Məhkəmə qərarları › İş №3(060)-2525/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2525/2021

10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2525/2021 10.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İş N 3(060)-2525/2021 Sumqayıt Şəhər Məhkəməsi QƏRAR 10 avqust 2021-ci il Sumqayıt şəhəri Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, xx.xx.1983-cü ildə Tovuz rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 Yaşayış Kompeksi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər DYPŞdən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İXP ******* nömrəli, 04 iyun 2021-ci il tarixli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş İXP ******* №li inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 02.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin nümayəndəsi müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Belə ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında İXP ******* saylı protokol əsasında qərarının qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinin 11-ci bəndində qeyd olunmuşdur ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir. Həmin Məcəllənin 529.3-cü maddəsinə görə yol hərəkət qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətdə məhdudlaşdırılır. İnzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, nəzərə alaraq ona nəqliyyat vasitələrini idarə etmə hüququnu məhdudlaşdırma növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV AZƏRBAYCAN RESPUBLİKASİ SUMQAYİT ŞƏHƏR MƏHKƏMƏSİ Ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 64. Tel: 64-4-57-23 _______________________________________________________________________ ___3(060)-2525/2021 10 avqust 2021-ci il. Şəxs, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 Yaşayış Kompeksi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi DYPŞ-nə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Rustavi küçəsi 13/31 Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2525/2021 saylı, 10.08.2021-ci il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti HAKİM RÖVŞƏN XƏLİLOV İş № 3(060)-2525/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Sumqayıt Şəhər Məhkəməsi X1 Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər DYPŞ-dən daxil olmuş inzibati materiala dair işə, 10 avqust 2021-ci il tarixdə açıq məhkəmə baxışı iclasında baxıldı. İclas saat 17:05-də başlandı. Sədrlik edən məhkəmə iclasını açdı və baxılası işi elan etdi. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhəri Polis İdarəsinin nümayəndəsi gəlməmişlər. Sədrlik edən yerində qərara aldı: Məhkəmə iclası barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhəri Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan davam etdirilsin. Sədrlik edən məruzə edərək bildirdi ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İXP ******* nömrəli, 04 iyun 2021-ci il tarixli protokol tərtib edilmişdir. Sədrlik edən iş materiallarını tədqiq etdi. Sədrlik edən müşavirə otağına getdi, qayıtdıqda inzibati xəta haqqında işüzrə qərarı elan etdi. Sədrlik edən məhkəmə iclasını bağlı elan etdi. Sədrlik edən: Katib: AZƏRBAYCAN RESPUBLİKASİ SUMQAYİT ŞƏHƏR MƏHKƏMƏSİ Ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 64. Tel: (018)-644-57-23 _______________________________________________________________________ ___ 3(060)-2525/2021 10 avqust 2021-ci il. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2525/2021 saylı iş üzrə qəbul etdiyi 10.08.2021-ci il tarixli qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152- 153-cü maddələrinə əsasən icra edilməsi üçün aidiyyatı üzrə Sizə göndərilir. Qoşma: qərarın surəti ____ vərəqə Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar