Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2501/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Qərarından şikayət verilmiş orqan Qubadlı RPŞ-nin X12 Bölməsinin nümayəndəsi X1 iştirakları ilə, Qubadlı RPŞ-nin X12 Bölməsinin 02 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Qubadlı RPŞ-nin X12 Bölməsinin 02 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Qubadlı RPŞ-nin X12 Bölməsinin inspektoru X4 tərəfindən qəbul edilmiş 02 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Həmin qərardan narazıdır. Belə ki, İXM-in 327.2-ci maddəsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və geriyə dönmə qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. O, sola dönərkən hər hansı üfüqi nişanlanma xətlərinin tələblərini pozmamış, onunla eyni anda bir neçə avtomobil də dönmə hərəkətini icra etmişdir. Təəssüf ki, YPX əməkdaşı qərəzli mövqe göstərmiş və yalnız onu cərimələmişdir. Məhkəmə iclasında iştirak edən Qubadlı RPŞ-nin X12 Bölməsinin nümayəndəsi X5 bildirmişdir ki, şikayət əsassızdır. Belə ki, inzibati xəta YPX avtomobilində olan kameralarla qeydə alınmışdır. Video görüntülərdən aşkar şəkildə görünür ki, “Nissan Latio” maraklı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 1.3 üfüqi nişanlama xəttinin tələbini pozaraq sola dönür. Onun arxasında başqa bir avtomobil də eyni qayda pzountusuna yol verir. Lakin, həmin vaxt ərazidə olan YPX avtomobili hər iki avtomobili eyni zamanda saxlaya bilməzdi. Ona görə də ilk öncə dönən “Nissan Latio” maraklı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, sürücü X6 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Sürücü onunla birgə dönmə etmiş digər avtomobilin sürücüsünün cərimələnməməsini əsas gətirərərək qərarın ləğv edilməsini xahiş edir. Lakin, digər bir şəxsin inzibati xəta törətməsi və buna görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsi X2 məsuliyyətini istisna edən hal deyil. Bu gün özü də Sumqayıt şəhəri S.Vurğun küçəsində hadisənin qeydə alındığı yerin video görüntülərini çəkmişdir. Həmin görüntülərdən də bir daha aydın olur ki, “Nissan Latio” maraklı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə əməliyyatı etdiyi yerdə 1.3 üfüqi nişanlama xətti mövcuddur. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və Qubadlı RPŞ-nin X12 Bölməsinin 02 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayənədəsinin izahatını dinləyib, təqdim edilmiş video görüntüləri və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qubadlı RPŞ-nin X12 Bölməsinin 02 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 16:58-də Sumqayıt şəhəri S.Vurğun küçəsində “Nissan Latio” maraklı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və geriyə dönmə qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş CD disklərdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri S.Vurğun küçəsində “Nissan Latio” maraklı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1.3 üfüqi nişanlama xəttinin tələbini pozaraq sola dönmə əməliyyatı etmiş və həmin vaxt YPX əməkdaşı tərəfindən saxlanılmışdır. İkinci diskdə olan video görüntülərdə isə həmin ərazidə 1.3 üfüqi nişanlama xəttinin mövcud olması bir daha görünmüşdür. Beləliklə də, müəyyən edilmişdir ki, X6 xx.xx.2024-cü il tarixdə saat 16:58-də Sumqayıt şəhəri S.Vurğun küçəsində “Nissan Latio” maraklı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən kəsib keçilməsi qadağan olan 1.3 üfüqi nişanlanma xəttinin (dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayıran düz qoşa xətt) tələblərinə riayət etməyərək həmin xətti kəsib sola dönmüş, nəticədə ərazidə xitmət aparan Qubadlı RPŞ-nin X12 Bölməsinin əməkdaşı tərəfindən saxlanılaraq yol verdiyi inzibati xəta izah edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. X6 şikayətinin dəlili kimi heç bir üfüqi nişanlama xəttinin tələbini pozmadığını, digər nəqliyyat vasitələrinin də eyni yerdən dönməsini və onların məsuliyyətə cəlb edilməməsini bildirmişdir. Şikayətçinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, X2 1.3 üfüqi nişanlanma xəttinin tələblərini pozması təqdim edilmiş video görüntülərlə tam sübuta yetirilir. Həmin vaxt eyni dönmə əməliyyatını icra etmiş digər sürücünün məsuliyyətə cəlb edilibedilməməsi məsələsi isə X3 məsuliyyətini istisna edə hal deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qubadlı RPŞ-nin X12 Bölməsinin 02 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 3-cü bəndinə əsasən 1.3 üfüqi nişanlanma xətti dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır (düz qoşa xətt). Həmin maddənin Vİİ hissəsinin 1-ci bəndinə əsasən 1.1—1.3 üfüqi nişanlanma xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Qubadlı RPŞ-nin X12 Bölməsinin 02 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Qubadlı RPŞ-nin X12 Bölməsinin 02 oktyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2501/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2501/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver