Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2506/2022 26.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Pİ-nin X5 Şöbəsinin Yol-Patrul Xidməti baş inspektoru, polis leytenantı Daşqın Babazadənin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Cəbrayıl rayonu, Maralyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Cəbrayıl rayonu, Maralyan kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri “Qurd dərəsi” yaşayış massivi, ev 34/34-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, 19:40 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobil idarə edərək Sumqayıt şəhəri Heydər Əliyev prospektində manevr qaydasını pozaraq yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan “Chevrolet Malibu” markalı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilin sahibinə maddi ziyan vurmuşdur. Bununla da Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Pİ-nin X5 Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər X5 Şöbəsinin Yol-Patrul Xidməti baş inspektoru, polis leytenantı Daşqın Babazadə göstərdi ki, sürücü Şəxs Heydər Əliyev prospekti ilə idarə etdiyi avtomaşınla hərəkətdə olarkən manevr qaydalarını pozaraq yolun kənarında dayanmış avtomobil ilə toqquşmuş və hadisə yerini tərk etmişdir. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra sürücü Şəxs sənədlərini yoxlayarkən sürücünün avtomaşını idarə etmək hüququnun və etibarnaməsinin olmadığı müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində qeyd edilən protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 19:40 radələrində idarə etdiyi Vaz 21099 markalı, 10KH709 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri H.Əliyev prospektində üzü Simurq şadlıq sarayı istiqamətində hərəkətdə olarkən solunda olan avtomobillə toqquşmuşdur. Avtomobildən düşərək həmin maşının sürücüsünə yaxınlaşmış və uşağını xəstəxanaya aparmalı olduğunu onun arxasınca xəstəxənaya gəlməsini deyərək hadisə yerini tərk etmişdir. O, müharibə veteranadır və uşağını xəstəxanaya apardığı üçün məcburiyyət qarşısında qalaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobil idarə etmişdir. Ona görə də barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iş üzrə zərərçəkmiş şəxs Elvin Talıbov məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AD seriyalı, 716662 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21099 MİNİK” markalı, 10KH709 dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin 2-ci hissəsinə əsasən mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvaylarıvə trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. Həmin Qanunun 34-cü maddəsinin İV hissəsinin 3-cü bəndinə əsasən bu Qanunun 34-cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir: “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağirlaşdiran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs müharibə veteranı olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2506/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2506/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver