Məhkəmə qərarları › İş №3(060)-2505/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2505/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2505/2022 26.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri Polis İdarəsi 4-cü PB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Qubadlı rayonu, Abdalanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, fərdi ev ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:10 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayonda nalayiq küçə söyüşləri söyərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 bildirdi ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixli raport əsasında araşdırma aparılaraq İXMnin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs xx.xx.2022-ci il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:10 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayonda nalayiq küçə söyüşləri söyərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Odur ki qanunauyğun qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, tanışı və bir tanımadığı şəxslə üçü birlikdə Sumqayıt şəhəri ərazisində olarkən tanışı ilə digər şəxs mübahisə etmiş, bir-birilərinə ucadan söyüş söymüşlər. Bu zaman səs-küyə gələn PPX əməkdaşları onlara yaxınlaşan zaman onlar qaçmışlar. Onu və digər şəxsi bir az keçdikdən sonra PPX əməkdaşları tutmuşlar. Daha sonra PPX əməkdaşlarının başlarının qarışıq olmasından istifadə edərək digər şəxs də qaçmışdır. Daha sonra PPX əməkdaşları onun polis bölməsinə getməli olduğunu bildirmişlər. O həm digər şəxslərin onu qoyub qaçmağına, həm də özünün sinir xəstəsi olmağı ilə əlaqədar əsəbləşmiş, polisin qanuni tələblərinə məhəl qoymamış, onlar da onu məcburi maşına mindirib 4-cü Polis Bölməsinə gətirmişlər. Əməlindən səmimi olaraq peşmandır. Nəzərə alınmasını Məhkəmədən xahiş edir. İş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsi dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şəxs PPX əməkdaşları tərəfindən gətirilərkən sağ ayağı axsayırdı. PB-də qəbul edilərkən üzərində qara rəngli kepka, qolsuz qara jiletka, göy cins şalvar, qara ayaqqabı olmuşdur. Bədənində heç bir xəsarət yox idi, sağ ayağı axsayırdı. Sorğu zamanı polisdən qaçarkən yıxıldığını, sağ ayağının zədələndiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş raportlardan görünür ki, Şəxs tərəfindən polis qanuni tələbinə tabe olmayaraq, maneə yaratdığından düzgün olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhər üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar