Məhkəmə qərarları › İş №3(060)-249/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-249/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-249/2025 27.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi X5, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş protokolun ləğv olunmasına dair şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş EQ 25598038 saylı protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 şikayət ərizəsi mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. - 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. - 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. İş materiallarına əsasən müəyyən olundu ki, şikayət verən şəxs şikayət ərizəsinin “xahiş edirəm” hissəsində barəsində inzibati xəta törətməsi barədə tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, qanunvericilikdə protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şikayət verən şəxs yalnız barəsində inzibati tənbeh tətbiq edilən qərarı mübahisələndirə bilər. Bununla yanaşı şikayət verən şəxs barəsində inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarın mübahisələndirilməsini aydın şəkildə qeyd etməli, qərarın nömrəsini və tarixini şikayət ərizəsinin xahiş etdim hissəsində dəqiq göstərməlidir. X1 tərəfindən sənədlər Məhkəməyə natamam şəkildə təqdim edilmişdir. Belə ki, şikayət ərizəsinə barəsində şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərar əlavə edilməmiş, həmçinin belə bir qərarın mövcud olması iş materialları ilə müəyyən edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən qəbul edilmiş EQ 25598038 saylı protokolun ləğv edilməsinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar