malların müqabilində şirkətin müvəkkil bankdakı hesabına (“PAŞABANK” Açıq Səhmdar Cəmiyyəti) məcburi qaydada köçürülməli olan ümumilikdə 210 (iki yüz on) avro pul vəsaiti geri qaytarmamışdır. Azərbaycan Respublikasına gətirilməmiş 210 (iki yüz on) avronun Mərkəzi Bankın valyuta məzənnəsinə əsasən mallar ixrac olunan tarixə Azərbaycan manatı ilə nisbəti hesablnaraq Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 388,02 (üç yüz səksən səkkiz manat 02 qəpik) manat təşkil etdiyi müəyyən olunmuş, Şəxs MMC (VÖEN **********) konsiqnasiya yolu ilə ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 388,02 (üç yüz səksən səkkiz manat 02 qəpik) manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "Şəxs" MMC-nin nümayəndəsi-X2 izahatında bildirdi ki, qayıtmayan vəsait yararsız mallarla bağlı olmuşdur və ona görə də, "Şəxs" MMC barəsində olan işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "Şəxs" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "Şəxs" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2020-xx.xx.2020-ci il tarixlərə aid olan 5 gömrük bəyənnaməsindən görünür ki, "Şəxs" MMC tərəfindən plastmassadan məhsul istehsalı üçün avadanlıq hissələri, tökmə çuqundan sürgülü siyirtmələr, polietilen qofralı borular Azərbaycan Respublikasından ixrac olunmuşdur. İş materiallarında olan Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsində **********8719, **********9034, **********0769, **********1463, **********2319 sorğu nömrəli gömrük bəyannamələri ilə "İxrac" gömrük prosedurunda rəsmiləşdirilmiş "Plastmassadan məhsul istehsalı üçün avadanlıq hissələri, tökmə çuqundan sürgülü siyirtmələr, polietilen qofralı borular və sairə" xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində "Samur" və "Qırmızı körpü" gğmrük postlarından keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış, qeyd olunan malların müqabilində valyuta vəsaiti qaytarılmış, lakin **********8719 sorğu nömrəli bəyannaməsi üzrə ixrac olunan yükün müqabilində şirkətin müvəkkil bankdakı hesabına məcburi köçürülməli olan 210 (iki yüz on) avro məbləğində valyuta xaricdən qaytarılmamışdır. İş materiallarında olan Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsinin rəisi Rəşad Cabbarov tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, "Şəxs" MMC-nin **********8719 sorğu nömrəli gömrük bəyannaməsi ilə ixrac etdiyi malların müqabilində geri qaytarılmayan 210 avronun 388,02 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsiQaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "Şəxs" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı şəhəri, Nəsimi rayonu, X3, ev 42 ünvanında qeydiyyatda olan "Şəxs" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 63 (altmış üç) avro (210x30%) məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2478/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2478/2020
12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver