Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-25/2022 11.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovun sədirliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin 4 saylı Sumqayıt Regional İdarəsinin MN № ******* saylı, 22.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin 4 saylı Sumqayıt Regional İdarəsinin MN № ******* saylı, 22.09.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. X3 eyni zamanda şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ötürülmüş müddətin üzürlü hesab edilərək şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12.11.2021-ci il tarixli qərardadı ilə mübahisələndirilən qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair X2 verdiyi vəsatət rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12.11.2021-ci il tarixli qərardadından X3 tərəfindən şikayət verilməmiş və həmin qərardad qanuni qüvvəsini almışdır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin 4 saylı Sumqayıt Regional İdarəsinin MN № ******* saylı, 22.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və İXM-nin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin 4 saylı Sumqayıt Regional İdarəsinin MN № ******* saylı, 22.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-25/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-25/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver