Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-249/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 19 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla təyin olunmuş cərimənin ləğv edilməsinə dair X2 ərizəsinə hazırlıq iclasında baxaraq müəyyən etdi: X5 şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən elektron qaydada tərtib edilmiş 19 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və həmin protokola əsasən hesablanmış 200,00 manat məbləğində cərimənin silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 21 yanvar 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolla cərimə təyin olunmur, cərimə inzibati xəta haqqında qərarla təyin olunduğu halda şikayətə həmin qərar əlavə olunmamışdır. İnzibati xəta haqqında qərarın mövcudluğu halında həmin qərarla hüquqları məhdudlaşdırılan inzibati xəta törədən şəxs İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada şikayətlə məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, X2 məhkəməyə təqdim etdiyi sənədlər natamam olduğundan şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsinin 19 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla təyin olunmuş cərimənin ləğv edilməsi barədə şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Şikayət vermiş şəxs X3 izah olunsun ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-249/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-249/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver