Məhkəmə qərarları › İş №3(060)-2510/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2510/2022

20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2510/2022 20.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi 14 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi 8C olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 12 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi 8C yerləşən Şəxs MMC-yə məxsus klinikada planlı yoxlama zamanı sertifikatsız praktik tibb fəaliyyəti və lisenziyadan kənar iş və fəaliyyət (immunogenetika – COVİD - PZR) səyyar xidmət aşkar edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş 12 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında Şəxs MMC-ni təqsirli bilməyərək bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin AEMTN şöbəsinin tərəfindən Şəxs barəsində MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin AEMTN şöbəsinin MN ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsassız olduğundan ləğv edilib iş üzrə icraata xitam verilməlidir. Belə ki, 12 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ”SAĞLAM AİLƏ” MMC-nin Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi 8C ünvanında yerləşən müəssisəsində planlı yoxlama aparılmışdır. Yoxlamanın nəticələrinə görə 464 saylı, xx.xx.2022-ci il tarixli Yoxlama Aktı tərtib edilmişdir. Yoxlama aktına və həmin vaxt tərtib olunmuş inzibati xəta haqqında protokola görə yoxlayıcı aşağıdakı “pozuntuları” aşkar etmişdir: 1. Şəxs MMC-də həkimlaborant X5 və tibb bacısı X7 resertifikasiyadan keçmədən praktik tibb fəaliyyətinə buraxılmışlar; 2. Lisenziyadan kənar (COVİD 19 PZR) tibb fəaliyyəti həyata keçirilmişdir. İnzibati xəta protokolunun birinci bəndi üzrə bildirir ki, X5 Şəxs MMC-nin 24 fevral 2022-ci il tarixli, 84 saylı Əmri ilə həkim-laborant vəzifəsinə qəbul olunmuşdur. O, sertifikasiyadan keçmək üçün kursa göndərilmiş, kursa göndərilməsinə dair Səhiyyə Nazirliyinin elektron portalında müvafiq qeydiyyat aparılmış (SN portalında 22-K saylı xx.xx.2022-ci il tarixli Əmri verilmişdir) və xx.xx.2022-ci il tarixdə 122 saylı Əmrlə müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır, (əsas: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci mad. 4-cü bəndi). A.Mustafayevanın əvəzinə həmin vəzifəyə (həkim-laborant) X9 qəbul olunmuşdur. A.Mustafayevanın himayəsində üç azyaşlı uşaqlarının olmasını, ağır maddi vəziyyətini və müraciətini nəzərə alaraq, müvəqqəti olaraq xx.xx.2022-ci il tarixədək (sertifikat alanadək) laboratoriya üzrə koordinator (qeyri-tibb) vəzifəsinə keçirilmişdir. A.Mustafayeva resertifıkasiya kursunu keçib, xx.xx.2022-ci il tarixdə sertifikat almışdır. Tibb bacısı vəzifəsində işləyən X7 resertifikasiyadan keçmək üçün kursa göndərilmiş, kursa göndərilməsinə dair Səhiyyə Nazirliyinin elektron portalında müvafiq qeydiyyat aparılmış (SN portalında 39-K saylı xx.xx.2022-ci il tarixli Əmri verilmişdir) və xx.xx.2022-ci il tarixdə 251 saylı Əmrlə müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır, (əsas: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci mad. 4-cü bəndi). S.Məmmədovanın himayəsində iki azyaşlı uşaqlarının olması və müraciətini nəzərə alaraq müvəqqəti olaraq (sertifikat alanadək) qeydiyyatçı vəzifəsinə keçirilmişdir. Hər iki əməkdaşların (Aytən Mustafayeva və Səidə Məmmədovanın) başqa vəzifəyə müvəqqəti keçirilməsi əmrini ƏMAS sisteminə qeydiyyata alınması mümkün deyildir. Belə ki, bu halda Əmək Müfəttişliyi tərəfindən həmin vakant yerə yeni namizəd göndərilir, bununla yanaşı, “vəzifədən kənarlaşdırma” ƏMAS sisteminə daxil etmək olmur, çünki belə bir xana sistemdə mövcud deyildir. Qeyd etməyi zəruri hesab edir ki, işçilərin müvəqqəti vəzifə öhdəliklərinin dəyişməsi barədə məlumatların ƏMAS sistemində qeydiyyatının aparılmaması həmin işçilərin sertifikasiyadan keçmədən praktik tibb fəaliyyətlə məşqul olması anlamını vermir. Belə ki, adları çəkilən işçilərin müvəqqəti olaraq başqa (qeyri-tibb) vəzifəyə keçməsi ilə bağlı müvafiq əmrlər verildiyi gündən sertifikat alanadək, rəsmi və faktiki olaraq onlar müvəqqəti həvalə olunmuş vəzifə öhdəliklərini yerinə yetirmişlər. Təqdim olunan diskə köçürülmüş videogörüntülər və fotoşəkillər bunu təsdiq edir. Şəxs MMC-nin llisenziyadan kənar tibb fəaliyyətinin həyata keçirilməsi halı mövcud deyildir. Belə ki, Şəxs MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş İN/1 -1657/2016 saylı qeydiyyat nömrəli Lisenziyaya əsasən ünvan 2 və Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi 8C ünvanlarında tibbi fəaliyyət göstərir. Lisenziyaya İN/1 -1657/2016/2 saylı Əlavəsinə əsasən ünvan 2 ünvanında yerləşən tibb müəssisəsində immunogenetik laborator xidmətinin ambulator və səyyar şəkildə aparılması nəzərdə tutulumuşdur. Bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC-nin tibbi fəaliyyəti vahid müəssisə kimi ünvan 3 ünvanında və ünvan 4səsinin tibbi fəaliyyətlə məşqul olmasına dai bir (yeganə) Lisenziyası var, müəssisənin vahid rəhbərliyi, idarəetmə, mühasibatlıq, çağrı mərkəzi və digər şöbələri fəaliyyət göstərir. Yoxlama zamanı guya, aşkar olunan "uyğunsuzluq” ondan ibarət olmuşdur ki, Sumqayıt müəssisəsində “COVİD 19” PZR testinin təhlili aparılmışdır. Bu həqiqətə uyğun deyildir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Nərimanov müəssisəsinin ölkənin bütün bölgələrində, o cümlədən Sumqayıt şəhərində səyyar tibbi ximətlər göstərilməsinə dair müvafiq icazəsi vardır. Tibb Mərkəzinin çağrı mərkəzinə daxil olan zənglər əsasında Sumqayıt şəhərində yaşayan pasiyentlərdən “COVİD 19” PZR testi və digər biomaterialların götürülməsi həyata keçirilir. Beləliklə göründüyü kimi yoxlayıcının inzibati protokolunda göstərildiyi hallar yalnız formal mülahizələrdən ibarət olmaqla, heç bir mötəbər və tutarlı sübutlara əsaslanmamışdır. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin AEMTN şöbəsinin tərəfindən Şəxs MMC barəsində MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolunun ləğv edilməsi və inzbati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 809 nömrəli, xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı yoxlamanın keçirilməsi haqqında” qərardan müəyyən olunur ki, Şəxs MMC-nin fəaliyyətinin yoxlanılması məqsədilə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə həmin müəssisədə planlı yoxlama aparılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarıdan görünür ki, Şəxs MMC-nin fəaliyyətinin yoxlanılması məqsədilə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə həmin müəssisədə plan üzrə yoxlama aparılacaqdır. İş materiallarında olan 464 nömrəli, xx.xx.2022-ci il tarixli özəl tibb müəssisəsinin planlı (növbəti) yoxlama aktından müəyyən olunur ki, yoxlamanın birinci sualı üzrə qeyd edilir ki, tibbi qeydiyyat sənədlərinin ARSN xx.xx.2016-cı il tarixli, 100 nömrəli ƏMRİ-i ilə təsdiq edilmiş formalar üzrə aparılmır (Müəssisə daxili FONET-proqram ilə həyata keçirilir). Tibbi Statistik hesabatlar müəssisə üzrə ayrıca Səhiyyə Nazirliyinə təqdim edilmir. Yoxlamanın ikinci sualı üzrə qeyd edilir ki, bəzi tibb işçiləri sertifikasiya imtahanından keçmədən praktiki tibb fəaliyyəti ilə məşğul olurlar. 1. Həkim laborant – X5; 2. Tibb bacısı – X7. Yoxlamanın üçüncü sualı üzrə qeyd edilir ki, lisenziyadan kənar iş üzrə fəaliyyət səyyar və ambulator xidmət olmadan – immunogenetika işi üzrə COVİD PZR – test götürülür. Ginikoloji iş olmadan yaxma götürülüb mikrobioloji müayinəyə göndərilir. Ümumiyyətlə kliniki və kliniki biokimyəvi iş üzrə ancaq qan və başqa bioloji material götürülərək Bakı Şəxs MMC-yə göndərilir. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cu il tarixli Lisenziyadan müəyyən olunur ki, Şəxs MMC-yə özəl tibbi fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilmişdir. İş materiallarında olan 122 nömrəli, xx.xx.2022-ci il tarixli vəzifədən müvəqqəti kənarlaşdırma haqqında əmrin surətindən görünür ki, həkim-laborant vəzifəsində çalışan X1 Şəhadətnaməsi üçün imtahandan uğurla keçənədək iş yerini saxlamaq şərti ilə tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılmışdır. İş materiallarında olan 123 nömrəli, xx.xx.2022-ci il tarixli iş yeri ünvanının dəyişikliyi haqqında əmrin surətindən görünür ki, həkim-laborant vəzifəsində çalışan X6 iş yeri müvəqqəti olaraq Şəxs MMC-nin Sumqayıt şəhəri, Cəfər Cabbarlı 8C ünvanında yerləşən müəssisəyə təyin edilmişdir. İş materiallarında olan 251 nömrəli, xx.xx.2022-ci il tarixli vəzifədən müvəqqəti kənarlaşdırma haqqında əmrin surətindən görünür ki, X2 Şəhadətnaməsi üçün imtahandan uğurla keçənədək iş yerini saxlamaq şərti ilə tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılmış və ona qeyri tibbi öhdəliklərin müvəqqəti olaraq icrası tapşırılmışdır. İş materiallarında olan Şəxs MMC tərəfindən məhkəməyə ünvanlanmış 743 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şəxs MMC-nin Sumqayıt şəhəri, Cəfər Cabbarlı 8C ünvanında fəaliyyət göstərən həkim-laborant X5 resertifıkasiyadan keçməsi üçün kursa göndərilib və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən, xx.xx.2022-ci il tarixli, 122 nömrəli əmrlə iş yerini saxlamaq şərti ilə tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılmışdır. Onun vəzifə öhdəliklərini yerinə yetirmək üçün müvəqqəti olaraq həkim-laborant X8 təyin edilmişdir. Aytən Mustafayevanın ağır ailə vəziyyətini nəzərə alaraq ona müvəqqəti qeyri-tibbi vəzifə həvalə edilmişdir. Tibb bacısı X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən xx.xx.2022-ci il tarixli, 251 nömrəli əmrlə iş yerini saxlamaq şərti ilə tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılmış və ona müvəqqəti olaraq qeyri-tibbi vəzifə həvalə edilmişdir. İş materiallarında olan Şəxs MMC tərəfindən məhkəməyə ünvanlanmış 745 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şəxs (VÖEN **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 091014 nömrəli, qeydiyyat nömrəsi İN/L- 1657/2016, 21 iyul 2016-cı il tarixli lisenziya ilə 02 (iki) ünvanda fəaliyyət göstərir. Qeydiyyat nömrəsi İN/L-1657/2016/1 olan lisenziya əlavəsi ilə Şəxs MMC Sumqayıt şəhəri, 1-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi 8C ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti göstərir. Qeydiyyat nömrəsi İN/L-1657/2016/2 olan lisenziya əlavəsi ilə Şəxs MMC ünvan 6 ünvanında özəl tibb fəaliyyətinin ambulator və səyyar tibbi xidmətləri göstərir. Vətəndaşların “COVİD-19” testi müraciəti çağrı mərkəzi tərəfindən qəbul olunub, səyyar şəkildə ünvanda həyata keçirilir. Müəssisədə müayinə istək qəbulu vahid avtomatlaşdırlılmış sistem üzərindən həyata keçirildiyi üçün yoxlayıcının müəssisədə onlayn istək qəbzi aşkarlanmasında hər hansı lisenziyadan kənarlaşma faktı kimi qəbul olunması doğru hesab edilə bilməz. Çünki, Şəxs MMC-nin İN/İ-1657/2016/2 qeydiyyat nömrəli lisenziyasına əsasən immunogentik laborator xidmətin ambulator və səyyar şəkildə aparılmasına icazəsi vardır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 12 sentyabr 2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokolu və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmir və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Sumqayıt şəhəri, Cəfər Cabbarlı 8C ünvanında fəaliyyət göstərən həkimlaborant X5 resertifıkasiyadan keçməsi üçün kursa göndərilib və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən, xx.xx.2022-ci il tarixli 122 nömrəli əmrlə iş yerini saxlamaq şərti ilə tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılmışdır. Onun vəzifə öhdəliklərini yerinə yetirmək üçün müvəqqəti olaraq, həkim-laborant X8 təyin edilmişdir. Aytən Mustafayevanın ağır ailə vəziyyətini nəzərə alaraq ona müvəqqəti qeyri-tibbi vəzifə həvalə edilmişdir. Tibb bacısı X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən, xx.xx.2022-ci il tarixli 251 nömrəli əmrlə iş yerini saxlamaq şərti ilə tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılıb və ona müvəqqəti olaraq qeyri-tibbi vəzifə həvalə edilmişdir. Şəxs (VÖEN **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 091014 nömrəli, qeydiyyat nömrəsi İN/L-1657/2016, 21 iyul 2016-cı il tarixli lisenziya ilə 02 (iki) ünvanda fəaliyyət göstərir. Qeydiyyat nömrəsi İN/L-1657/2016/1 olan lisenziya əlavəsi ilə Şəxs MMC Sumqayıt şəhəri, 1-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi 8C ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti göstərir. Qeydiyyat nömrəsi İN/L-1657/2016/2 olan lisenziya əlavəsi ilə Şəxs MMC ünvan 6 ünvanında özəl tibb fəaliyyətinin ambulator və səyyar tibbi xidmətləri göstərir. Vətəndaşların “COVİD-19” testi müraciəti çağrı mərkəzi tərəfindən qəbul olunub, səyyar şəkildə ünvanda həyata keçirilir. Müəssisədə müayinə istək qəbulu vahid avtomatlaşdırlılmış sistem üzərindən həyata keçirildiyi üçün yoxlayıcımn müəssisədə onlayn istək qəbzi aşkarlanmasında hər hansı lisenziyadan kənarlaşma faktı kimi qəbul olunması doğru hesab edilə bilməz. Çünki, Şəxs MMC- nin İN/İ-1657/2016/2 qeydiyyat nömrəli lisenziyasına əsasən immunogentik laborator xidmətin ambulator və səyyar şəkildə aparılmasına icazəsi vardır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC barəsində 12 sentyabr 2022-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, 1-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi 8C ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar