Məhkəmə qərarları › İş №3(060)-2521/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2521/2023

04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2521/2023 04.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Qida X1-X12 böyük məsləhətçisi X5, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Qida X1-X12 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Qida X1-X12 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X6 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Sumqayıt-Novxanı şossesi ünvanında yerləşən "Sante Mare" Hotel-Restoranını icarə müqaviləsi əsasında işlədir. X8 Sumqayıt-X12 əməkdaşları işlətdiyi obyektdə 2023-cü ilin iyul ayında yoxlama keçirtmiş, yoxlamanın nəticəsi olaraq barəsində inzibati cərimə növündə tənbehin tətbiq ediləcəyini bildirmişlər. Lakin onlar gedəndən sonra hər hansı bir rəsmi məlumat ona verilməmişdir. Bu ilin sentyabr ayında əməkdaşlar yenidən obyektə gəlmiş və onun inzibati qaydada cərimə olunduğunu bildirmişlər. Məhz, bundan sonra o, rəsmi olaraq Agentliyə müraciət etmişdir. Agentlikdən poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ünvanına gəlmiş sənədlərdən məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarla o, Azərbaycan Respublikası İXM-nin 220.1, 447.0.2 və 447.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirləndirilərək, həmin Məcəllənin 447.0.3-cü maddəsi ilə 2000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qrəar qanunsuz və əsassız olduğundan ləğv edilməli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası İXM-nin 57 və 117.2-ci maddələrinə əsasən qərarın surəti müvafiq qaydada (poçt vasitəsi ilə və ya şəxsən) iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Lakin, yuxarıda qeyd etdiyi kimi, cərimə olunmağı barədə qərar ona qanunla nəzərdə tutulmuş müddətdə təqdim olunmamış və o, müvafiq qaydada məlumatlandırılmamışdır. Nəticədə, barəsində inzibati araşdırma aparılan şəxs olaraq onun hüquqları pozulmuşdur. Qərardan görünür ki, yoxlama zamanı markalanma aparılmayan turşu, qatıq və pendir, habelə, son istifadə müddəti bitmiş sous aşkar edilmiş, divarlar hamar deyildir. Bununla bağlı qeyd edir ki, törədilməsində təqsirləndirildiyi İXM-nin 220.1-ci maddəsinin dispozisiyası xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə, İXM-nin 447.0.2-ci maddəsi-saxlama müddəti ötmüş məhsulların satılmasına görə, 447.0.3-cü maddəsi-standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət yaradır. Onun hərəkətlərində həmin normaların tərkib əlamətləri yoxdur. Bildirir ki, üzərində markalanma aparılmadığı iddia olunan məhsulları onlar həmişə Sumqayıt şəhər bazarında qida təhlükəsizliyi qurumunun müvafiq icazəsi əsasında fəaliyyət göstərən şəxslərdən alırlar. Digər tərəfdən yoxlama zamanı sözügedən qida məhsullarının standartların və ya digər normativ sənədlərin tələblərinə cavab veribverməməsinin aydınlaşdırılması üçün hər hansı bir ekspert və ya mütəxəssis yoxlaması aparılmamışdır. Son istifadə müddəti ötmüş sousla bağlı bildirir ki, bu, doğru deyildir. Belə ki, yoxlama aktında bununla bağlı aparılmış qeyddən də görünür ki, məhsulun istehsal tarixi xx.xx.2023-cü il, son istifadə tarixi isə xx.xx.2023-cü il kimi göstərilmişdir. Belə çıxır ki, məhsulun son istifadə tarixi artıq onun istehsal olunduğu tarixdən bir gün əvvəl bitmişdir. Başqa sözlə, məhsul istehal olunmamışdan əvvəl istifadə müddəti bitmişdir. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur, qeyd olunanlara əsasən mübahisələndirilən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X10 şikayətinə uyğun izahat verdi, əlavə olaraq da bildirdi ki, tərtib edilmiş protokol üzrə həqiqətən təqsirləri olmasına baxmayaraq, aktda qeyd olunan bütün pozuntular tərəflərindən aradan qaldırılmış, bu barədə müvafiq ərizə ilə Qida X1- X14 məlumat verilmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Qida X1- X12 böyük məsləhətçisi X11 bildirdi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-cü tarixli KY ********* nömrəli Çıxarışa və Azərbaycan Respublikası Qida X1- X12 xx.xx.2023-cü il tarixli YQ-0244 nömrəli yoxlamanın aparılması haqqında qərara əsasən “Santo Mare” restoran-hoteldə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək planlı yoxlama aparılması qərara alınmış və həmin çıxarışa və qərara əsasən adı çəkilən restoranda yoxlama aparılmışdır. Həmin qərar məlumat üçün yoxlanılmalı olan fizki şəxs Könül Quliyevanın fəaliyyət göstərdiyi “Ləman” ailəvi istirahət mərkəzinin ünvanına göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Novxanı-Sumqayıt şossesi, “Santo-More” restoran-hotelə baxış keçirilməsi nəticəsində bir sıra pozuntular aşkar edilmişdir ki, həmin pozuntular yoxlayıcılar Alxaslı Fəhmin, Nargilə Ələsgərova və fiziki şəxs Könül Quliyevanın da imzaladığı müvafiq aktda öz əksini tapmışdır. Restoran-otelin yoxlaması zamanı digər pozuntularla bərabər üzərində markalanması olmayan 15 ədəd 3 kq-lıq şüşə balonda müxtəlif növ turşu, 3 ədəd 3 kq-lıq şüşə balonda qatıq və ümumi çəkisi 2.7 kq olan saçaqlı pendir aşkar edilmişdir. Qeyd olunan pozuntu Agentliyin Kollegiyasının 19 saylı Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın 2 nömrəli əlavəsinin 7.1-ci bəndinin tələblərinə ziddir. Obyektdə aşkar edilmiş pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq həmin tarixdə MN ******* saylı inzibatı xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edir ki, mətbəxdə üzərində markalanması aparılmayan, mənşəyi məlum olmayan aktda adı çəkilən məhsullar məhf edilmiş, eyni zamanda xx.xx.2023-cü il tarixdə restoranoteldən 03 adda hazır yemək məhsulu Abşeron-regional sınaq laboratoriyasında müayinədən keçirilməsi üçün sınaq üçün götürülmüş, sınağın nəticəsində həmin hazır yemək nümunələrin istehlak üçün uyğun olduğu müəyən edilmişdir. Yoxlama aparılması haqqında qərar uyğun olaraq xx.xx.2023-cü il tarixdə yoxlama suallarına uyğun olaraq obyektdə müvafiq akt tərtib edilmiş nəticədə sahibkar tərəfindən “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanunun 6-cı maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə X10 barəsində İXM-nin 22.1; 447.0.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzbati xətanın törədilməsində təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İzahatına əlavə olaraq bildirir ki, xx.xx.2023-cü il tarixli 0244 saylı yoxlamanın nəticələri üzrə idarə rəisi tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarda pozuntuların aradan qaldırılması üçün vəzifəli şəxs Könül Quliyevaya 30 gün yəni xx.xx.2023-cü il tarixədək vaxt verilmiş, pozuntular aradan qaldırıldığı təqdirdə bu barədə yoxlayıcı orqana məlumat verilməsi öhdəliyi qoyulmuşdur. Qeyd edir ki, Könül Quliyeva tərəfindən xx.xx.2023-cü il tarixdə yoxlama zamanı müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı ərizə ilə Agentliyə müraciət etmiş, müvafiq sənədlər qoşma olaraq ərizəyə əlavə edilmişdir. Əməkdaşlar tərəfindən yoxlama aparılan zaman bəzi pozuntuların aradan qaldırılması müəyyən edilmişdir. Qeyd edir ki, vəzifəli şəxs X10 barəsində Agentlik tərəfindən qəbul edilmiş və mübahisələndirilən qərar tam qanuni qəbul edilmişdir, bu səbəbdən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş, AR Qida X1-X12 YQ-0244 saylı, xx.xx.2023-cü il tarixli “Yoxlama aparılması haqqında” qərara əsasən Sumqayıt şəhəri, Sumqayıt-Novxanı şossesi “Santo-More” restoran-hoteldə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Planlı yoxlama aparılması qərara alınmışdır. AR Ədliyyə Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Könül Quliyevanın fəaliyyət göstərdiyi obyektdə qərarda qeyd edilən müddətdə planlı yoxlama aparılması məqsədilə xx.xx.2023-cü tarixli KY ********* nömrəli Çıxarış əldə edilmişdir. 19 iyul 2023-cü il tarixli, 0224 nömrəli “Qida obyektinə baxışın keçirilməsinə dair” aktdan görünür ki, Sumqayıt şəhəri, Novxanı-Sumqayıt şossesi, “Santo Mare” hotelrestoranda planlı yoxlama həyata keçirilmiş, aktda sadalanan çoxsaylı pozuntular aşkar edilmişdir. İş materillarına əlavə edilmiş AR X9 X16 Laboratoriyasının AZ-19020321/LAB06- 23001-T-001 nömrəli sınaq protokolundan görünür ki, mimoza salatında, ət qutabında və şirəli dana ətindən götürülmüş nümunənın sınağı zamanı hər hansı keyfiyyət dəyişikliyi baş verməmişdir. İş materillarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xata haqında protokoldan görünür ki, vəzifəli şəxs Quliyeva Könül İXM-nin 220.1;447.0.2; və 447.0.3-cü maddələrinə uyğun olaraq protokol tərtib edilmişdir. 19 iyul 2023-cü il tarixdə Könül Quliyevaya inzibati xətaya dair işə baxılması ilə bağlı 02 avqust 2023-cü il tarixdə Agentliyə dəvət olunması barədə bildiriş göndərilmiş, onun iştirakı ilə inzibati xəta haqqında işə baxılmış və həmin tarixdə hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. X10 ilə “X18 Sınaq” MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 462 saylı müqaviləyə əsasən ölçmə vasitələrinin müqayisəli yoxlanılması həyata keçirilmişdir. “Ölçmə vasitələrinin yoxlanılması haqqında” şəhadətnamədən görünür ki, DRC tipli termometr, Dixell tipli termometr, Amin tipli termometr, Dahongying tipli elektron tərəzinin hər birinin yoxlama tarixi xx.xx.2023-cü il tarixdir. 21 iyul 2023-cü il tarixdə X4 inzibati xətaya dair işə baxılması ilə bağlı bildiriş göndərilmiş, onun iştirakı ilə inzibati xəta haqqında işə baxılmış və hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Hesab edir ki, tam, hərtərəfli araşdırma aparılmışdır, bu səbəbdən şikayətin təmin edilməməsini, xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş materillarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli yoxlama aktına əsasən sahibkar tərəfindən “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” AR qanunun 6-cı maddəsinin tələbi pozulmuşdur. İş materillarına əlavə edilmiş MN ******* saylı, 02 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən tarixdə X10 barəsində İXM-nin 22.1; 447.0.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzbati xətanın törədilməsində təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materillarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 0244 saylı “Yoxlamanın nəticələri üzrə” idarə rəisi tərəfindən qəbul edilmiş qərarda aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün vəzifəli şəxs Könül Quliyevaya 30 gün yəni xx.xx.2023-cü il tarixədək vaxt verilmiş, pozuntular aradan qaldırıldığı təqdirdə bu barədə yoxlayıcı orqana məlumat verilməsi öhdəliyi qoyulmuşdur. İş materillarına əlavə edilmiş Könül Quliyeva tərəfindən xx.xx.2023-cü il tarixdə Agentliyə ünvanladığı ərizəsindən görünür ki, o, yoxlama zamanı obyektdə müəyyən olunmuş çatışmazlıqların aradan qaldırıldığını qeyd edir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Qida X1-X17 tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsinə görə xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə- fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 447.0.2-ci maddəsinə görə İstehlakçıların hüquqlarının pozulmasına, yəni: saxlama müddəti ötmüş məhsulların satılmasına- fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 447.0.3-cü maddəsinə görə İstehlakçıların hüquqlarının pozulmasına, yəni: standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinəfiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Qida X1-X17 tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02 iyul 2013-cü il tarixli AR Qanunun 15.1-ci maddəsinə əsasən (Plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risklərin idarə olunması sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. AR Qida X1-X17 düzgün olaraq “Santo-Mare” hotel-restoranda planlı yoxlama həyata keçirilmiş, aparılmış yoxlamanın nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinin dispozisiyası ilə əhatə olunan pozuntu faktı aşkar edilmiş, bütün zəruri tədbirlər görülmüş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə qanuni qərar qəbul edilmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Beləliklə Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, X2 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan Respublikası Qida X1-X12 xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar