Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2509/2022 26.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra X2, Tələbkarlar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil işrirakları ilə, xx.xx.1985-ci ildə Ermənistan Respublikası, Sisyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Sumqayıt şəhəri, 18-ci mikrorayon, məhəllə 22, Natavan küçəsi, ev 8a, yataqxana 20, mənzil 8 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2022ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6198/2018 saylı, xx.xx.2018-ci il tarixli, 2(060)-11413/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(060)-672/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri və Sumqayıt şəhəri 4 saylı notariat Kontorunun 1716 saylı icra sənədinə əsasən yaranmış borc borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra etməmişdir. Protokol tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6198/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Şəxs 10000 (on min) manat məbləğində əsas borc, 1500 (bir min beş yüz) manat məbləğində faiz borcu və dövlət rüsumu qismində ödənilmiş 30 (oyuz) manat məbləğində pul tutularaq iddiaçı X1 verilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11413/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Şəxs 4200 (dörd min iki yüz) manat məbləğində pul və dövlət rüsumu qismində ödənilmiş 30 (oyuz) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-672/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Şəxs 2400 (iki min dörd yüz) manat məbləğində pul və dövlət rüsumu qismində ödənilmiş 30 (oyuz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmiş, Sumqayıt şəhəri 4 saylı notariat Kontorunun 1716 saylı icra sənədinə əsasən Şəxs 5000 (beş min) manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs3 verilməsi müəyyən edilmişdir. Ümimilikdə 23140 (iyirmi üç min yüz qırx) manat borcu vardır. Şəxs həmin borclardan Zərərçəkmiş şəxs1 300 (üç yüz) manat, Zərərçəkmiş şəxs2 500 (beş yüz) manat, Zərərçəkmiş şəxs3 350 (üç yüz əlli) manat məbləğində pul ödəmişdir. Nömrələrini tez-tez dəyişdiyinə görəborclu ilə əlaqə yaratmaq mümkün olmamışdır. Axırıncı dəfə onun telefon nömrəsini polisdən aldığını bildirmişdir. Ona görə də, Borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6198/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən ondan 10000 (on min) manat məbləğində əsas borc, 1500 (bir min beş yüz) manat məbləğində faiz borcu və dövlət rüsumu qismində ödənilmiş 30 (oyuz) manat məbləğində pul tutularaq iddiaçı X1 verilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11413/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən 4200 (dörd min iki yüz) manat məbləğində pul və dövlət rüsumu qismində ödənilmiş 30 (oyuz) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-672/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 2400 (iki min dörd yüz) manat məbləğində pul və dövlət rüsumu qismində ödənilmiş 30 (oyuz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmiş, Sumqayıt şəhəri 4 saylı notariat Kontorunun 1716 saylı icra qeydinə əsasən 5000 (beş min) manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs3 verilməsi müəyyən edilmişdir. Ümimilikdə 23140 (iyirmi üç min yüz qırx) manat borcu vardır. Həmin borclardan Zərərçəkmiş şəxs1 300 (üç yüz) manat, Zərərçəkmiş şəxs2 500 (beş yüz) manat, Zərərçəkmiş şəxs3 350 (üç yüz əlli) manat məbləğində pul ödəmişdir. Əvvəl işləmədiyini, 03 (üç) gün olar ki, işə düzəldiyi və əmək haqqı kartının gələn ayın 1-dən açılacağını bildirdi. Gələcəkdə borcu hissə-hissə ödəyəcəyini, aprel döyüşlərinin iştirakçısı olduğunu və himayəsində 02 (iki) azyaşlı uşağının olması nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs1 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11413/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Şəxs 4200 (dörd min iki yüz) manat məbləğində pul və dövlət rüsumu qismində ödənilmiş 30 (oyuz) manat məbləğində pul tutularaq iddiaçı ona verilməsi qət edilmişdir. Borclu həmin bordan ona cəmi 300 (üç yüz) manat məbləğində pul ödəmişdir. Borcun ödənilməsini tələb edir. Tələbkar Zərərçəkmiş şəxs2 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-672/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Şəxs 2400 (iki min dörd yüz) manat məbləğində pul və dövlət rüsumu qismində ödənilmiş 30 (oyuz) manat məbləğində pul tutularaq ona verilməsi qət edilmişdir. Borclu həmin bordan ona cəmi 500 (beş yüz) manat məbləğində pul ödəmişdir. Qalan borc məbləğindən gözünü əməliyyat etdirməli olduğu üçün 800 (səkkiz yüz) manat ödəməsini və yerdə qalan məbləği istəmədiyini bildirdi. Ona görə də həbs olunmasını iştəməyərək onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs3 məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhəri 4 saylı notariat Kontorunun 1716 saylı icra qeydinə əsasən 5000 (beş min) manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs3 verilməsi müəyyən edilmişdir. Borclu həmin borcdan ona cəmi 350 (üç yüz əlli) manat məbləğində pul ödəmişdir. Gləcəkdə borcu hissə-hissə ödəyəcəyini bildirdi. Ona görə də həbs olunmasını iştəməyərək onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarların və icra məmurunun izahatlarını, vəkilin çıxışını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2022ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6198/2018 saylı, xx.xx.2018-ci il tarixli, 2(060)-11413/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(060)-672/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri və Sumqayıt şəhəri 4 saylı notariat Kontorunun 1716 saylı icra sənədinə əsasən yaranmış borc borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati cərimə cəzası tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkilnın göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2509/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2509/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver