Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2522/2023 23.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, X1 xx.xx.2023-cü il tarixli İXP5649538 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli İXP5649538 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, xx.xx.2023-cü i tarixdə məhkəməyə daxil olmuş şikayət və ona əlavə edilmiş materiallar araşdırılarkən müəyyən edilmişdir ki, şikayətdə qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixli İXP5649538 saylı inzibati tənbeh vermə haqqında qərar mövcud deyil, xx.xx.2023-cü il tarixli İXP5649538 saylı inzibati xəta haqqında protokol mövcud olmuş və həmin protokol əsasında Qusar RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli TP5995355 saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli İXP5649538 saylı inzibati tənbeh vermə haqqında qərar mövcud deyil, həmin tarixdə yalnız inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokoldan isə şikayət verilməsi Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, şikayət hətta Qusar RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli TP5995355 saylı inzibati tənbeh vermə haqqında qərarında da verilmiş olsa idi belə qanunverilciliklə müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, müddətin bərpası barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir.. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən şikayət qanunverilciliklə müəyyən edilmiş qaydada verilməmişdir. Bu hallar isə inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardır. Qeyd edilən səbəblərdən də X1 şikayəti icraata qəbul edilə bilməz, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin Qusar RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli TP5995355 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından buraxılmış müddətin bərpasına dair vəsatətlə birlikdə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən xx.xx.2023-cü il tarixli İXP5649538 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qusar RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli TP5995355 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından buraxılmış müddətin bərpasına dair vəsatətlə birlikdə şikayət etmək hüququnun olması X2 izah edil. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2522/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2522/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver