Məhkəmə qərarları › İş №3(060)-25/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-25/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-25/2023 05.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Regional Vəkil Bürosunun vəkili Vəkil işrirakları ilə, xx.xx.1985-ci ildə Qubadlı rayonu, Mərdanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2yan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11 tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-319/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 3030 (üç min otuz) manatdan 1890 (bir min səkkiz yüz doxsan) manatı və Qubadlı Rayon Məhkəməsinin 2(028)-488/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə isə 1400 (bir min dörd yüz) ABŞ dolları üzürsüz səbəbdən ödəməkdən yayınır. Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-319/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 3000 (üç min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq X4 verilməsi və Qubadlı Rayon Məhkəməsinin 2(028)-488/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən isə Şəxs və X6 müştərək qaydada 1400 (bir min dörd yüz) ABŞ dolları və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. X5 tərəfindən təqdim olunmuş bank çıxarışına əsasən borclu Şəxs 1890 (bir min səkkiz yüz doxsan) manat borcu qalmışdır. Lakin Qubadlı Rayon Məhkəməsinin 2(028)-488/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə isə borclu heç bir ödəniş etməmişdir. Borclu tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, ona hüquq və vəzifələri izah olunmuş, lakin ona baxmayaraq 4-5 il müddət keçsə də, heç bir ödəniş etməmişdir. Ona görə də, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-319/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən ondan 3000 (üç min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq X4 verilməsi və Qubadlı Rayon Məhkəməsinin 2(028)-488/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən isə ondan və X6 müştərək qaydada 1400 (bir min dörd yüz) ABŞ dolları və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. 1-ci icra sənədi üzrə 1380 (bir min üç yüz səksən) manat məbləğində borcu qalmışdır. Hal-hazırda əlində olan qəbzlər 1520 (bir min beş yüz iyirmi) manat təşkil edir, 2-3 qəbz isə hal-hazırda üzərində yoxdur. Həmin iş üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, cəzasını çəkib qurtardıqdan sonra mütəmadi ödəniş etdiyini bildirdi. Qubadlı Rayon Məhkəməsinin 2(028)-488/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən isə o öz payına düşən ödənişi etmiş, ödənilməmiş məbləği isə qaynatası X10 ödəniş etməlidir. Həmin bank bağlandığından dəfələrlə icra məmuruna ödənişin hansı hesaba ödənilməsi barədə müraciət etmiş, lakin icra məmuru bu günədək ona heç bir hesab nömrəsi verməmişdir. Həmin icra sənədi üzrə icra haqqını da ödəmişdir. 2-ci qrup əlil olduğunu və aliment ödədiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-319/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 3000 (üç min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq ona verilməsi qət edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq 4-5 il müddət keçsə də, borclu borc məbləğini ödəməmişdir. 2022-ci ilin sentyabr ayında bankdan çıxarış aldığını, sentyabr ayına borclunun 1890 (bir min səkkiz yüz doxsan) manat borcu olduğunu, həmin çıxarışı aldıqdan sonra isə borclu tərəfindən 01 (bir) dəfə 100 (bir yüz) manat və 01 (bir) dəfə isə 50 (əlli) manat ödəniş etdiyini və ümumilikdə boclu Şəxs ona 1740 (bir min yeddi yüz qırx) manat borcu qaldığını bildirdi. Bütün borcun ödənilməsini tələb edir. Ona görə də, borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Şəxs 2-ci qrup əlildir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarı izahatını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11 tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-319/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 3030 (üç min otuz) manatdan 1740 (bir min yeddi yüz qırx) manatı və Qubadlı Rayon Məhkəməsinin 2(028)-488/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə isə 1400 (bir min dörd yüz) ABŞ dolları üzürsüz səbəbdən ödəməkdən yayınır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati cərimə cəzası tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Bürosunun vəkili Vəkil göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar