Məhkəmə qərarları › İş №3(060)-2500/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2500/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2500/2025 01.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, «Art-Proje” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: «Art-Proje” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidməti tərəfindən tərtib olunaraq xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Lakin, həmin protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidmətinə geri qaytarılmışdır. X2 Xidməti Cəmiyyətin direktoru Şəxs barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarın icra olunmaması ilə bağlı tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokolu xx.xx.2025-ci il tarixində 3-17-5\2-86897/2025 nömrəli müşayiət məktubu yenidən Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Əliyev X1 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək orqan tərəfindən eyni protokolların verilməsi nəticəsində süründürməçiliyə məruz qaldığını bildirmiş, müvafiq məhkəmə qərarların EMİS-ə əlavə etmiş, işin geri qaytarılaraq orqan barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli MN1613470 nömrəli inzibati tənbeh vermə haqqında qərar Şəxs tərəfindən mübahisələndirilmiş, Binəqədi Rayon Məhkəməsi həmin qərarı ləğv edərək iş üzrə icraata xitam vermişdir. Bundan başqa X2 Xidməti xx.xx.2025-ci il tarixində MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmiş, Məhkəmə xx.xx.2025-ci il tarixli 3(060)-2040/2025 nömrəli qərarla, Şəxs barəsində İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Həmin protokolun mahiyyəti, hazırda Sumqayıt Şəhər Məhkəməsinə baxılması üçün göndərilən xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokolun mahiyyəti ilə eynilik təşkil edir. Göründüyü kimi, inzibati xəta haqqında protokol tərtib olunarkən İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinin tələblərinə riayət edilməmiş, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın qərarının qanuni qüvvəyə minməsi məsələsi araşdırılmadan İXM-in 529.1-1-ci maddəsi ilə protokol tərtib edilmiş, mahiyyəti eyni olan DƏMX-nin tərəfindən tərtib edilən digər protokol üzrə məhkəmə qərarının olması nəzərə alınmamışdır. İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimənin tətbiqi haqqında qərarın icrası inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəlləsini 150.5-ci maddəsinə əsasən 150.1-ci maddədə nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərar elektron qaydada, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; Həmin Məcəllənin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilərkən yol verilən və yuxarıda qeyd edilən nöqsanlar xüsusi əhəmiyyət kəsb edən və işə baxarkən tamamlanması mümkün olmayan səhvlər olduğundan hesab edirəm ki, protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: «Art-Proje” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidmətinə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar