Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2509/2023 18.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1960-cı ildə Qubadlı rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, Qubadlı ray., Qubadlı şəhəri ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəh., 26-cı məh., Şəfa sanatoriyası, otaq 8 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:20 radələrində Sumqayıt şəh., 26-cı məhəllə Şəfa sanatoriyasında həmin sanatoriya sakini Zərərçəkmiş şəxs döyməsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə rəisi polis leytenantı X2 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 1993-cü il tarixdən Sumqayıt şəhəri, Şəfa sanatoriyasında yaşayır. 2017-ci il tarixdən oğlu Dəyanət Babayev həmin sanatoriyanın binasında 1-ci mərtəbəsində yaşayır, o da demək olar ki, gününün bütün hissəsini həmin evdə keçirir. Onunla qonşuluqda yaşayan Sədaqət adlı qadın 1-ci mərtəbənin dəhlizində oğlunun yaşadığı otağın qarşı hissəsində dolabda pişik saxlayır. Həmin pişiklər ona və ailə üzvlərinə pis təsir etmiş, antisanitar şəraitin yaranmasına səbəb olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 20:20 radələrində o, Sədaqətin yaşadığı evə gəlmiş, qapını döymüş, Sədaqəti dəhlizə çağıraraq pişikləri oradan çıxarmasını xahiş etmişdir. Sədaqət cavab olaraq ona pişikləri çıxarıb başqa yerdə saxlamağın qeyrimümkün olduğunu bildirmişdir. Bu zaman o, Sədaqətdən həmin heyvanları öz qapısının yanında saxlamasını xahiş etmiş, Sədaqət yaxşı etdiyini bildirmişdir. Sədəqətin ona belə cavab verməsindən sonra o pişiklər saxlanılan dolabın qarşısına gəlmiş, söhbət əsnasında o, pişiklərin saxlanıldığı dolabı götürüb Sədaqətin yaşadığı qapının çöl hissəsinə qoymaq üçün aparmaq istəyən zaman Sədaqət onun üzərinə hücum çəkmiş, onun saçından tutub yolmağa başlamışdır. Hətta mübahisə zamanı onun boyunbağı belə qırılmışdır. Hadisə zamanı Sədaqət onun ünvanına nalayiq söz və ifadələr işlətmiş, onun paltarını cırmış, o, bundan sonra əli ilə Sədaqətin üz nahiyyəsinə özü də bilmədən zərbə endirmiş, özündən kənara itələmişdir. O, paltarının cırılmasını görüb özünü evə salmış, bundan sonra Sədaqət onun qapınısı döyməyə başlamış, daha sonra Sədaqət anasına zəng etmiş, Sədaqətin anası gəldikdən sonra yenidən birlikdə qapılarını bərkdən döyməyə davam etmişdir. Hadisə zamanı gəlini X7 evdə olmuş, evdən çölə çıxmamış, o cümlədən Sədaqətə qarşı hər hansı xəsarət yetirici hərəkət etməmiş, o, Sədaqəti ölümlə hədələməmiş, Sədaqətin ifadələri şər böhtan xarakterlidir. Qeyd olunanlara əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətindən yayınmaq məqsədilə belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 6 ilə yaxın müddətdir ki, Sumqayıt şəhəri, Şəfa sanatoriyasında yaşayır, təxminən 2 ilə yaxın müddətdir ki, yaşadığı yataqxananın dəhlizində pişik saxlayır. xx.xx.2023-cü il tarixdə saat 18:15 radələrində o, yaşadığı evə gəlmiş, saat 20:20 radələrində onunla qonşuluqda yaşayan Narıngül adlı qadın qapını döyüb onu çölə çağırmış, onu dəhlizdə saxladığı pişikləri göstərib yüksək səslə danışaraq pişikləri oradan götürməsini tələb etmişdir. Həmin vaxt Narıngül pişikləri saxladığı, atasının yaşadığı otaq 9 ünvanının qapısının çöl hissəsində olan pişiklər olan dolabı çəkmək istəmişdir. Bu zaman atası X3 çölə çıxmış, o, atasına evə getməsini xahiş etmişdir. Bundan sonra o, yaşadığı otağa qayıdarkən, Narıgülün atasını itələdiyini görmüş, bundan sonra geri qayıtmışdır. Həmin vaxt Narıngül nalayiq sözlər işlədərək onun saçından tutmuş, o da Narıngülün saçından tutaraq bir-birilərinin saçından yolmağa başlamışlar. Narıngül onun əynində olan paltarını cırmış, o da bundan sonra Narıngülün paltarını cırmış, Narıngül onun paltarını cıran zaman təpiklədə sol ayağına zərbə endirmişdir. Biraz keçmiş Narıngülün gəlini evdən çıxaraq onun üz nahiyyəsinə əli ilə zərbə endirmiş, gəlini onu dəhlizin divarına tərəf itələyib boğazından tutmuşdur. Bu zaman Narıngüldə üzərinə gələrək sol əli ilə saçından tutmuş, o, Narıngül və gəlinin əlindən çıxıb qaçmaq istəyən zaman Narıngülün gəlini təpiklə qarın boşluğuna xəsarət yetirmiş, ayaq zərbəsindən sonra o, yerə yıxılmışdır. Bundan sonra yerdə olarkən onlar təpiklə bədən nahiyyələrinə zərbələr endirmiş, mübahisə zamanı qonşular onları ayırmaq istəmiş, daha sonra qonşular onları ayırmış və o, yaşadığı evə qayıtmışdır. Hazırda Şəxs şikayətçidir, barışmaq istəmir, barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir İşdə olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Kənan Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan MTE və PA X8 Şəxsindən daxil olmuş 1272 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ əlin, sol çiyni üstü nahiyyənin, sol budun qançırları, burun, alın, sol alt göz qapağı, sol yanaq, çənəaltı nahiyyənin sıyrıqları, üst və dodağın selikli qişaların qansızma. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, zərəçəkmişin müayinədən biraz əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan MTE və PA X8 Şəxsindən daxil olmuş 1274 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən aydın olur ki, X4 bədəni üzərində xəsarət izi aşkar edilməmişdir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu hal iş materialları ilə tam təsdiq edilir. Bu səbəbdən Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsi vurmadığını bildirsə də, məhkəmə bu halı şəxsin özünü müdafiə etməsi və məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə belə nəticəyə gələrkən tərəflərin bir-birlərinə qarşı münasibətini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ziddiyyətli izahatını nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 157-ci inzibati tənbeh tətbiq edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Kənan Hacıyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Həmin məcəllənin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Şəxs şikayətçidir, barışmaq istəmir. Məhkəmə tərəfindən Şəxsnun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, yaşını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Şimal Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2509/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2509/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver