Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-248/2025 10.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında EP № ******* saylı, 21 yanvar 2025-ci il tarixli protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 493-cü maddəsinə əsasən tərtib edilmiş 21 yanvar 2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən "xxxx" MMC-nin ünvanına Türkiyədən idxal edilmiş mallar 99SX831/99ZD831 nömrə nişanlı nəqliyyat vasitəsilə xx.xx.2024-cü il tarixdə “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. İdxal edilmiş mallara dair qeydiyyat nömrəsi xx.xx.2024-cü il tarixdə saat 03:52də verilmiş, lakin **********4670 sorğu nömrəli gömrük bəyannaməsi 15 gündən gec olmayaraq təqdim edilməli olduğu halda xx.xx.2024-cü il tarixdə saat 10:09-da təqdim edilmiş, lakin 99SX831/99ZD831 nömrə nişanlı nəqliyyat vasitəsində idxal edilmiş mallara dair gömrük orqanına müəyyən edilmiş müddətdə təqdim edilməli olan gömrük bəyannaməsi gecikdirilərək xx.xx.2024-cü il tarixdə saat 10:09-da gömrük orqanına verilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. "xxxx" MMC tərəfindən idxal edilmiş mallara dair gömrük bəyannaməsi Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına verilməmiş, nəticədə həmin MMC tərəfindən İXM 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin səlahiyyətli namyəndəsi məhkəmənin elektron ünvanına göndərdiyi ərizədə digər məhkəmədə baxılacaq işlə bu işin vaxtları üst-üstə düşdüyündən bu məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və yekun məhkəmə qərarını onların iştirakı olmadan çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmişdir sənədlərdən görünür ki, **********4670 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsindən əsasən Türkiyə istehsalı olan 07 ədəd qara metaldan yer süzgəcinin Türkiyə Cümhuriyyətindən "xxxx" MMC-nin ünvanına göndərilməsi bəyan edilmişdir. Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarışdan görünür ki, müvafiq olaraq **********4670 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallar xx.xx.2024-cü il tarixində saat 03:52 radələrində, 99ZD831 nömrə nişanlı nəqliyyat vasitəsilə Mazımqara gömrük postundan keçərək ölkəyə giriş etmişdir. Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:09 radələrində qeyd olunan yüklərin rəsmiləşdirilməsi ilə bağlı **********4670 sorğu nömrəli gömrük bəyannaməsi gömrük orqanına təqdim olunmuşdur. İnzibatui xəta haqqında protokolda öz əksini tapan adı çəkilən MMC-nin nümayəndəsi Ayaz Qocamanov inzibati araşdırma zamanı verdiyi izahatda MMC-nin maliyyə vəsaiti çatışmazlığından gömrük bəyənnaməsinin gömrük orqanına gec verildiyini etiraf etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən İXMnin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "xxxx" MMC İXM-nin 493-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə görə gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Həmin Məcəllənin 149.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 nömrəli “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”-nın təsdiq edilməsi haqqında Qərarın 3.6cı bəndinə əsasən gömrük ərazisinə gətirən mallara dair gömrük bəyannaməsi həmin malların gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. İXM-nin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, "xxxx" MMC Türkiyə Respublikasından idxal edilmiş yüklərə dair GM-nin 149.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada gömrük bəyannaməsini malların gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına vaxtında təqdim etməməklə inzibati xətanı törətmişdir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. "xxxx" MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-248/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-248/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver