Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2500/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi, ev 3-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində Sahil küçəsində polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Eyni zamanda, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis kapitanı X1 Əli Namiq oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə gecə saat 01:00 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Şərur” kafesində ünvansız nalayiq küçə söyüşləri söymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələbinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı və xx.xx.2022-ci il tarixli MN ******* saylı protkollarla bağlı işlər bir icraatda birləşdirilmişdir. Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin nümayəndəsi polis sahə rəisi, polis kapitanı X4 tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən “Şərur” restoranında dostu ilə çörək yeyirmiş. Özünə aid olan məsələ ilə bağlı əsəbiləşərək nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Bu zaman mülki geyimdə ona iki polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim etmişlər və ona ona izah etməyə çalışmışlar ki, belə hərəkətlərə yol vermək olmaz. O isə aqressiv olduğu üçün əvvəl onları eşitməmiş, şəxsi məsələ olduğunu bildirmişdir. Sonra polislər onu polisə dəvət etmişlər, o isə etiraz etmiş, heç bir hadisə törətmədiyini bildirmişdir. Onlar onun sakitləşmədiyini görüb onun qolundan tutaraq avtomaşına əyləşdirərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirmişlər. İndi əməlindən peşmandır, ailəlidir, bir daha belə bir hərəkətə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə yüngül inzibati tənbeh tətbiq edilməsini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə isə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 01:00 radələrində CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid1 ilə birlikdə xidmətdə olan zaman Sumqayıt şəhəri, Sahil küçəsi, “Şərur” kafesinin qarşısında bir nəfər şəxsin uca səslə ünvansız nalayiq söyüşlər söydüyünü görüb yaxınlaşmışlar. Onu qaydanı pozmamağa, polisin qanuni tələblərinə riayət etməyə, nizam intizama dəvət etmişlər. Lakin o öz əməllərinə davam etdiyi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər, o polisin qanuni tələblərinə qəsdən tabe olmamaış, nəyə görə getməli olduğunu deyərək imtina etmişdir. Onlar zorla qolundan tutaraq onu PB-nə gətirmişlər. PB-də məlum olmuşdur ki, o xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Sahil küçəsi, ev 13-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 3-də yaşayan Şəxsdur. Məhkəmə icalsında Şahid1 digər Şahid2 izahatında göstərdiklərini təsdiq etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 01:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “Sərxoşluq hallarının tibbi müayinəsi haqqında” xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 02:20-də orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs xx.xx.2022-ci il tarixdə gecə saat 01:00 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Şərur” kafesində ünvansız nalayiq küçə söyüşləri söymüş, ictimai qaydanı pozmuş, polis əməkdaşları tərəfindən nizamintizama dəvət olunsa da hərəkətlərini davam etdirmiş, sonra PB-nə dəvət edilsə də polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olması, azyaşlı uşağı olmasıdır, məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İşdəki tutma protokolundan görünür ki, Şəxs 23 sentyabr 2022-ci il tarixdən, saat 01:15-də tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati həbsin əvvəli 23 sentyabr 2022-ci il tarixdən, saat 01:15-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 23 sentyabr 2022-ci il tarixdən, saat 01:15-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2500/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2500/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver