Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2512/2022 26.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Prətəkol tərtib etmiş şəxs-Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Ermənistan Respublikası, İcevan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə (xx.xx.2021-ci il tarixli icra vərəqəsinə) əsasən Şəxs 61689 ABŞ dolları tutularaq Unibank ASC-yə ödənilməlidir. Lakin borclu şəxs icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz olaraq boyun qaçırır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəməyə bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2233/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9253/2015 saylı, 02 dekabr 2015-ci il tarixli qətnaməsi X4 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllədəki 98 saylı evin 20 saylı mənzilinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra onun bir ay ərzində boşaldılması hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın həmin hissədə rədd olunması, qətnamənin "xxxx" KB ASC ilə Şəxs arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-2/12SU saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" KB ASC-nin xeyrinə cavabdehlər Şəxs, X7 və X2 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 47986,83 ABŞ dolları əsas, 8702,67 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 61689,5 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh Şəxs mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən, 98 saylı evin 20 saylı mənzilinə yönəldilərək həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 61689,5 ABŞ dolları pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsmunun ödənilməsi, ipoteka prdmetinin ilkin satış qiymətinin 70000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İpoteka predmeti satılmış, borcun bir hisəsi ödənilmişdir. Amma borclu tərəfindən qalan borcla bağlı icra vərəqəsi üzrsüz səbəbdən icra edilmir. Hal-hazırda borclunun 35439 ABŞ dolları borcu qalmışdır. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, evi satılmış, borcun bir hissəsi ödənilmişdir, o heç bir borc öhdəliyindən imtina etmir, maddi durumu pis olması səbəbindən borcun qalanını ödəyə bilmir. Buna görə də, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2233/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9253/2015 saylı, 02 dekabr 2015-ci il tarixli qətnaməsi X4 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllədəki 98 saylı evin 20 saylı mənzilinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra onun bir ay ərzində boşaldılması hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın həmin hissədə rədd olunması, qətnamənin "xxxx" KB ASC ilə Şəxs arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-2/12SU saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" KB ASC-nin xeyrinə cavabdehlər Şəxs, X7 və X2 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 47986,83 ABŞ dolları əsas, 8702,67 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 61689,5 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh Şəxs mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən, 98 saylı evin 20 saylı mənzilinə yönəldilərək həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 61689,5 ABŞ dolları pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsmunun ödənilməsi, ipoteka prdmetinin ilkin satış qiymətinin 70000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən qeyd olunan ipoteka predmeti satıldıqdan sonra borclu Şəxs "xxxx" KB ASC-yə qalıq borc məbləği 35439,50 ABŞ dolları təşkil edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2233/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9253/2015 saylı, 02 dekabr 2015-ci il tarixli qətnaməsi X4 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllədəki 98 saylı evin 20 saylı mənzilinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra onun bir ay ərzində boşaldılması hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın həmin hissədə rədd olunması, qətnamənin "xxxx" KB ASC ilə Şəxs arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-2/12SU saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" KB ASC-nin xeyrinə cavabdehlər Şəxs, X7 və X2 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 47986,83 ABŞ dolları əsas, 8702,67 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 61689,5 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh Şəxs mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən, 98 saylı evin 20 saylı mənzilinə yönəldilərək həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 61689,5 ABŞ dolları pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsmunun ödənilməsi, ipoteka prdmetinin ilkin satış qiymətinin 70000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Borc tam ödənilməmişdir. Buna görə də, icra məmuru tərəfindən həmin borcun qərəzli olaraq ödənilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Borclunun əmlakı yoxdur, evi hərracda satılmışdır, onun formal əsaslarla təqsirli bilinib tənbeh edilməsi maddi durumunu daha da pisləşdirə bilər. Ona görə də, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Müəyyən edilmişdir ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2233/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi ilə təyin edilmiş borcu ödəməmişdir. Protokolda göstərildiyi kimi, onun üzrsüz səbəbdən icra sənədi üzrə borcunu ödəməməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir, icra işində də belə sübut yoxdur. Eyni zamanda, icra işindəki məlumatlardan görünür ki, borclunun icra sənədi üzrə borcunu tam ödəmək imkanında olması, lakin borcu ödəməməsi təsdiq edilmir. Ona görə də, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi təsdiq edilmir və onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxsnun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2512/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2512/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver