Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2515/2022 27.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 2ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş, Sumqayıt ŞPİ-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinə Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin tərtib etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022ci il tarixli, MN seriyalı, ******* №-li və xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokolları əsasında inzibati xəta haqqında materiallar daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi təqsirləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li və xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 2515/2022, 3(060)-2516/2022, 3(060)-2517/2022, 3(060)-2518/2022, 3(060)-2519/2022, 3(060)-2520/2022, 3(060)-2521/2022, 3(060)-2522/2022 və 3(060)-2523/2022 №-li işlər bir icraatda 3(060)-2515/2022 nömrə ilə birləşdirilməsi, 3(060)-2516/2022, 3(060)- 2517/2022, 3(060)-2518/2022, 3(060)-2519/2022, 3(060)-2520/2022, 3(060)-2521/2022, 3(060)-2522/2022 və 3(060)-2523/2022 №li işlər birləşdirildiyi üçün həmin nömrələr üzrə işlərin icraatına xitam verilməsi qərara alınmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022ci il tarixli, MN seriyalı, ******* №-li və xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən X11 məxsus bağ sahəsinin hasarına qurulmuş su sayğacını, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən X3 məxsus bağın hasarına qurulmuş su sayğacını, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində X10 məxsus evin hasarına qurulmuş su sayğacını, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində X12 evinə quraşdırılmış su sayğacını, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində X9 məxsus evin hasarına qurulmuş su sayğacını, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən X6 məxsus bağ sahəsinin hasarına qurulmuş su sayğacını, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən X2 məxsus bağ sahəsinin hasarına qurulmuş su sayğacını, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində X13 məxsus bağ sahəsinin hasarına qurulmuş su sayğacını, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən X4 məxsus bağ sahəsinin hasarına qurulmuş su sayğacını oğrulamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin polis sahə rəisi, polis leytenantı X7 tərtib etdiyi protokollara uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X14 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən X11 məxsus bağ sahəsinin hasarına qurulmuş su sayğacını oğlurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən X3 məxsus bağın hasarına qurulmuş su sayğacını oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində X10 məxsus evin hasarına qurulmuş su sayğacını oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində X12 evinə quraşdırılmış su sayğacını oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində X9 məxsus evin hasarına qurulmuş su sayğacını oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən X6 məxsus bağ sahəsinin hasarına qurulmuş su sayğacını oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən X2 məxsus bağ sahəsinin hasarına qurulmuş su sayğacını oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində X13 məxsus bağ sahəsinin hasarına qurulmuş su sayğacını oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən X4 məxsus bağ sahəsinin hasarına qurulmuş su sayğacını oğrulamışdır. Hər bir sayğac ayrılıqda 88-90 manatdır. Azərsu Sumqayıt Su Kanal İdarəsinə dəymiş zərərin ödənilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən X11 məxsus bağ sahəsinin hasarına qurulmuş su sayğacını oğlurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən X3 məxsus bağın hasarına qurulmuş su sayğacını oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində X10 məxsus evin hasarına qurulmuş su sayğacını oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində X12 evinə quraşdırılmış su sayğacını oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində X9 məxsus evin hasarına qurulmuş su sayğacını oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən X6 məxsus bağ sahəsinin hasarına qurulmuş su sayğacını oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən X2 məxsus bağ sahəsinin hasarına qurulmuş su sayğacını oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində X13 məxsus bağ sahəsinin hasarına qurulmuş su sayğacını oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən X4 məxsus bağ sahəsinin hasarına qurulmuş su sayğacını oğrulamışdır. Oğurladığı su sayğaclarını tanımadığı şəxslərə satmış və əldə etdiyi pullar əsasında özünə dərman almışdır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, dəymiş ziyanı qəbul edir, ziyanın məbləği ilə razıdır, imkanı olan kimi ödəyəcəkdir, barəsində yüngül inziabti tənbeh verilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li və xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokollarda göstərilən inzibati xətaları törətməsi sübuta yetirilir və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun hərəkətindən peşman olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Şəxs müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi doqquz inzibati xətaya dair işlərə eyni vaxtda baxıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə əsasən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, həmin Məcəllənin 34.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbehlər toplanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə zərərçəkmiş şəxsin dəymiş ziyanı tələb etməsini, Şəxs ziyanı qəbul etdiyini, bununla bağlı mübahisə olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi də qərarda öz əksini tapmalıdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan ümumıilkdə 802,20 (səkkiz yüz iki manat iyirmi qəpik) manat təşkil edir və Şəxs 802,20 (səkkiz yüz iki manat iyirmi qəpik) manat alınaraq Sumqayıt Sukanal İdarəsinə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İş materiallarında olan “İnzibati qaydada tutma” protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30-da tutulmuş və xx.xx.2022-ci il tarixdə saat10:30-da azad olunmuşdur. Ancaq işdəki məlumatlardan görünür ki, Şəxs hüquqları xx.xx.2022-ci il tarixdə, saat 16:00-dan məhdudlaşdırılmışdır. Ona görə də, inzibati həbsin əvvəli 26 sentyabr 2022-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin tərtib etdiyi xx.xx.2022ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li və xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokollarda göstərilən inzibati xətaların törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, hər bir protokol üzrə ayrılıqda 01 (bir) ay müddətinə inzibati həbs olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən tənbehlər qismən toplanılmaqla Şəxs qəti olaraq 03 (üç) ay müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. İnzibati həbsin əvvəli 26 sentyabr 2022-ci il tarixdən, saat 16:00-dan hesablansın. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün Şəxs 802,20 (səkkiz yüz iki manat iyirmi qəpik) manat alınaraq Sumqayıt Sukanal İdarəsinə verilsin. Qərarın inzibati tənbehə aid hissəsinin icrası Sumqayıt Şəhər Polis İdarəsinə, dəymiş ziyanın ödənilməsi hissəsi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№AZ50AİİB400600C**********214 VÖEN **********) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2515/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2515/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver