Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2508/2025 02.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, mebel sexində fəhlə işləyən, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 8 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, fərdi evdə yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 02 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2403094 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxanada təhqir etmişdir. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2 tərtib etdiyi protokolu elan etmiş və izahatında bildirmişdir ki, Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs Sumqayıt şəhər prokurorluğuna şikayət etmişdir. Şikayətində onunla əvvəllər eyni yataqxanada yaşayan Şəxs onu mütəmadi olaraq narahat edərək təhqir etdiyini qeyd etmişdir. Sonuncu dəfə bu kimi halın xx.xx.2025-ci il tarixində baş verdiyini bildirmişdir. Tərəflər arasında əvvəllər də mübahisələr olmuşdur. Onun Sumqayıt ŞPİ-nin 3-cü PB-də sahə rəisi işləmədiyi vaxtlarda Zərərçəkmiş şəxs müraciəti əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs Zərərçəkmiş şəxs təhqir etməsinə dair video görüntülər mövcuddur. Göstərilən halları nəzərə alaraq iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs Tofiq oğlu onunla eyni yataqxanada yaşamış və onunla divar qonşusu olmuşdur. O, ailəli olduğunu və iki azyaşlı uşağının olduğunu bildirmişdir. O, 12 ildir ki Şəxs hərəkətlərindən əziyyət çəkir. Şəxs 9 aydır həmin yataqxanadan köçməsinə baxmayaraq mütəmadi olaraq yataqxananın həyətinə gələrək onu təhqir edir. O, həmin yataqxanaya gəlin gəlidiyini, Şəxs həmin vaxtlar uşaq olduğunu, daha sonra hərbi xidmətə getdiyini, hərbi xidmətdən gəldikdən sonra isə aralarında mütəmadi olaraq problem yaşandığını bildirmişdir. Şəxs onu təhqir etməsinin və aralarında olan münaqişənin səbəblərini bilmədiyini söyləmişdir. Sonuncu hadisə isə xx.xx.2025-ci il tarixdə baş vermişdir. Belə ki, o, avtomobil almış və avtomobili yataqxananın həyətində saxlamışdır. Bundan sonra Şəxs dost-tanışı ona avtomobil barədə xəbər vermiş və o, yataqxananın həyətinə gəlmişdir. Daha sonra isə “Sən görməmiş maşın almısan”, “Şərəfsiz, şərəfsiz” deyərək onu və həyat yoldaşını çağırmışdır. Həmçinin, ona qarşı əxlaqsız ifadələr işlətmişdir. O, Şəxs həmin anda videoya çəkmişdir ki, polis əməkdaşlarına təqdim edə bilsin. Şəxs onu yataqxananın həyətində təhqir etmiş, hətta ətrafda bir nəfər ona söyüş söyməməsini irad bildirmişdir. O, tibb bacısı olduğunu, Zahidə uşaq vaxtı çox köməklik etdiyini, hazırda işlədiyi üçün uşaqlarından narahat olduğunu bildirmişdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, özünü inzibati xətanın törədilməsində təqsirli bilmir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə əvvəllər yaşadığı 41-ci məhəlləyə gəlmiş, həyətdə olarkən Zərərçəkmiş şəxs həyat yoldaşı pəncərədən baxmış və onu təhqir etmiş, nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs onu təhrik etmiş, ona qarşı nalayiq ifadələr işlətdikdən sonra o da həmin ifadələrə cavab olaraq Zərərçəkmiş şəxs təhqir etmişdir. Zərərçəkmiş şəxs yalnız özünə aid olan onun dediyi sözləri videoya çəkmiş, ona deyilən sözləri isə qeydə almamışdır. O, təhqir edilməsi ilə bağlı heç bir hüquq-mühafizə orqanına müraciət etməmişdir. O, Zərərçəkmiş şəxs əlindən kirayədə yaşadığını, arada bir evinə baxmağa getdiyini, hadisə günü də həmin səbəbdən orda olduğunu, Zərərçəkmiş şəxs onun həmin yataqxanada yaşamağını istəmədiyini, ona hər zaman şər-böhtan atdığını, əvvəllər də aralarında mübahisə olduğunu söyləmişdir. Həmin səbəblərdən o, infarkt keçirdiyini, ürəyində iki ədəd stend olduğunu bildirmiş və məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, Zərərçəkmiş şəxs video görüntülərdə yalnız Şəxs danışdığı görüntüləri təqdim etmişdir. Şəxs onu zərərçəkmiş şəxsin həyat yoldaşı təhqir etdiyi üçün qarşılıq vermişdir. Məhkəmədən Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 02 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxanada təhqir etmişdir. Nəticədə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş videogörüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 nömrəli yataqxannın həyətində Zərərçəkmiş şəxs ünvanına “Şərəfsiz, ay şərəfsiz” deməsi və Zərərçəkmiş şəxs təhqir etməsi müşahidə edilmişdir. Beləliklə, məhkəmə iclasında barəsində inziabati qaydada icraat aparılan şəxsin etirafedici izahatı və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.3-cü maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 100 (bir yüz) manat məbləğində cərimə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2508/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2508/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver