Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2523/2023 30.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası X9 X1 böyük məsləhətçisi X7 Qərardan şikayət verən şəxs X11 iştirakı ilə , Azərbaycan Respublikası X9 X1 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından X17 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası X9 X1 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə X17 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 900 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X15 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X17 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında, vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası X9 X1 əməkdaşları tərəfindən direktoru olduğu “Qayalı” marketdə plandankənar yoxlama aparılmışdır. Hesab edir ki, “Qayalı” marketdə aparılan plandankənar yoxlama qanunsuz olmuş, belə ki, tanımıdığı, şəxsiyyəti ona məlum olmayan şəxs tərəfindən Qida X2-X16 şikayət edilmiş, yoxlama nəticəsində markətdə “Alpen Gold” əmtəə nişanlı şokoladın üzərində istehsalçı tərəfindən bəyan edilən saxlanma temperaturu (18+-)C olduğu halda, həmin məhsulların saxlanıldığı sahədə temperaturun faktiki 25C olduğu müəyyən edilmişdir. Bildirir ki, həmin vaxt avqust ayı yəni isti yay günü olmuşdur. Ölkə ərazisində kəskin istilər hökm sürdüyündən hətda soyutma avadanlıqları ilə belə marketdə olan temperaturu tənzimləmək çox çətin olmuşdur. Ölkə ərazisində davamlı olaraq yüksək temperaturun müşahidə olunması onlar üçün də ciddi problemlər yaratmış, məhz bu səbəbdən marketdə “Alpen Gold” etiketli şokoladın saxlanıldığı yerdə həmin şokoladın üzərində göstərilən saxlanma temperaturuna uyğun onun saxlanılması mümkün olmamışdır. Bu halın özlüyündə fors-major hal olduğunu bildirərək, bu kimi halların X3 X1 əməkdaşları tərəfindən nəzərə alnmadığı bildirmiş, hətda maddənin sanksiyasında cərimə məbləğinin 600 manatdan 900 manatadək olduğu halda Agentlik tərəfindən ona ən yüksək həddə yəni 900 manat cərimə tətbiq edilmişdir. Fors major halını nəzərə alaraq heç olmasa 600 manat belə cərimə edilmədiyini bildirir. Məsud Əzizli izahatında onu da bildirmişdir ki, aparılan yoxlamanı şəxsən müşahidə etmiş, elektron termometrin göstəricisinin 25 dərəcə deyil 24 dərəcə olduğunu ekranda şəxsən görmüşdür. Bildirir ki, AR X9 X1 əməkdaşları tərəfindən həmin yerdə həmin şəraitdə saxlanılan məhsulun keyfiyyətində dəyişikliyin olub-olmaması ilə bağlı sınaq aparmaq üçün “Alpen Gold” etiketli şokoladdan nümunə götürülmüş, sınağın nəticəsinə əsasən şokoladın 240 temperaturda saxlanılması onun keyfiyyətinə heç bir təsir göstərməmişdir. Hesab edir ki, bu kimi hallar nəzərə alınmamış, onların əməlində inzibati xəta tərkibi omuş olsaydı belə bunun heç bir təhlükəsi olmamışdır. Hazırda həmin hallar tərəfindən aradan qaldırılmışdır. Qeyd edir ki, əvəllər də Agentlik tərəfindən cərimə olunmuş və həmin cərimələri vaxtında ödəmişdir. Bu səbəbdən barəsində tərtib edilmiş MN ******* saylı, xx.xx.2023-cü tarixli qərarın ləğv edilməsini, əks halda ən azından inzibati cərimənin miqdarının minimum həddə endirilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası X9 X1 böyük məsləhətçisi X10 bildirdi ki, vətəndaş X12 Azərbaycan Respublikası X3 “1003” çağrı mərkəzinə müraciət edərək Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində fəaliyyət göstərən, “Qayalı” marketdə satışı həyata keçirilən “Alpen Gold” əmtəə nişanı şokoladın ərimiş formada olmasından şikayətçi olduğunu bildirmişdir. Bundan sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-cü tarixli KY ********* nömrəli Çıxarışa və Azərbaycan Respublikası X9 X1 xx.xx.2023-cü il tarixli YQ-0260 nömrəli yoxlamanın aparılması haqqında qərara əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən “Qayalı” marketdə plandankənar yoxlama həyata keçirilmiş, yoxlama zamanı satış rəfində saxlanılan “Alpen Gold” əmtəə nişanlı şokoladın istehsalçı tərəfindən bəyan edilən temperaturu 18+-30 olduğu halda, xx.xx.2022-ci il tarixdə yoxlamadan keçmiş, növbəti yoxlama tarixi xx.xx.2023-cü il tarixdə olan Testo 830-T1 tipli Elektron termometrlə ölçmə zamanı həmin məhsulların saxlanıldığı sahədə temperatur 250 müəyyən edilmişdir. Bundan sonra “Qayalı” marketdə yoxlama aparan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli 0260 nömrəli akt və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. 21 iyul 2023-cü il tarixdə X13 inzibati xətaya dair işə baxılması ilə bağlı bildiriş göndərilmiş, onun iştirakı ilə inzibati xəta haqqında işə baxılmış və hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Hesab edir ki, tam, hərtərəfli araşdırma aparılmışdır, bu səbəbdən şikayətin təmin edilməməsini, xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə vətəndaş X18 Azərbaycan Respublikası X3 “1003” çağrı mərkəzinə müraciət edərək Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində fəaliyyət göstərən, “Qayalı” marketdə satışı həyata keçirilən “Alpen Gold” əmtəə nişanı şokoladın ərimiş formada olmasından şikayətçi olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-cü tarixli KY ********* nömrəli Çıxarışa və Azərbaycan Respublikası X9 X1 xx.xx.2023-cü il tarixli YQ-0260 nömrəli yoxlamanın aparılması haqqında qərara əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən “Qayalı” marketdə plandankənar yoxlama həyata keçirilmişdir. 20 iyul 2023-cü il tarixli, 0260 nömrəli “Qida obyektinə baxışın keçirilməsinə dair” aktdan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən “Qayalı” marketdə plandankənar yoxlama həyata keçirilmişdir. 20 iyul 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, həmin məhsulların saxlanıldığı sahədə 830-T1 tipli termometrlə ölçmə aparılmış, temperatur 250 müəyyən edilmiş, foto-şəkillər çəkilərək, iş materiallarına əlavə edilmişdir. “X23 Sınaq” MMC tərəfindən verilən “ölçmə vasitələrinin yoxlanılması haqqında” şəhadətnamədən görünür ki, 830-T1 tipli termometr xx.xx.2022-ci il tarixdə yoxlamadan keçmiş, növbəti yoxlama tarixi xx.xx.2023-cü il tarixdir. Azərbaycan Respublikası Qida X4 X5 AZ-19020321/LAB06-23006-T-006 nömrəli sınaq protokolundan görünür ki, “Alpen-Gold” şokoladından götürülmüş nümunənın sınağı zamanı həmin temperaturda saxlanılması nəticəsində şokoladda hər hansı keyfiyyət dəyişikliyi baş verməmişdir. 21 iyul 2023-cü il tarixdə X13 inzibati xətaya dair işə baxılması ilə bağlı bildiriş göndərilmiş, onun iştirakı ilə inzibati xəta haqqında işə baxılmış və hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, X17 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı 25 sentyabr 2023-cü il tarixdə almış, həmin qərardan xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə şikayət versə də, həmin məhkəmənin 3(060)-2439/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə şikayət səlahiyyətli şəxs tərəfindən imzalanmaması səbəbindən geri qaytarılmışdır. Bu səbəbdən məhkəmə Məsud Əzizlinin iş materiallarında olan, buraxılmış müddətin üzürlü səbəbdən olması ilə bağlı ərizəsini nəzərə alaraq, mahiyyəti üzrə şikayətə baxmışdır. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Qida X2-X20 tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı tətbiq edilmiş inzibati tənbehə münasibətdə dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsinə görəmalların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə-altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Qida X2-X20 tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02 iyul 2013-cü il tarixli AR Qanunun 16.1.3-cü maddəsinə əsasən (insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda) düzgün olaraq “Qayalı” marketdə plandankənar yoxlama həyata keçirilmiş, aparılmış yoxlamanın nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunan pozuntu faktı aşkar edilmiş, qanuni qərar qəbul edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdıraraq hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) X13 maddənin sanksiyasında nəzərdə tutulmuş maksimim həddə tənbeh tətbiq etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, X11 əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmaması, Məsud Əzizli tərəfindən törədilmiş xətanın qismən etiraf edilməsi, həmin xətanın hazırda aradan qaldırılması, həmçinin “Alpen Gold” etiketli şokoladın saxlanılması şəraitinin standartlara uyğun olmamasına baxmayaraq, sınaq protokoluna əsasən həmin temperatur və şəraitdə şokoladın saxlanılması onun keyfiyyətində hər hansı dəyişikliyə səbəb olmaması, həmçinin aparılmış yoxlama zamanı yalnız bir pozuntu faktının aşkar edilməsi onun barəsində maksimum həddə inzibati tənbehin tətbiq edilməsini istisna edir. Göründüyü kimi Agentlik tərəfindən şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilərkən göstərilən hallar nəzərə alınmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası X9 X1 02 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilməli, X13 təyin edilmiş maksimum həddə inzibati cərimə növündə tənbeh tədbiri, maddənin sanskiyasında nəzərdə tutulmuş minimum həddə cərimə tənbehi ilə əvəz edilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası X9 X1 02 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərarı səlahiyyətli orqanın gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə dəyişdirilməli, İnzibati tənbeh vermə haqqında qərarla X13 təyin edilmiş maksimum həddə inzibati cərimə növündə tənbeh tədbiri, maddənin sanskiyasında nəzərdə tutulmuş minimum həddə inzibati cərimə növündə tənbeh tədbiri ilə əvəz edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X11 inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası X9 X1 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı təyin edilmiş inzibati tənbehə münasibətdə dəyişdirilsin və X13 təyin edilmiş 900 (doqquz yüz) manat cərimə tənbehi dəyişdirilərək 600 (altı yüz) manat məbləğində cərimə tənbehi ilə əvəz edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2523/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2523/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver