Məhkəmə qərarları › İş №3(060)-252/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-252/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-252/2023 01.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Vəkil Firdofsi qızının iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 25 yanvar 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətnda İXM-nin) 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2685/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbi üzürsüz səbəbdən tam icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. İnzibati xəta haqqında protokollar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 25 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 25 yanvar 2023-cü il tarixə təyin edilmiş, lakin Şəxs yazılı ərizə ilə müraciət edərək ödəniş ilə bağlı işin təxirə salınmasını məhkəmədən xahiş etdiyindən işə baxılması 01 fevral 2023-cü il tarixə təxirə salınmışdır. 25 yanvar 2023-cü il tarixdə məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2685/2019 saylı xx.xx.2019cu il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 160,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar X3 ödənilməlidir. Borclu icra idarəsinə dəvət olunaraq ona icraata başlama haqqında qərar və bildiriş təqdim olunmuş, lakin borclu bu günədək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borclu barəsində məcburi icra tədbirləri görülmüşdür. Borclu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixi qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək o 10 gün müddətində inzibati qaydada həbs olunmuş və eyni icra vərəqəsi üzrə təkrar olaraq xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətində inzibati qaydada həbs olunmuşdur. 2022-ci ilin sentyabr ayında axtarış qərarına əsasən polis əməkdaşları tərəfindən turularaq icra idarəsinə gətirilmiş və tələbkara yığılmış aliment borcundan 500,00 manat ödəmiş və üzərinə öhdəliklər götürərək bildirmişdir ki, hər ay 300,00 manat aliment ödənişi edəcəkdir. Lakin buna baxmayaraq o, təkrar olaraq çağrışlardan yayındığından xx.xx.2022-ci i tarixdə tərəfindən onun yaşayış yerinə baxış keçirilmiş, baxş zamanı evdə olmamışdır. Halhazırda təlabkara 1.020,00 manat alimen borc var və tələbkar qeyd olunan aliment borcunun tam ödənilməsini tələb edir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. 01 fevral 2022-ci il tarixdə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2685/2019 saylı xx.xx.2019cu il tarixli icra sənədinə əsasən ondan hər ay 160,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar X3 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə ona verilən vaxt ərzində aliment borcundan icra sənədi üzrə tələbkarın bank hesabına 500,00 manat aliment ödəmiş və qalıq aliment borcunu da qısa müddət ərzində ödəyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib edmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarındakı məlumatlardan və ödəniş qəbzindən müəyyən olunur ki, Şəxs mütəmadi aliment ödənişləri olmuş, sonuncu dəfə xx.xx.2022-ci ildə 500,00 manatı icra sənədi üzrə tələbkar X2 bank hesabına ödəmişdir. Bununla da məhkəmə araşdırması zamanı Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi təsdiq olunmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar