Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2496/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt ŞPİ-də Zərərçəkmiş şəxs əli ilə sifət nahiyyəsinə vurmaqla döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X7 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt ŞPİ-də Zərərçəkmiş şəxs əli ilə sifət nahiyyəsinə vurmuşdur. Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə göndərilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs göstərdi ki, o 3 aydan çoxdur yaşadığı mənzilə gəlmir və yas mərasimlərinin olması üçün Beyləqan rayonunda olduğuna görə qərarın icrası üçün polis çağırışına gələ bilməmişdir. Lakin bugün Sumqayıt şəhərinə gəldiyi üçün o Sumqayıt şəhər 1-ci PB-nə gəlmişdir. Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır, aralarında uzun müddətdir ki, normal münasibətlər olmuşdur və bir-birilərinin evinə gedişgəlişləri olmuşdur. Sevinc ona faizə pul vermiş, o Sevincin pulunu hissə-hissə qaytarmaqla yanaşı hazırki vaxta kimi ona 4000 manatdan çox faiz pulu vermişdir. Təxminən 1 ay bundan əvvəl Sevinc həyat yoldaşı Kamran Quliyev barəsində əsassız olaraq 1-ci PB-nə müraciət etmiş və Kamranın onun qızı barəsində guya ki, qeyri-əxlaqi hərəkətlər etməsini göstərmişdir. Sevincin ərizəsi əsasında 1-ci PB-də araşdırma aparılmış, onun göstərdikləri sübuta yetirilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sevinc həmin qərardan narazı qaldığından həm Sevinc, həm də Kamranla o Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin qəbuluna dəvət edilmişlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 16:30 radələrində onlar Təhqiqat Şöbəsinin rəisinin qəbulunda olduqları zaman Sevinc onu nalayiq sözlərlə təhqir etməyə başlamış, ayağı ilə Kamranın ayağından vurmuş və Kamranı da söyüşlə təhqir etmişdir. Həmin vaxt heç kim Sevincə iradını bildirməmiş, onu sakitləşdirməmişdir. Həmin vaxt Sevincin onlara qarşı bu hərəkətlərinə görə Sevinclə onun aralarında münaqişə baş vermiş və onlar yüngül olaraq dartışmışlar. Həmin vaxt otaqda olan Təhqiqat Şöbəsinin rəisi Telman müəllim və təhqiqatçı Pərvin Allahverdiyev onları ayırmış və hər birini ayrı-ayrılıqda yola salmışlar. O Sevinclə yübgül dartışsa da ona heç bir xəsarət yetirməmişdir. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs göstərdi ki, 2022-ci ilin aprel ayının axırlarında 2009-cu il təvəllüdlü qızı X2 qarşı qonşuluqda yaşayan X1 xarakterli hərəkətlər etdiyinə görə o rəsmi olaraq Sumqayıt Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət etmişdir. Həmin araşdırmanın yekun qərarından narazı olduğu halda Sumqayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Telman müəllimin qəbuluna gəlmişdir. Həmin vaxt 1-ci Polis Bölməsinin təhqiqatçısı Pərvin müəllim şikayət etdiyi şəxsi Kamran və Kamranın həyat yoldaşı Saranı Telman müəllimin qəbuluna gətirmişdir. Hadisə ilə bağlı danışıqlar gedərkən Kamranın həyat yoldaşı Sara ilə aralarında söz mübahisəsi başlamışdır. Bu vaxt o Kamranı etdiyi hərəkətə görə təhqir etmişdir. Həmin an Kamranın həyat yoldaşı Sara onu nalayiq küçə söyüşləri ilə söyərək əyləşdiyi divandan qalxaraq üstünə hücum etmiş və onun sifət nahiyyəsinə və baş nahiyyəsinə əliylə zərbələr endirmiş və onun sol sifət və boyun nahiyyəsinə dırnağı ilə xəsarət yetirmişdir. Bu zaman Telman müəllim və Pərvin müəllim onu Saranın əlindən almışlar. Bundan sonra Saranı otaqdan çıxartmaq istəyərkən Sara ayaqqabısını çıxardaraq onu vurmaq istəyərkən Pərvin müəllim onun qarşısına keçmişdir. Şəxs ilə barışmaq istəmir, onun tənbeh edilməsini xahiş edir. İşdə olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti 1-ci PB-nə təqdim edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 641 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol yanaq nahiyyənin, sol çənəaltı nahiyyənin, boynun sol yan səthinin yuxarı 1/3nin 2 ədəd, üst dodağın sağ hissəsinin sıyrıqları. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xətaya dair materialları barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi, məsuliyyətini yüngülləşdirən hal himayəsində azyaşlı uşağı olmasıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2496/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2496/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver