Məhkəmə qərarları › İş №3(060)-2497/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2497/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2497/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işrirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3066/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 5512,12 ABŞ dolları qalıq borcu ödəməkdən üzürsüz səbəbdən yayınmışdır. Protokol tərtib edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3066/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən X2 və Şəxs müştərək qaydada 6250,27 (altı min iki yüz əlli dollar iyirmi yeddi sent) ABŞ dolları əsas borc, 2687,03 (iki min altı yüz səksən yeddi dollar üç sent) ABŞ dolları faiz borcu və 2,88 (iki dollar səksən səkkiz sent) ABŞ dolları cərimə borcu, cəmi 8940,45 (səkkiz min doqquz yüz qırx dollar qırx beş sent) məbləğində ABŞ dolları borc ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti “NİKOYL” X4 xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs barəsində olan icra vərəqəsi Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatındadır. Digər borclu X1 rayon qeydiyyatında olduğu üçün onun barəsində olan icra sənədi Quba rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il tarixli Fərmanından sonra 8940,45 (səkkiz min doqquz yüz qırx dollar qırx beş sent) məbləğində ABŞ dolları borc 5512,12 (beş min beş yüz on iki dollar on iki sent) ABŞ dollara endirilmişdir. Borcluya dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıq edilsə də, o həmin borc üzrə zamin olduğunu bildirərək heç bir pul götürmədiyi bildirmişdir. Sonradan ona izah olunmuşdur ki, borc müştərək qaydada ödənilməlidir, lakin bundan sonra da hərəkətsizlik göstərərək borcu ödəməmişdir. Ona görə də, Borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3066/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən X2 və Şəxs müştərək qaydada 6250,27 (altı min iki yüz əlli dollar iyirmi yeddi sent) ABŞ dolları əsas borc, 2687,03 (iki min altı yüz səksən yeddi dollar üç sent) ABŞ dolları faiz borcu və 2,88 (iki dollar səksən səkkiz sent) ABŞ dolları cərimə borcu, cəmi 8940,45 (səkkiz min doqquz yüz qırx dollar qırx beş sent) məbləğində ABŞ dolları borc ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti “NİKOYL” X4 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il tarixli Fərmanından sonra 8940,45 (səkkiz min doqquz yüz qırx dollar qırx beş sent) məbləğində ABŞ dolları borc 5512,12 (beş min beş yüz on iki dollar on iki sent) ABŞ dollara endirilmişdir. O, bankdan pul götürmədiyini, həmin borcun avto maşın krediti ilə bağlı olduğunu və bankın onu aldatdığını bildirdi. Bununla bağlı onların şikayəti əsasında Azərbaycan Respublikası Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Bankın əməkdaşlarına cinayət işi açılmış, ibtidai istintaq başa cataraq cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Gələcəkdə borcu hissə-hissə ödəyəcəyini və himayəsində 03 (üç) azyaşlı uşağının olması nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3066/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 5512,12 ABŞ dolları qalıq borcu ödəməkdən üzürsüz səbəbdən yayınmışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati cərimə cəzası tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar